t s

» » “Azərbaycan insanı siyasətdə yeni simalar görmək istəyir”- Razi Nurullayev

“Azərbaycan insanı siyasətdə yeni simalar görmək istəyir”- Razi Nurullayev

6-09-2015, 23:56 Yazar:  Canan Baxılıb: 526 Çap et
“Azərbaycan insanı siyasətdə yeni simalar görmək istəyir”- Razi NurullayevAXCP Suraxanıda təşkilatlandı


Əli Kərimli hər zaman üstün olduğu seçki dairəsində bu dəfə uduzdu


AXCP Suraxanı rayon şöbəsinin konfransı keçirilib. Konfranda AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayev və digər AXCP yetkililərindən Ehtiram Mehdiyev, Cavid Musazadə, Fəxrim Əbdüləzimov, Səbuhi Aslanbəyli (Əliyev) iştirak ediblər. Cəbhəçilərin yüksək fəallığı ilə seçilən konfransda cəmiyyətə və cəbhəçilərə bir sıra önəmli mesajlar verilib. Qeyd edək ki, Suraxanı şöbəsi AXCP-nin əsas dayaqlarından biri olub. Beləki son iki parlament seçkisində Əli Kərimli bu dairədən namizəd olub. Suraxanı cəbhəçilərinin böyük əksəriyyətinin Etimad Qurultayı Təşkilat Komitəsini seçməsi ciddi siqnaldı və bu rayonda Əli Kərimlinin sosial bazasının dağılması deməkdir.

AXCP EQTK üzvü Cavid Musazadə konfransı açaraq, AXCP-də yaranmış durum, Əli Kərimlinin rəhbərliyi ilə bir qrup avtoritar təfəkkürlü insanın partiyanı uçuruma apardığını bildirib. Cavid Musayev qeyd edib ki, Azərbaycanın müstəqilliyinin memarı olan Azərbaycan Xalq Cəbhəsi Əli Kərimli kimi insanların inhisarından çıxarılmalıdır.

Sonra AXCP EQTK-nin sədri Razi Nurullayev geniş çıxış edib. O, cəbhəçilərə bu illər ərzində demokratiya və fikir azadlığının genişlənməsi uğrunda verdikləri mücadiləyə görə təşəkkürünü bildirib. Razi Nurullayev qeyd edib ki, bu gün cəmiyyətdə siyasi fəallıq göstərmək, müəyyən işlərdə töhfə verməyə çalışmaq demokratiyaya töhvə vermək deməkdir və buna görə də hər birinizə ayrı-ayrılıqda təşəkkür etmək istəyirəm. Daha sonra R.Nurulayev başladıqları mübarizənin mahiyyətindən danışıb: “İnsanlarda sual yaranır ki, niyə məhz AXCP adı? Mən fevral ayında AXCP-dən istefa verməyə məcbur edildim, bunun üzərindən 7-8 ay keçəndən sonra biz bu fəaliyyətə başladıq. Bu vaxt ərzində bizim ordan getməyə məcbur edilənlərlə də sıx-sıx görüşlərimiz oldu. Əli Kərimlinin dəstəsi tərəfindən haqsızlığa məruz qalan cəbhəçi əqidədaşlarımla çoxsaylı müzakirələrdən sonra belə qərara gəldik ki, AXCP olsun.

Çünki oradan getməyə məcbur edilənlər başqa bir təşkillatda birləşmək istəmirlər. Ümumiyyətlə, cəbhəçilik onların, bizlərin bir qədəri, taleyidir. Bizim taleyimizə cəbhəçi olmaq yazılıb. Biz bu təşkilatda mənəvi müstəvidə fəaliyyət göstərməyə qərar verdik və onun üçün də hec Ədliyyə Nazirliyinədə müraciət etmədik ki, biz AXCP yaradırıq. Biz AXCP-nin bir olmasına, bütöv olmasına və legitim olmasına, ənənəsinə uyğun olaraq demokratik bir təşkilat olamsına çalışırıq”. “Əgər Əli Kərimli etimad qurultayında iştirak etməyə və sədrlikdən getməyə razılıq verərsə, bizim fəaliyyətimizə ehtiyac olmayacaq, cəbhə bir olacaq”,- deyən Razi Nurullayev AXCP-də sədr dəyişikliyinin zamanın tələbinə çevrildiyini vurğulayıb: “Əli Kərimli illərdir apardığı uğursuz siyasətinə görə istefa verməli, sədrlikdən getməlidir. Azərbaycan müxalifətində bunun presedenti var. Lalə Şövkət ALP sədrliyindən getdi, Etibar Məmmədov AMİP sədri postundan istefa verdi. İsa Qəmbər son qurultayda Müsavatın başqanı postundan getdi. Əli Kərimli də getməlidir. Ümumiyyətlə, 90-cı illərdən bu yana uğursuz siyasət aparan bütün siyasətçilər siyasi meydandan çəkilməlidir, yeni qüvvələrə, gənclərə meydan verilməlidir. Biz demirik ki, Əli Kərimli, başqa liderlər pis insanlardı, xeyr! Onlar bəlkə də doğmaları, qohumları, ailə üzvləri üçün yaxşı insanlardır, yaxşı ailə başçılarıdır. Ancaq siyasətçi kimi uğursuz siyasətçilərdir. Uğursuz siyasətçinin isə siyasətdə qalması məqbul deyil”. Razi Nurullayev deyib ki, onillərlə cəbhəçilərə məhrumiyyətlər yaşatmaq cinayətdir və bu məhrumiyyətlərə görə kimsə cavab verməlidir: “İndiyə qədər heç kim cavab verməyib. İqtidar hakimiyyəti vermək istəmir, müxtəlif yollarla, fərqli üsullarla hakimiyyəti əlində saxlayır və onu təhvil vermək niyyəti də yoxdur. Bəs müxalifət liderləri nə edirlər? Onların hakimiyyətdən fərqi nədir? Onlar bəyəm bu illər ərzində təmsil etdikləri təşkilatda azad seçki keçiriblərmi, daxili tənqidə dözüblərmi? Xeyr! İllərdi bu partiyalarda demokratiya yoxdur, partiyalar bir qrupun əlinə keçib. Partiya liderləri deyir ki, azad və demokratik seçki keçirilmir, bizə fəalliyyət üçün şərait yaradılmayıb. Potensilamızı aça bilməmişik. Belə çıxır ki, YAP hakimiyyətdə ömürlük qalsa, muxalifət liderləri də ömürlük öz partiyalarında sədrlikdə qalmalıdırlar? Bu, nə dərəcədə məntiqlidir?” Razi Nurullayev qərb ölkələrinin təcrübəsindən sitatlar gətirib. Partiyaları demokratik seçkidən qorxmamağa səsləyib: “Böyük Britaniyadakı parlament seçkilərini götürək. Uduzan bütün partiyaların liderləri istefaya getdilər. Üzvlər onları dayandıra bilmədi, bu məğlubiyyətdə biz məhsuliyyət daşıyırıq dedilər. Azərbaycanda nə iqtidar, nə müxalifət tərəfdən məğlubiyyətə görə heç kim bu vaxta qədər məsulliyyət daşımayıb. Heç kəs siyasi mədəniyyət göstərərək, istefa nümunəsi ortaya qoymayıb. Bu böyük bir problemdir. Bilirsiniz, bu nəyə bənzəyir? Qərb dünyası “Taliban”ı yaratdı, çünki ondan zamanında SSRİ-yə qarşı istifadə edirdi. SSRİ Qərbin müttəfiqi Türkiyəni çökdürmək üçün PPK-nı yaratdı. Bu, iyrənc bir siyasət idi. Bu gün həmin terror təşkilatları silahlarını onları siyasi səhnəyə gətirənlərə tuşlayıblar. Hesab edirəm ki, 90-cı illərdə siyasətə gələnlər hec də bir çoxu təmiz insan olmadı. Həmin adamlar hansısa bir qüvvəyə, bir mənbəyə bağlı idi. Daha doğrusu bu iqtidarın hesabına siyasətdə qaldılar və onların təbliğatı aparıldı, onlar yüksək vəzifələr tutdular. Müxalifət lideri, konfliktoloq, politoloq, sosioloq və s. oldular. Amma onlar xalqa xeyir vermədilər. Çünki onların proqramları elə qurulub ki, məcburdurlar ki, daima kiməsə, harasa xidmət etsinlər. İnanın ki, bu gün hakimiyyətin içində bu müxalifətin getməsini istəməyən çoxdu, çünki onlarla uzlaşa, yola gedə bilirlər”. Azərbaycan insanının artıq siyasətdə yeni simalar görmək istədiyini deyən Razi Nurullayev qeyd edib ki, yeni mərhələdə yeni təfəkkürlü gənclər öndə olacaqlar: “Bu təfəkkürü, bizim düşündüyümüz, əsl demokratik Azərbaycanı yaradan siz gənclər olacaqsınız! Biz də sizlərə dəstək olmaq üçün bütün fədakarlığı etməyə hazırıq. Bizim yolumuz siyasətə yeni simalar gətirməkdir, cəmiyyətdə yeni siyasətçilərin yetişdirilməsidir. Gənc siyasətçilərin mediaya çıxmasına, yetişməsinə köməklik etməyə hazırıq. Yeni siyasətçilər meydana çıxan kimi 90-cı illərin siyasətçiləri siyasi səhnədən gedəcəklər”. Razi Nurullayev Əli Kərimli tərəfdarlarının cəmiyyyətə yanlış mesajlar verdiyini bir daha xatırladıb və bəyan edib ki, AXCP-ni parçalamaq niyyəti yoxdur: “AXCP bizim üçün birdir və bizim AXCP-ni parçalamaq niyyətimiz yoxdur. Amma bir tələb var, əgər doğurdan da cəbhədə fəaliyyət göstərmək, fədakarlıq tələb olunursa, bu, hamı üçün belə olsun. Bu gün Azərbaycanda müxalifət necə təqdim olunur: ac- yalavac. Bu gün Azərbaycan müxalifətinin içində sizlər ən savadlı, ən vacib insanlardansınız. Amma bu gün kimlərinsə marağındadır ki, müxalifət döyülən, söyülən olsun. Bu gün müxalifətdə döyülmək, söyülmək qəhrəmanlıq hesab edilir. Bu gün kimi polis çox döyürsə, söyürsə o qəhrəman sayılır, amma bu əslində rəzillikdir! Əgər döyülmək, söyülmək, ac qalmaq qəhrəmanlıqdırsa, onda qoy liderlər də elə olsunlar. Yəni, döyülsünlər, söyülsünlər. Komfort həyatdan imtina etsinlər. Döyülməyi, söyülməyi sıravi müxalifətçilərə rəva görənlər heç vaxt lider ola bilməzlər. Onda qoy Əli Kərimli də, oğlu da, Fuad Qəhrəmanlı da, Gözəl Bayramlı da həbs olunsun. Ancaq onları heç kim tutmur. Ə.Kərimli bu gün siyasətdə məzlum obrazı yaradır, bu doğru deyil”. Razi Nurullayev deyib ki, onlar sıravı müxalifətçilərin həbs olunmasını, ailələrinin məhrumiyyətlərə düçar olmasını istəmirlər: “Bizim mübarizəmiz heç bir halda nə yumşaq, nə liberal olacaq, heç bir halda biz siyasi ədalətsizliklə barışmayacayıq. Biz iqtidara hörmətlə yanaşa bilərik, amma iqtidar da bizə hörmətlə yanaşmalıdır. Əgər bir cəmiyyətdə müxalifət hörmətsizdirsə, demək iqtidar da hörmətsizdi. Əgər iqtidar müxalifəti əzirsə, onda özünün də hörməti olmaz. Azad və demokratik seçki olarsa, hakimiyyətlə dialoqa gedə bilərik, amma üz-üzə oturmaqla bizə dərs keçirmişlər kimi yox, qarşılıqlı hörmətlə. Bu dialoq dəyirmi masada baş verməlidir. Biz istəyirik ki, Azərbaycanda Türkiyə modeli olsun. Türkiyədə müxalifət partiyaları CHP, MHP həm prezidentlə görüşür, həm də baş nazirlə.

Demokratik şəraitdə mübarizələrini aparırlar. Bu görüşlərinə görə onlara heç kim satqın demir, çünki siyasətçi görüşməlidir, müzakirə etməlidir, anlaşmalıdır. Avropa kübarlığı ilə, mədəni şəkildə fikirlərini de, demokratik seçki keçir, biz də bu işi təbliğ edək, təqdir edək”. Razi Nurullayev hakimiyyətin müxalifətə yanaşmasını dəyişməyə çağrırıb: “Müxalifət əslində ən hörmətli qurumdur, hər kəs müxalifətə hörmət etməlidir. Çünki müxalifət olmasa, dövlət ola bilməz. Dövlətçilik prinsipi olmalıdır. Azərbaycanda dövlətçilik prinsipinə tam əməl edilmir. Dövlət heç vaxt dəyişməməlidir, dövlət özu hakimiyyəti dəyişməlidir. Siyasi qüvvə hakimiyyətə gələndə dövləti dəyişməməməlidir. Dövlət daimidir!” Razi Nurullayevin çıxışından sonra təşkilati məsələyə baxılıb. Vüsal Bayramov AXCP Suraxanı şöbəsinin sədri seçilib.

Qeyd edək ki, Vüsal Bayramov AXCP-nin Əli Kərimlinin rəhbərlik etdiyi qanadında Suraxanı RŞ-nin gənclər təşkilatının sədri olub. Rahib Hacıyev Ali Məclisin üzvü, Nurlan Rəsulov, Savid Nəbiyev, Tahir Hüseynov isə NTK üzvləri seçiliblər. Konfrans AXCP Etimad Qurultayına nümayəndələri də müyyən edib. Suraxanı şöbəsini qurultayda Cavid Musazadə, Ayaz Nəbiyev, Rahib Hacıyev, Vüsal Bayramov və Ehtiram Mehdiyev təmsil edəcəklər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:08 Razi Nurullayev: "Əli Kərimli getsin kral olsun"- Fotolar Bir müddət əvvəl AXCP-dən istefa verən Razi Nurullayevin yaratmağa çalışdığı AXCP-nin Nərimanov rayon təşkilatının təsis konfransı keçirilib. Sentaybrın 5-də keçirilən konfransda Razi Nurullayev də iştirak edib. 100-ə yaxçın iştirakçının qatıldığı konfrans dövlət himni ilə başlayıb. AXCP-nin
14:57 Daha 6 cəbhəçi Razi Nurullayevin tərəfinə keçdi Əli Kərimlinin AXCP-sinin Suraxanı rayon şöbəsinin daha 6 üzvü - Nurlan Rəsulov, Ramik Şirinov, Tahir Hüseynov, Vilayət Muxtarov, Fuad Səfayev, Cavid Nəbiyev Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-yə qoşulduğunu bəyan edib. Bu barədə AzVision.az-a AXCP Etimad Qurultayı TK-nin üzvü Cavid Musazadə
23:13 Razi Nurullayev media mənsublarını BMM-ə dəvət edir - İkinci AXCP yaranır AXCP sədrinin keçmiş müavini Razi Nurullayev və vaxtilə AXCP üzvü olmuş bir sıra funksionerlər, o cümlədən də hazırda AXCP üzvü olan narazılar yeni təşkilat yaratmaq fikrindədirlər. Bu barədə Musavat.com-a məlumat R.Nurullayev tərəfindən verilib. Redaksiyamıza daxil olan bildirişdə qeyd olunur:
16:10 Razi Nurullayev Əli Kərimliyə rəqib təşkilat yaradır Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini Razi Nurullayev və partiyadan zorla uzaqlaşdırılan və ya istefaya vadar edilən bir qrup narazı cəbhəçi Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və
11:30 Müxalifət düşərgəsində ciddi təlatümlər yaşanır Politoloq, AXCP sədrinin sabiq müavini Razi Nurullayevin AXCP sıralarından istefa verməsindən sonra Azərbaycan müxalifəti daha aydın çalarlarla görünməyə başlayıb. Hər kəsin intelekt sahibi və bir neçə avropa dillərini mükəmməl bilən şəxs kimi tanıdığı Razi Nurullayev susmadı və AXCP sədri Əli

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az