t s

» » İcra başçısı yeni asfalt örtüyü vurulan prospektdə olub

İcra başçısı yeni asfalt örtüyü vurulan prospektdə olub

9-06-2021, 01:07 Yazar:  Samir Baxılıb: 155 Çap et
İcra başçısı yeni asfalt örtüyü vurulan prospektdə olub
İcra başçısı su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü vurulan Heydər Əliyev prospektində olub

Mediaxeberleri.Az xəbər verir ki, Respublika Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq son illər respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı abadlıq işləri həyata keçirilir. Paytaxtla yanaşı, ölkəmizin bütün bölgələri gündən-günə inkişaf edir ki, bu inkişafın təməlində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla icra edilən dövlət siyasəti dayanır.

Ölkə başçısının qayğısı sayəsində respublikamızın bölgələrində aparılan quruculuq işləri Qazaxda da geniş vüsət alıb. Rayonda həyata keçirilən genişmiqyaslı abadlıq işləri bu dediklərimizin bariz nümunəsidir.

Hazırda ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrası yekunlaşmaq üzrədir. Təqdirəlayiq hal isə odur ki, çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü vurulan Heydər Əliyev prospektində olub. Görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanan rayon rəhbəri işin keyfiyyətlə aparılmasını bildirib və aidiyyatı üzrə tapşırıqlarını verib.
Onu da qeyd edək ki, prospektdə işlər başa çatan hissədə çəkilişlə yanaşı, köhnə tamet və bardürlər də sökülərək yenilənir, rabitə və elektrik xətləri səliqəyə salınır.

Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən də minnətdarlıqla qarşılanır və bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə təşəkkür edirlər.

Məlumat üçün bildirək ki, şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:08 İcra başçısı su və kanalizasiya sisteminin çəkilişi ilə tanış olub Cənab Prezident İlham Əliyevin qayğısı sayəsində respublikamızın bölgələrində aparılan abadlıq işləri Qazaxda da uğurla həyata keçirilir. Son illər rayonda geniş vüsət alan quruculuq işləri də bu dediklərimizin bariz nümunəsidir. Ölkə rəhbərinin tapşırığına əsasən rayonda icra olunan layihələrdən
09:30 İcra başçısı su və kanalizasiya sisteminin çəkilişindən sonra yeni asfalt örtüyü vurulan Molla Vəli Vidadi küçəsində olub Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Qazaxda ən böyük layihələrdən biri - şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi uğurla icra olunur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər yekunlaşan kimi həmin ərazilər abadlaşdırılır,
21:03 İcra başçısı yeni asfalt vurulan Hüseyn Arif küçəsində görülən işlərlə tanış olub Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da abadlıq işləri uğurla icra olunur. Son illər rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinin nəticəsidir ki, bu gün Qazax bu gün böyük bir tikinti meydançasına bənzəyir. Ölkə
20:45 İcra başçısı içməli su və kanalizasiya sisteminin çəkilişləri aparılan ərazilərdə olub Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər sayəsində şəhər, qəsəbə və kəndlərimizin siması daha da yaxşılaşır, Azərbaycan müasir və
11:10 HƏQİQƏTİN BİR ÜZÜ VAR, YALANIN MİN ÜZÜ Bir neçə vaxt bundan öncə dostum Telman Səmədov zəng vurub dedi ki, “Azadlıq” radiosunda Səməd Vurğun haqqında bir veriliş var, ona qulaq as. Mən həmin verilişi dinlədim və “Azadlıq” radiosu ilə bağlı bir olayı xatırladım. Üstündən çox illər ötdüyünə görə dəqiq vaxtını bilmirəm, “Azadlıq”

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az