t s

» » Qazaxda şəhidin doğum günü ailəsi ilə birlikdə qeyd olunub

Qazaxda şəhidin doğum günü ailəsi ilə birlikdə qeyd olunub

30-05-2021, 12:20 Yazar:  Samir Baxılıb: 378 Çap et
Qazaxda şəhidin doğum günü ailəsi ilə birlikdə qeyd olunub
2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsi! İkinci Qarabağ müharibəsi! O Vətən müharibəsi ki, torpaqlarımız uğrunda gedən mənəvi haqq savaşımız tarixi Qələbə ilə başa çatdı. Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətəni döyünən ürəyi, üçrəngli bayrağımızı qürurumuz, and yerimiz bilən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid oğullarımız bu haqq savaşında Qələbə qazanaraq Azərbaycan xalqının 30 illik Vətən, yurd, torpaq həsrətinə son qoydular. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərimizlə bütün dünyaya bir daha sübut etdilər ki, Azərbaycan dövləti güclü dövlətdir. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütün Azərbaycanın adını ucaldan igid Vətən oğulları ilə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu minnətdarıq.

Qarabağ adlı zəfərimizin qazanılmasında payı olan, döyüş meydanında vuruşaraq Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də şəhid çavuş Əliyev Timur Nurəddin oğludur.

Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid şəhidimizin bu gün doğum günüdür. Vətən torpaqlarının azadlığını canı, qanı bahasına qoruyaraq Şəhidlik zirvəsinə ucalmış çavuşumuzun bu gün yaşasaydı 27 yaşı tamam olacaqdı.

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı Qazaxda da hər zaman örnək götürülür.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşır. Rayon rəhbərliyi tərəfindən əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələri və məzarları ziyarət olunur, igid Vətən oğullarının əziz xatirələri dərin ehtiramla yad edilir. İlk gündən əsası qoyulan ənənə bu gün də davam etdirilir.

Rayon rəhbərliyinin tapşırığına əsasən bu gün 27 yaşını qeyd etdiyimiz çavuş Timur Əliyevin də doğum günü unudulmadı.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, Qazax Mədəniyyət Mərkəzinin əməkdaşları, dostları şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Şəhidimizin ruhuna dua oxunduqdan sonra Timur Əliyevin ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Timur Əliyev kimi oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Timurun xatirəsinin daim əziz tutulacağını bildiriblər.

Müavin Gulaya Həsənova rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan müavin həmin qələbədə payı olan Timur kimi qəhrəman oğullarımızı yad etməyin, şəhidlərimizin göstərdikləri igidliyi, qəhrəmanlığı bugünkü və gələcək nəsillərə nümunə göstərməyin hər birimizin borcu olduğunu qeyd edib. Timurun, eləcə də Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin daim qəlblərdə yaşayacağını qeyd edən müavin şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.

Deputat köməkçisi Arzu Musayeva çıxış edərək Ülviyyə xanımın səmimi ürək sözlərini çatdırıb, şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edib. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər kəs üçün örnək olduğunu bildirib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd edib.
Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov şəhid çavuşumuz haqqında ürək sözlərini bölüşərək Vətən torpaqlarının azadlığını hər şeydən üstün tutan Timur kimi qəhrəman oğullarımızla hər zaman fəxr etdiyini dilə gətirib. Bir qazi olaraq şəhidlərimizin, yaralı qazilərimizin ailələrinə göstərilən dövlət qayğısına görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən söz açan S.Çobanov bunun bariz nümunəsi olaraq Vətən müharibəsi şəhidlərinin xatirəsinə yazılmış “Qanları ilə dastan yazanlar” kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən 338 nəfər qazaxlı şəhidin xatirəsini əbədiləşdirən guşənin yaradılmasını nümunə göstərib. Bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev hər zaman şəhidlərə, onların ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Vətəni canı, qanı bahasına göz bəbəyi kimi qoruyan igid oğullarımızı yad etməyin hər bir vətəndaşın borcu olduğunu qeyd ediblər.

Övladı haqqında ürək sözlərini bölüşən şəhidimizin atası Nurəddin Əliyev Timurun hər zaman torpaq, yurd, Vətən sevdalı olduğunu bildirib. Övladının təkcə öz el-obasının deyil, bütöv Azərbaycanın oğlu, şəhidi olduğunu qeyd edən şəhid atası bütün şəhidlərimizlə fəxr etdiyini dilə gətirib. Dövlətin, ölkə başçısının, Birinci vitse-prezidentin, rayon rəhbərliyinin hər zaman qayğısını hiss etdiklərini bildirən şəhid atası göstərilən qayğıya görə minnətdarlıq edib. Övladının doğum günündə onun xatirəsinin yad olunmasını Timurun simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi dəyərləndirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:46 Icra başçısı şəhidin doğum gününü ailəsi ilə birlikdə qeyd edib Qazaxda icra başçısı Vətən müharibəsinin şəhidi əsgər Elfak Daşdəmirovun doğum gününü ailəsi ilə birlikdə qeyd edib Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan Vətən müharibəsində “Dəmir yumruq”
12:30 Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR 2020-ci il 27 sentyabr tarixdən etibarən başlayan İkinci Qarabağ müharibəsi cənab Prezident, Silahlı Qüvvələrin Ali baş Komandanı İlham Əliyevin rəhbərliyi və rəşadətdli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifə kimi yazıldı. Sülh yolu ilə getmək
20:34 Bu gün şəhid gizir Tahir İsmayılovun doğum günüdür Bu gün tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı yola saldığımız 2020-ci ili müstəqil Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazılan bir il olaraq xatırlayır. Bu, o tarixi ildir ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin
14:40 İcra başçısı bu gün Vətən müharibəsi şəhidinin 30 yaşını ailəsi ilə birlikdə qeyd etdi Şanlı tarixi Qələbəmizdən xeyli vaxt keçsə də Azərbaycan xalqı zəfər dolu həmin günləri bu gün də minnətdarlıq hissi ilə xatırlayır. Başlanğıcını 27 sentyabrdan götürüb 10 noyabrda Azərbaycanın tam qələbəsi ilə başa çatan Vətən müharibəsində qazandığımız tarixi Qələbəmizə görə qürur hissi keçirir.
19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az