t s

» » HÖKUMƏT GÜNDƏLİK YOLUXMA SAYINI SAXTALAŞDIRIR? - Qubad İbadoğlunun ittihamları əsaslıdırmı?

HÖKUMƏT GÜNDƏLİK YOLUXMA SAYINI SAXTALAŞDIRIR? - Qubad İbadoğlunun ittihamları əsaslıdırmı?

25-05-2021, 22:58 Yazar:  Samir Baxılıb: 144 Çap et
HÖKUMƏT GÜNDƏLİK YOLUXMA SAYINI SAXTALAŞDIRIR? - Qubad İbadoğlunun ittihamları əsaslıdırmı?
"Bir neçə həftə əvvəl yazmışdım ki, "Formula 1", Avropa Çempionatının oyunları yaxınlaşdıqca Azərbaycanda virusa yeni yoluxma faktları kəskin azalacaq. Bu günə olan məlumata görə, 156 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər vəfat edib. Əslində vaksinləşməyə görə Azərbaycanda koronavirus infeksiyasına yoluxmada azalma müşahidə olunmalı idi, bu gözlənilən idi".

Mediaxeberleri.Az
xəbər verir ki, bunları iqtisadçı ekspert Qubad İbadoğlu sosial şəbəkədəki hesabında yazıb.

Ekspert, son məlumata görə, 852 686 nəfərin tam peyvənd olunduğunu xatırladıb: "Bir fakta da diqqəti çəkmək istərdim. 156 yeni yoluxmaya 7 nəfər ölüm faktı proporsional deyil. Bu hesabla 1560 yeni yoluxma ilə 70 nəfər ölüm proporsiyası yaranır. Bu onu göstərir ki, yeni yoluxmada kəskin azalma saxta olsa da, ölüm statistikası gerçəkdir" .


Adətən fikrini rəqəmlər, faktlar üzərində qurmağa çalışan Q.İbadoğlunun Azərbaycanda koronavirusun rəsmi statistikasını şübhə altına alan bu açıqlamasında bəzi ziddiyyətlər diqqəti çəkir. "Saxta.info" saytı bu ziddiyyətləri müqayisəli təhlillə üzə çıxarıb.

Əvvəla, rəsmi statistika olmasa belə, ölkədə koronavirusun yoluxma səviyyəsinin, tempinin nəbzini tutmaq çətin olmur. Hər kəs öz ətrafından, yaxınlarının yoluxmasından, eyni zamanda xəstəxanalardakı gərginlikdən, media xəbərlərindən real vəziyyəti duymaq imkanındadır. Hazırda ciddi bir gərginlik müşahidə olunmur və bu da real və rəsmi statistikanın böyük ölçüdə üst-üstə düşməsindən xəbər verir.

İkincisi, hörmətli Q.İbadoğlu koronavirusa günlük yoluxma saylarının saxtalaşdırıldığını iddia etsə də, ardınca öz fikrini təkzib edərək, azalmanın vaksinasiyaya görə ola biləcəyi ehtimalıni da irəli sürür. Məsələ burasındadır ki, vaksinasiya nəticəsində yoluxmanın azalması təbiidir və dünyanın mötəbər səhiyyə təşkilatları, tibb alimləri bu barədə əminliklə proqnozlar verirdilər. Və bu proqnozlar demək olar ki, vaksinasiyanın aparıldığı əksər ölkələrdə özünü doğrultmaqdadır.



Azərbaycanda da vaksinasiya sürətlə gedir. İndiyə qədər 2 milyona yaxın vətəndaşın artıq peyvənd olunduğu bildirilir. Rəsmi statistikaya görə, birinci mərhələdə peyvənd olunanların sayı 1 milyon 134 min 398-ə, ikinci mərhəldə peyvənd olunanların sayı isə 852 min 686-ya çatıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) elmi komitəsinin sədri, professor Akif Qurbanov mətbuata açıqlamasında diqqəti ona yönəldib ki, peyvəndləməyə cəlb edilənlər əhalinin təqribən 20-25%-ini təşkil edir. Mütəxəssisin fikrincə, təqribən bir o qədər insan da xəstəliyi keçirərək immunitet qazanıb: “Onda hesab etmək olar ki, əhalinin yarısı və ya yarısından çoxu artıq immunitet qazanıb”. Bu mənada son günlər koronavirusa yoluxanların sayının azalmasında həqiqətən də vaksinasiyanın rol oynaması ehtimalı böyükdür.


Q.İbadoğlunun may ayının 24-də qeydə alınan 156 rəqəmi ilə bağlı şərhi də məntiqli görünmür. O, bidirir ki, 156 yeni yoluxmaya 7 ölüm faktı proporsional deyil. Lakin ölün sayı ilə günlük yoluxma sayı arasında birbaşa əlaqə mövcud olmadığından, yəni vəziyyəti ağırlaşanlar əsasən əvvəkli 10-15 gündə yoluxanlar olduğundan, belə rəqəmlər tez-tez qeydə alınır. Məsələn, 2021-ci ilin yanvar ayının 30-da 131 yoluxma, 7 ölüm faktı baş verib.

Yeri gəlmişkən, may ayının 25-nə olan yeni yoluxma sayı yenidən artıb. Belə ki, 284 yoluxma, 10 ölüm halı qeydə alınıb.

O ki qaldı günlük yoluxma sayının Bakıda keçiriləcək "Formula 1" yarışı və Avropa Çempionatının oyunlarına görə bilərəkdən azaldılması iddiasına, əvvəlcə qeyd edək ki, iyun ayının 4-6-na nəzərdə tutulan "Formula 1" Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat şirkətindən verilən məlumata görə, koronavirus pandemiyasından qaynaqlanan narahatlıqlar nəzərə alınaraq belə qərar verilib.

Avropa Cempionatının oyunlarında da bu məqam nəzərə alınıb. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "affa.az"-a açıqlamasında bildirib ki, stadionun ümumi tamaşaçı tutumunun 50%-nə azarkeş buraxılacaq. Bundan başqa stadiona girişlə bağlı xüsusi qaydalar da tətbiq ediləcək.

Bu mənada, məhz yarışlara görə yeni yoluxma sayında saxtalaşdırma iddiası ciddi görünmür. Əslində, Operativ Qərargahın bugünkü qərarları - açıq havada maska məcburiyyətini ləğv etməsi, metronu, çimərlikləri, böyük ticarət mərkəzlərini açması bu iddianın üzərindən tamamilə xətt çəkmiş oldu.


Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, koronavirus pandemiyasının kəskinləşməsi, yoluxma və ölüm sayında artım, yaxud əksinə baş verən proses təkcə Azərbaycanda qeydə alınan hal deyil. Belə dalğalanmalar dünyanın digər ölkələrində də özünü biruzə verir. Məsələn, ötən ilin dekbar ayında Azərbaycanda koronavirusa yoluxma pik həddə olub. Gündəlik yoluxma sayı 4500-ə qalxıb, ölüm sayı isə 40-ı ötüb. Noyabr ayının sonlarından etibarən başlayan bu dalğa, təxminən dekbarın 20-dək davam edib. Həmin vaxtdan etibarən yenidən səngimə, yoluxma və ölüm sayında azalma qeydə alınıb. Hətta fevral ayında yoluxma sayı 130-dan aşağı düşüb. Təxminən mart ayının 10-dan etibarən yenidən yoluxma sayında artım başlayıb və aprelin əvvəlində 3 minə qədər qalxıb.

Qeyd etdiyimiz aralıqlarda, oxşar dalğalanma eyni vaxtlarda demək olar ki, dünyanın bütün ölkələrində yaşanıb. Belə ki, ötən ilin dekabr ayında bütün dünyada yoluxma sayı kəskin şəkildə artıb, gündəlik yoluxma 700 mini ötüb, hətta 2021-ci ilin yanvarında 800 mindən çox olub. Sonra yoluxma sayında azalma başlayıb və fevral ayında 300 minə qədər düşüb. Bu müqayisəni aparmaq üçün koronavirusla bağlı statistika aparan təşkilatların saytlarını izləmək kifayətdir.


Konkret olaraq may ayı ərzində koronavirusa yeni yoluxma sayında azalmanın baş verməsi də yenə Azərbaycanla bağlı deyil. Məsələn, Azərbaycanda koronavirusa yoluxanların sayında azalma aprelin 8-dən etibarən başlayıb. Həmin vaxt yoluxma 2500-dən çox idisə, sonrakı günlərdə mütəmadi olaraq azalma qeydə alınıb. Belə ki, aprelin 8-də yoluxma halı 2717 olub. Aprelin 20-dək bu rəqəm 2000-ə, 10 gün ərzində isə 1100 nəfərə düşüb. May ayının əvvəlində qeydə alınan 1200 yoluxma halı 10 gün ərzində 500-ə qədər azalıb. May ayının 10-dan bəri isə gündəlik yoluxma sayı tədricən 300-400 ətrafında olub. Məsələn, may ayının 21-də yoluxma sayı 409, 22-də 352, sonrakı günlərdə isə müvafiq olaraq 219 və 156 nəfər təşkil edib. Ölüm halı da may ayının ilk günlərində qeydə alınan 22-dən 7-yə qədər düşüb.

Statistika göstərir ki, oxşar proses dünyanın digər ölkələrində də qeydə alınıb. Belə ki, fevral ayındakı azalmadan sonra mart və aprel aylarında dünyada koronavirusa yoluxma sayı kəskin artaraq yenidən 800 mini ötüb. Aprelin sonu, may ayının əvvəllindən isə yenidən tədricən gündəlik yoluxma sayında azalma qeydə alınıb. Məsələn, may ayının 20-də dünya üzrə yoluxma sayı 600 minə qədər azalıb. Ötən 4 gün ərzində isə dünya üzrə yeni yoluxanların sayı 443 minədək düşüb.

Bütün bunlar onu göstərir ki, pandemiya ilə bağlı dalğalanmalar ötən dövr ərzində bütün ölkələr üçün xarakterik olub. Yəni statistikanın qəsdən azaldılması iddiası bu baxımdan da özünü doğrultmur.

(Saxta.info)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:09 24 APREL 1915-Cİ İL HADİSƏLƏRİ: “ERMƏNİ SOYQIRIMI”, YOXSA ERMƏNİ XƏYANƏTİ?.. Əli Həsənov Tarix elmləri doktoru, professor Bir əsrdən artıqdır ki, Ermənistan dövləti başda olmaqla bütün dünya erməniləri, müxtəlif yollarla cəlb etdikləri muzdlu ideoloqlar, bəzi antitürk dairələri və çoxsaylı erməni havadarları da daxil bəşər cəmiyyətini inandırmağa çalışırlar ki, “XX əsrin
17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az