t s

» » Aslan Aslanovun oğlu polis tərəfindən saxlanıldı – Rəsmi

Aslan Aslanovun oğlu polis tərəfindən saxlanıldı – Rəsmi

23-02-2015, 16:43 Yazar:  Aygün Baxılıb: 736 Çap et
Aslan Aslanovun oğlu polis tərəfindən saxlanıldı – RəsmiFevralın 20-si gecə saat 01 radələrində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində kobud qayda pozuntusu törədən bahalı “Bentley” markalı maşını saxlayıblar.

Mediaxeberleri.az-ın məlumatına görə, aznews.az-a daxil olan xəbərdə bildirilir ki, 10 DO 007 dövlət nömrə nişanlı bu avtomobilin sürücüsünün sərxoş olduğu, eyni zamanda sənədlərinin qaydasında olmadığı müəyyənləşib.

Buna görə də, avtomobil 3-cü mikrorayonda yerləşən cərimə meydançasına aparılıb.

Sonradan məlum olub ki, avtomobili idarə edən şəxs Kənd Təsərrüfatı nazirinin keçmiş müavini, son zamanlar “Lamiyə olayı” ilə diqqət mərkəzində olan Aslan Aslanovun oğlu Turqay Aslanovdur.

Məlum olub ki, həmin avtomobil 2008-2013 illərdə Turqay Aslanovun adına olsa da, 2013-cü ildə Allahverdiyev Valeh Ramazan oğluna etibarnamə verilib.

Amma sayı məhdud, təxminən 300 min dollar dəyərində olan ağ rəngli “Bentley” daim Turqay Aslanov tərəfindən idarə olunub.

Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Turqay Aslanov hazırda Ədliyyə Nazirliyinin İstintaq idarəsinin müstəntiqi vəzifəsində çalışır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:47 Cəlilabadda ölümlə nəticələnən ağır yol qəzası Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Mediaxeberleri.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə fevralın 21-də Ələt-Astara magistralının rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü
08:34 Bu gün Lamiyə Quliyevanın məhkəməsidir Aslanovun ətrafında həlqə daralır “Lamiyə işi”ndə əsas fiqurant Aslan Aslanovun həbsi prosesinə ciddi hazırlıq gedir. Redaksiyamıza daxil olan məlumata görə, prosesin ləng getməsi sabiq nazir müavininin hakimiyyətdəki dayaqlarının dəstəyinin nəticəsidir. Qaynağımız qeyd edir ki, A.Aslanovun əsas
18:27 Keçmiş icra başçısının incitdikləri hərəkətə keçib Şəmkirin sabiq meri Aslan Aslanovun rayondakı əmlaklarının siyahıya alınmasına başlanılıb. Qeyri-rəsmi mənbədən Tia.az-a verilən məlumata görə, eks-başçının ətrafındakı həlqə daralır və onun mərhələli şəkildə gücsüzləşdirilməsi prosesi gedir. Oğlu Ruslanın qatili Lamiyə Quliyevanın həbsdə doğması
11:28 Aslan Aslanovun həbs siyahısı Müdhiş qətllə bağlı bir çox məqamlar üzə çıxıb. “Lamiyə işi” gündəmə gələn gündən az qala 1 aya yaxın vaxt ötür. Mediaxeberleri.az xəbər verir ki, “Yeni Müsavat” bu iş ilə bağlı növbəti materialı dərc edib. Həmin yazının bir hissəsini təqdim edirik. “2003-cü ildə Şəmkirin o vaxtkı icra başçısı
15:09 Bakıda polis-sürücü davası - Qan töküldü Bakıda avtomobilinin cərimə meydançasına aparılması ilə razılaşmayan sürücü özünə xəsarət yetirib. Məlumata görə, hadisə Səbayel rayonu ərazisində, İstiqlaliyyət küçəsi, 31 ünvanının qarşısında baş verib. Burada Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az