t s

» » ​"Qarabağ" və "Qəbələ"nin potensial rəqibləri məlum olub - SİYAHI

​"Qarabağ" və "Qəbələ"nin potensial rəqibləri məlum olub - SİYAHI

28-08-2015, 09:47 Yazar:  Canan Baxılıb: 1884 Çap et
​"Qarabağ" və "Qəbələ"nin potensial rəqibləri məlum olub - SİYAHISiyahıda "Liverpul", "Ayaks" və "Latsio" kimi klubların adı var

Ötən gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan iki Azərbaycan klubu - "Qarabağ" və "Qəbələ"nin potensial rəqibləri məlum olub.
Mediaxeberleri.az xəbər verir ki, hər iki Azərbaycan klubu 4-cü səbətdə yer alıb.
Səbətlər komandaların UEFA-nın reytinqində tutduğu yerə əsasən tərtib olunub. Qrup mərhələsində eyni ölkə və eyni səbətdən olan klublar qarşılaşa bilməzlər.

Səbətlərin tərkibi bu şəkildədir:
1-ci səbət: "Şalke" (Almaniya), "Borussiya" (Dortmund, Almaniya) "Bazel" (İsveçrə), Napoli (İtaliya), "Tottenhem" (İngiltərə), "Ayaks" (Niderland), "Vilyareal" (İspaniya), "Rubin" (Rusiya), "Atletik" (İspaniya), "Sportinq" (Portuqaliya), "Marsel" (Fransa), "Dnepr" (Ukrayna).

2-ci səbət. "Braqa" (Portuqaliya), "Fiorentina" (İtaliya), "Latsio" (İtaliya), "Anderlext" (Belçika), "Liverpul" (İngiltərə), AZ (Niderland), "Brügge" (Belçika), "Viktoriya" (Çexiya), PAOK (Yunanıstan), "Seltik" (Şotlandiya), "Beşiktaş" (Türkiyə), APOEL (Kipr);

3-cü səbət. "Monako" (Fransa), "Sparta" (Çexiya), "Fənərbaxça" (Türkiyə), "Legiya" (Polşa) "Bordo" (Fransa), "Lokomotiv" (Rusiya), "Lex" (Polşa), "Slovan" (Slovakiya), Sent-Etyen (Fransa), "Auqsburq" (Almaniya), "Rapid" (Avstriya), "Krasnodar" (Rusiya);

4-cü səbət. "Dinamo" (Belarus), "Partizan" (Serbiya), "Asteras" (Yunanıstan), "Qarabağ" (Azərbaycan), "Rusenborq" (Norveç), "Molde" (Norveç), "Qroningen" (Niderland), "Syon" (İsveçrə), "Mityulland" (Danimarka), "Skenderbeu" (Albaniya), "Qəbələ" (Azərbaycan).
Qrup mərhələsinin püşkatma mərhələsi bu gün keçiriləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 “Qarabağ” və “Qəbələ”nin rəqibləri müəyyənləşdi Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Qarabağ” və “Qəbələ”nin də rəqibləri məlum olub. “Qarabağ”ın rəqibi “Yanq Boys” (İsveçrə) , “Qəbələ”nin isə “Panatinaikos”dur (Yunanıstan). Avropa Liqası Pley-off
16:14 UEFA Çempionlar Liqasında pley-offun cütləri müəyyənləşib İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Mediaxeberleri.az xəbər verir ki, keçirilən püşkatmaya qrup mərhələsinə düşmək uğrunda mübarizəni davam etdirən 20 klub qatılıb. Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun
15:19 “Qarabağ”la “Qəbələ” rəqiblərini gözləyir - Bu gün püşkatmadır Bu gün UEFA Avropa Liqasının “play-off” mərhələsi üçün püşk atılacaq. Bu mərhələdə ölkəmizi təmsil edən “Qəbələ” və “Qarabağ”da rəqiblərini tanıyacaq. İsveçrənin Nyon şəhərində baş tutacaq mərasim Bakı vaxtilə saat 16:00-da başlayacaq. Səbətlər isə aşağıdakı kimidir: Səpələnmişlər
10:03 Avropa Liqasında “pley-off”un iştirakçıları - SİYAHI Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Mediaaxeberleri.az xəbər verir ki, cavab oyunları çərçivəsində baş tutan 29 qarşılaşma ilə pley-offun iştirakçılarının tam siyahısı bəlli olub. Bütün oyunların nəticələrini təqdim edirik. Avropa Liqası III təsnifat mərhələsi Cavab
01:31 "Beşiktaş" ingilisləri evə əliboş göndərdi - "Qara qartal"ın zəfəri! Avropa Liqasında 1/16 finalın cavab oyunlarına start verilib. Rusiya paytaxtı Moskvada "Dinamo" "Anderlext"i, Peterburqda isə "Zenit" PSV-ni qəbul edib. Hər iki oyunda Rusiya təmsilçiləri qələbə qazanaraq 1/8 finala yüksəliblər. Türkiyə klublarından "Beşiktaş" evdə "Liverpul"la qarşılaşıb.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az