t s

» » Təhlil- Paşinyan zəng edir, Putini dəng edir, Moskva göz yaşlarına inanmır - Ayyət Əhməd yazır

Təhlil- Paşinyan zəng edir, Putini dəng edir, Moskva göz yaşlarına inanmır - Ayyət Əhməd yazır

15-05-2021, 07:37 Yazar:  Samir Baxılıb: 226 Çap et
Təhlil- Paşinyan zəng edir, Putini dəng edir, Moskva göz yaşlarına inanmır - Ayyət Əhməd yazır
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhəddində demarkasiya, delimitasiya prosesində işğalçının yaratdığı süni insidentlə bağlı açıqlama verib. XİN-in yaydığı məlumata görə 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli –Azərbaycan, Rusiya və Ermənistan- bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistanla həmsərhəd bölgələrində Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söhbət gedir. Bəli, bu, Azərbaycan XİN-in Ermənistanla sərhəddəki məlum gəlişmələrə hüquqi, ədalətli və obyektiv qiymətidir. Amma işğalçı ölkə həmişə olduğu kimi yenə də haray-həşir ritorikasını işə salıb. Ermənistan prosesə qeyri-adekvat reaksiya verərək, Azərbaycanın haqq işini “təxribat” adlandırıb. Azərbaycanın Ermənistanla sərhəddə demarkasiya və delimitasiya prosesinə başlaması, öz sərhədlərini xəritələr əsasında müəyyən etməsi düşməni əməlli-başlı əndişələndirib.

Dezinformasiya maşınını hərəkətə gətirən Ermənistan mediası manipulyasiya ilə məşğuldur. Məsələn, müvəqqəti baş nazir Nikol Paşinyana yaxınlığı ilə seçilən, rəhbəri erməni olan fransızdilli sayt “armenews.com” yazır ki, guya çərşənbə səhər saatlarında Azərbaycan ordusu Sünikə daxil olduqdan sonra guya “təxribat”a əl atıb. “Hadisə”nin Gorus qəsəbəsindən təxminən 10 kilometr şimalda bir dağlıq ərazidə baş verdiyi qeyd olunur. O da vurğulanır ki, N.Paşinyan məlum vəziyyətlə bağlı, Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Müvəqqəti baş nazir və yerli hökumət nümayəndələrinin bildirdiyinə görə 250-ə yaxın Azərbaycan əsgəri Qara Gölə çatıb. Azərbaycan qoşunları Verişen kəndinə doğru üç kilometrdən çox irəliləyib və hazırda Sünik və Geğarkunik vilayətlərinin bir hissəsində qalır.

Zəruri qeyd: Qaragöl dövlət təbiət qoruğu - Azərbaycan Respublikasının Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonunun sərhədində yerləşən və hazırda Ermənistanın işğalı altında olan qoruqdur. Qoruğun sahəsi 240 hektardır. Həmin qoruq Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli Qərarı ilə yaradılıb. Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olub. Lakin mənfur qonşularımız olan ermənilər onu ələ keçiriblər. Hazırda isə həmij ərazilərin xəritələrə əsasən Azərbaycana qaytarılması prosesi aparılır.

Bundan başqa , sayt “rəngləri” daha da tündləşdirərək döyüşlərin başladıldığını yazır, amma N.Paşinyan döyüş şayiələrini təkzib edib.

O qeyd edib ki, həmin ərazidə heç bir atəş açılmayıb.Əlbəttə N. Paşinyanın bu xəbəri dərhal təkzib etməsi təsadüfi deyil. Onsuzda məğlub durumda olan bir ölkə, “ordu” qüdrətli Azərbaycan ordusu ilə yenidən plasdarma atıla bilməz. Bunu Ermənistanda 7-dən 70-ə hər kəs bilir, anlayır. İşğalçı ölkə ona gedərsə, bu, N. Paşinyan siyasi hakimiyətinin, eləcə də Ermənistan dövləti və cəmiyyətinin intiharı deməkdir. Bu mənada, ölmüş erməni əsgərlərinin məzarını ziyarətə gedərkən qovalanan N.Paşinyan bu xəbərin Ermənistan cəmiyyətində hansı neqativ assosasiya və ajiotaj doğuracağını yaxşı analayıb və məlumatı isti-isti inkar edib.

Həmçinin “Fake” xəbərlərə ara verməyən Ermənistan mətbuatı təhdid və əzələ nümayişi intonasiyasını gücləndirərək ki, iddia edib ki, Azərbaycanla Emrənistan arasında sərhədlərin müəyən edilməsi prosesinə dair danışıqlarda , Ermənistanda yerləşdirilən Rusiya qoşunları da iştirak edib.Və guya onlar Azərbaycan tərəfini geri çəkilməyə məcbur edib. Amma bu xəbəri tirajlayan “armenews.com” saytı yerindəcə təkzib verərək Rusiya ordusunun bu məlumatı təsdiqləmədiyini yazıb. Axı Rusiya Azərbaycanın əlində hərbi xəritələrin olduğunu gözəl anlayır. Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, böyük ehtimal Rusiya XİN başçısı Sergey Lavrovun Bakı səfərində bağlı qapılar arxasında demarkasiya və delimitasiya məsələləri ətrafında ciddi müzakirələr aparılıb, vəziyyət Rusiyanın baş diplomatına agah edilib. Rusiya ordusunun isə bu xəbəri inkar etməsi hər halda prosesin Azərbaycanın xeyrinə inkişaf etdiyi ehtimalını ortaya qoyur.

***

İşğalçılıq siyasətindən dolayı hər dəfə çətinə, dara düşdükcə Rusiyaya zəng açmağa adət etmiş erməni rəsmiləri bu dəfə də “ənənələrinə” sadiq qalıblar.

Ermənistanın müdafiə naziri Vaqarşak Harutyunyan rusiyalı həmkarı Sergey Şoyquya telefon açıb. Ermənistan Müdafiə Nazirliyi bu danışıqların məzmunu barədə olduqca lakonik açıqlama verib:

“Nazirlər Qarabağ zonasındakı vəziyyəti və "qarşılıqlı maraq doğuran digər məsələləri" müzakirə etdilər.

Məlum açıqlamadan da proqnozlaşdırmaq olar ki, separatçı ölkənin müdafiə naziri S.Şoyqu ilə danışıqlardan əli boş ayrılıb. Görünür, S.Şoyqu da erməni həmkarına onun istədiyi cavabı verməyib. Əks halda “S.Şoyqu Ermənistanın ərazi bütövlüyünü dəstəklədi” sərlövhəli materiallar Ermənistan media quruluşlarının manşetini bəzəmişdi. Amma məlum danışqdan sonra verilən solğun və öləzimiş açıqlama Ermənistanın növbəti təhriketmə çabalarının baş tutmadığının aydın təzahürüdür.

Bu arada, Ermənistan Xarici İşlər Naziri Ara Ayvazyan da rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb. Bu danışıqlar barədə mətbuata olduqca ütülü və qorxaq açıqlama verdilər:

“Ayvazyan cənab Lavrovu " Ermənistan sərhədində baş verən son hadisə barədə məlumatlandırdı”

S.Lavrovun məsələyə münasibəti barədə isə bir söz, bir cümlə belə yoxdur. Niyə? Çünki S.Lavrovun Bakı səfərindən öncə Azərbaycan prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Naxçıvan səfərində “Biz Zəngəzur dəhlizini açmalıyıq və açacağıq, heç bir maneə bizim qarşımızı kəsə bilməz” mesajını verdi. Əlbəttə, bu epizodik bir ismarış deyildi. Lazımi hədəflərə ulaşan ultimatum idi və görünür mesaj öz ünvanına çatıb. Bir sözlə, Kreml də mesajı aldı, artıq iqtisadi, siyasi sanksiya və kataklizmlərin məngənəsində boğulan Rusiya nəticə çıxardı. Həm rəsmi Bakının polad iradəsi, həm qardaş Türkiyənin daim Azərbaycanın yanında olması, ölkəmizə qardaş dəstəyi verməsi, həm də Rusiyanın həmsədrlik statusundan irəli gələrək ən azından tərəf tutmadan neytrallığı qorumaq missiyası Moskvanı ehtiyatlı addım atmağa məcbur edir. Məhz ona görə də Rusiya işğalçını himayə etməyin özü üçün baş ağrısı ola biləcəyini anladı və anlayır.

Məlumat üçün bildirək ki, Ermənistan rəsmilərinin rusiyalı həmkarlarına telefon zənglərini N.Paşinyan sözügedən vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının təcili iclasında tələb kimi qoyub.


***

Bundan əlavə, N.Paşinyan Azərbaycan ordusunun 16 mayda 15 min əsgərin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçiriləcəyini elan edərək bəyan edib ki, müvafiq dövlət qurumları KTMT ilə məsləhətləşmələrə başlamalıdır. Ordumuzun genişmiqyaslı təlimlərindən təlaş keçirən N.Paşinyan qeyd edib:

“Mövcud vəziyyət Kollektiv Təhlükəsizlik Müqaviləsinin 2-ci maddəsinin 2-ci bəndinə tamamilə uyğundur, ona görə “ Bir və ya daha çox üzv dövlətin təhlükəsizliyi, sabitliyi, ərazi bütövlüyü və suverenliyi üçün bir təhlükə olduğu təqdirdə Üzv Dövlətlər beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə ilə mövqelərini koordinasiya etmək üçün ortaq məsləhətləşmələr mexanizmini dərhal işə salır və söz mövzusu təhlükəni aradan qaldırmaq üçün bu üzv dövlətlərə yardım tədbirləri hazırlayır və qəbul edirlər”.

Heç kimə sirr deyil ki, KTMT Ermənistanın sonuncu “dayanacağıdır”.

Qeyd: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ( CTSC ) 7 oktyabr 2002-ci ildə qurulmuş bir siyasi-hərbi təşkilatdır. Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanı birləşdirir.



Bütün proseslər dalan nöqtəsinə dirənəndə N.Paşinyan və onun tərəfdarları KTMT –yə sığınmağa çalışır, ondan kömək, mədət umur.
N.Paşinyanın məlum göstərişindən sonra Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan, ardına isə XİN başçısı Ara Ayvazyan KTMT baş katibi Stanislav Zasla telefon əlaqəsi yaradıblar.

S.Zasın cavabı isə düşməni tamamilə məyus edib:

"Həmsərhəd bölgələrdə inkişaflar ciddi təqib edilir. Vəziyyətin inkişafı ilə bağlı lazım gələrsə, KTMT- nin Nizamnaməsinə uyğun olaraq tədbirlər görüləcək".

Gəlin, KTMT baş katibinin açıqlamasındakı fikirlərin diplomatik kodlarını açaq.

“Prosesi yaxından izləyirik, lazım gələrsə tədbir görüləcək”. Deməli, aydındır ki, KTMT “vəziyyətdən haliyik” deyir. Bəyan edir ki, Azərbaycan qanunsuz, qeyri-leqal, qeyri -juridik addım atmış olsa idi, KTMT müdaxilə edərdi. İndiki situasiyada isə Ermənistan ərazisinə heç bir müdaxilə yoxdur, müəyyən edilən sərhədlər Azərbaycanın əzəli torpaqlarıdır.

Bir sözlə, artıq Rusiya vassalı olan və revanşist hisslərlə alışıb-yanan Ermənistanı işğal faktorunun rəvac verdiyi siyasi və iqtisadi bataqlıqdan çəkib çıxara bilmir və ya buna artıq diplomatik həvəs göstərmir. Onu da yaddan çıxarmaq olmaz ki, bu təkcə Rusiyanın “Soros cocuğu” olan Nikol Paşinyanana dərsi deyil, həm də N.Paşinyanı, eləcə də Ermənistanı siyasi meyit halına salan Azərbaycan diplomatiyasının təntənəsidir.


Bununla yanaşı, bildirək ki, bu gün – mayın 14 –də baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Bu barədə “kremlin.ru” xəbər yayıb. Məlumata görə, söhbət əsnasında Qarabağ ətrafında vəziyyətin müzakirəsinə davam edilib.
Ermənistan-Azərbaycan sərhədindəki son insidentlə bağlı fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarına, ilk növbədə, atəşkəs rejiminə riayət edilməsinə ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb.

Məhz bu zəngdən və N.Paşinyanın zənglərindən dəng olmuş V.Putinin məlum cavabından sonra diqqətə çatdırmaq yerinə düşər ki, mövcud vəziyyətlə bağlı işğalçı ölkənin Rusiyanı proseslərə təhriketmə niyyəti fiaskoya uğradı.

Amma indiki durum N.Paşinyan və Ermənistandakı bəzi rəsmi dairələr üçün bu ölkədə növbəti ayda baş tutacaq seçki prosesində siyasi divident alətinə çevriləcək. N.Paşinyan rəsmi Moskvaya sıx tellərlə bağlı olan “Qarabağ klanı” üzərində qələbə qazanmaq üçün Rusiyanın proseslərə “Fransız qaldığını”, yəni susduğunu bəyan edib, seçici bazasını genişləndirməyə çalışacaq. Digər tərəfdən “İkinci Qarabağ savaşındakı məğlubiyyətə görə, öz ölkəsində daim səslənən “Paşinyan üzünü Rusiyaya çevirməli idi” iddialarına cavab olaraq bəyan edəcək:


-Üzümü Kremlə çevirdim yardım etmədilər, mən də Qərbə inteqrasiya yolunu tutdum.

N.Paşinyan Sərhədlərin müəyyən edilməsi, delimitasiya, demarkasiya proselərini özünün ambisiya və manevrləri üçün “bufer”ə çevirir ki, bu da siyasi həyasızlaqdan başqa bir şey deyil.

Bütün hallarda N.Paşinyan Prezident İlham Əliyevin “Odla oynamasınlar, Dəmir Yumruq həmişə yerindədir” ismarışından nəticə çıxarmalı və siyasi şoularına son qoyaraq sərhədlərin müəyyənləməsi prosesinə mane olmamalıdır.

Çünki sərhədlərin müəyyənləşməsi, Zəngəzur dəhlizinin açılması, nəqliyyat və logistika layihələrinin işə düşməsi düşmənin özü üçün də rentabellidir. Və Ermənistanın da bundan başqa çıxış yolu yoxdur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:31 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR. Mediaxeberleri.az xəbər verir ki, 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ ilə bağlı professor Əli Həsənov özünün facebook səhifəsində yazaraq izləyiciləri ilə bölüşüb. 31 mart hər il dünyada Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur və
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az