t s

» » Putin Qarabağı bizə qaytarır (FOTO)

Putin Qarabağı bizə qaytarır (FOTO)

15-02-2015, 19:24 Baxılıb: 1098 Çap et
Putin Qarabağı bizə qaytarır (FOTO)

Hazırda münaqişənin qısa müddətdə həll olunması üzrə işlər gedir

Rusiya qısa müddətdə Dağlıq Qarabağ münaqişəsini həll etmək barədə düşünür.

Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitənin sədrinin 1-ci müavini Vladimir Nikitin açıqlama verib.

Onun sözlərinə görə, rəsmi Moskva münaqişənin həll edilməsi üçün son illər səylərini daha da artırıb.

"Mən bilirəm ki, Rusiya prezidenti Vladimir Putin və Dövlət Dumasının sədri Sergey Narışkin hazırda Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində razılığa gələ bilmələri üçün bir sıra məsələlər üzərində işləyirlər. Dalıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır. Ümid edirəm ki, tərəflər münaqişənin həlli yolunu tapacaqlar", - deyə Vladimir Nikitin bildirib.

Rusiya və Azərbaycan arasında möhkəm dostluq əlaqələrinin olduğunu deyən Nikitin növbəti illərdə Azərbaycan və Rusiyanın bir-birlərinə daha da yaxın ölkələr olacağına və rəsmi Bakının yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyinə daxil olmaq barədə düşünəcəyinə ümid etdiyini bildirib.

Putin Qarabağı bizə qaytarır (FOTO)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:59 Ağ Yolda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı müzakirə keçirilib Prezidentin Avropaya davamlı səfərləri Azərbaycanın adına ciddi uğurlar yazıb. Ağ Yol Vətəndaş Hərəkatının rəsmi feysbuk səhifəsində və 550 minlik eyni adlı qrupunda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı geniş müzakirə açılıb. Paylaşılmış statusda deyilir: “Azərbaycan
15:11 Şeyx Azərbaycandakı məzhəb ayrılığından danışdı Dini Qurumlar üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran Təqvim Şurasının üzvləri ilə keçirilən görüşdə deyib: “Azərbaycanda müxtəlif dinlərin nümayəndələri var, əsasən isə İslam dininin şiə və sünni
12:25 Milli Məclisdə ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub “Azərbaycan səhvə yol verib”. Bu gün ABŞ-da güclü erməni lobbisi mövcuddur və Azərbaycan ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna həmsədr kimi qəbul edəndə səhvə yol verib. Mediaxeberleri.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Milli Məclisdə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az