t s

» » İlham Əliyev güləşçilərlə görüşdü

İlham Əliyev güləşçilərlə görüşdü

23-02-2015, 15:52 Yazar:  Aygün Baxılıb: 750 Çap et
İlham Əliyev güləşçilərlə görüşdüPrezident ölkədə idmanın inkişafından danışdı.

Prezident İlham Əliyev fevralın 23-də yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş Azərbaycan milli komandasının üzvlərini qəbul edib.

Mediaxeberleri.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qazanılmış yüksək qələbə münasibətilə idmançıları və Güləş Federasiyasının üzvlərini təbrik edib.

Prezident əldə edilən bu uğurları milli güləş məktəbinin yüksək zirvədə olmasının və Azərbaycan Güləş Federasiyasında işlərin səmərəli təşkilinin nəticəsi kimi dəyərləndirib.

Dövlət başçısı qeyd edib ki, dünya və Avropa çempionatlarında, həmçinin Olimpiya Oyunlarında güləşçilərimizin əldə etdikləri uğurlar uşaqların və gənclərin idmanın Azərbaycanda ən çox sevilən bu növünə olan marağının daha da artmasına stimul verir.

Azərbaycanda idmanın inkişafına toxunan Prezident İlham Əliyev dünya idman ictimaiyyətinin də Azərbaycan idmanına verdiyi yüksək qiymətdən danışıb. Nüfuzlu beynəlxalq yarışlarda medalların sayının ildən-ilə artdığını vurğulayan dövlət başçısı ölkədə mükəmməl idman infrastrukturunun yaradılmasının önəmini qeyd edib. Prezident idmanın dövlət siyasətində mühüm yer tutduğunu və bu sahənin inkişafı ilə bağlı müxtəlif proqramların ardıcıl olaraq qəbul edildiyini deyib.

Ölkədə mötəbər idman tədbirlərinin yüksək səviyyədə keçirildiyini vurğulayan dövlət başçısı bu yaxınlarda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının Bakıda keçirilməsini beynəlxalq idman ictimaiyyətinin Azərbaycana idman ölkəsi kimi verdiyi önəmin nəticəsi kimi qiymətləndirib.

Prezident İlham Əliyev qazanılan uğurların bir səbəbinin də ölkənin bütün idman qurumlarının birgə fəaliyyətindən ibarət olduğunu əsaslandırıb.

Dövlət başçısı dünyanın ən güclü güləşçilərinə qalib gələrək yunan-Roma güləşi üzrə dünya kubokunu qazanmalarının bütövlükdə idmançılarımızın komanda şəklində gücünün göstəricisi olduğunu vurğulayıb. Dövlət başçısı güləşçilərimizin İranda qazandıqları uğurları bu il Bakıda keçiriləcək Avropa Oyunlarında və gələn il Rio-de-Janeyroda baş tutacaq Olimpiya Oyunlarında da təkrar edəcəklərinə ümidvar olduğunu deyib.

Milli komandanın üzvü Rafiq Hüseynov və böyük məşqçi Nurəddin Rəcəbov qazanılan uğurların təməlində idmana dövlət qayğısının durduğunu söyləyib, buna görə də dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Prezident İlham Əliyev qeyd edib ki, əldə edilən qələbələr Azərbaycan dövlətinin və xalqının gücünü göstərməklə yanaşı, həm də Azərbaycan gənclərinin istedadını və Vətənə sədaqətini bir daha nümayişi etdirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:32 Cüdo üzrə Avropa Çempionatı Bakıda keçiriləcək Cüdo üzrə Avropa Çempionatı Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində keçiriləcək. Mediaxeberleri.az xəbər verir ki, bununla bağlı Avropa Olimpiya Komitəsi (AOK), Avropa Cüdo İttifaqı (ACİ) və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Cüdo
20:40 Azərbaycan ilk dəfə Dünya Kubokunun qalibi oldu - (Video) Azərbaycanın yunan-Roma güləşi üzrə yığması İranın paytaxtı Tehran şəhərində böyüklər arasında keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunun qalibi olub. Mediaxeberleri.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, Azərbaycan güləşçiləri fevralın 20-də finalda digər
09:26 Yunan-Roma güləşi üzrə yığmamız ilk dəfə Dünya Kubokunun finalında İdmançılarımız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Fevralın 19-da Tehranda yunan-roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışlarına start verilib. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya,
16:12 Dünya Kubokunda güləşçilərimizin böyük uğuru - FOTO + VİDEO İdmançılarımız yüksək nəticə göstərib. İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilir. Azərbaycan Güləş Fedirasiyasından Mediaxeberleri.az-a verilən məlumata görə,yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya,
15:59 Ağ Yolda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı müzakirə keçirilib Prezidentin Avropaya davamlı səfərləri Azərbaycanın adına ciddi uğurlar yazıb. Ağ Yol Vətəndaş Hərəkatının rəsmi feysbuk səhifəsində və 550 minlik eyni adlı qrupunda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı geniş müzakirə açılıb. Paylaşılmış statusda deyilir: “Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az