t s

» » Razi bəy əsl AXCP-ni xalqa qaytaracaq

Razi bəy əsl AXCP-ni xalqa qaytaracaq

26-08-2015, 17:10 Yazar:  Canan Baxılıb: 472 Çap et
Razi bəy əsl AXCP-ni xalqa qaytaracaq AXCP-də kütləvi istefalar davam edir

Səbuhi Fərzəliyev: “Hakimiyyətə işləyən bunların özləridir”

Elxan Dadaşov: “İstefa verirəm”



AXCP-də kütləvi istefalar davam edir. Əli Kərimlinin keçmiş müavini Razi Nurullayevin yeni AXCP yaratmasından sonra tərəfdarlarının sayı günbəgün artır. Xüsusilə, gənclər daha çox onun tərəfinə keçirlər. Partiyanın daha iki gənc üzvü istefa verdiyini, yeni yaradılan alternativ AXCP-nin tərəfinə keçdiklərini bəyan ediblər.

Partiyanın Nərimanov şöbəsinin üzvü Səbuhi Fərzəliyev partiyadakı haqsızlıqlara görə istefa verdiyini açıqladı: “Əli bəyin müavini Razi Nurullayev və Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlını partiyadan uzaqlaşdırdılar. Vaxt var idi ki, Əbülfəz bəyin başına and içirdilər. Saxtakarlıqla məşğul olan, hakimiyyətə işləyən bunların özləridir. Nərimanov şöbəsində haqsızlıqlar pik həddə çatıb. Elə bir vaxt gələcək ki, şöbədə bir Məmməd İbrahim, bir də sədr qalacaq. O qədər haqsızlıqlar var ki, insan iyrənir. Ona görə də, bu gündən istefa verib, Razi bəyin tərəfinə keçirəm. Üç ildir AXCP-nin üzvüyəm. 20 il partiyanın üzvü olanları, canlarını partiyada qoyanları bu gün şərləyib çıxarırlarsa, deyirlər ki, hakimiyyətə işləyirsiz, demək sabah bizə bu münasibət göstəriləcək. Bunlar öz övladlarını Avropaya göndərirlər. Acından ölənlərə isə “satqın” damğası vururlar, hakimiyyətdən pul almaqda ittiham edirlər. Necə biz hakimiyyətə işləyirik ki, acından ölürük. İşlədiyimiz yerdən belə, pulumuzu ala bilmirik. Məmməd İbrahim övladlarının ikisini xaricə göndərib. Ağaşirin Tanrıverdioğluna deyir ki, hakimiyyətə işləyirsən. Razi bəyin yeni təşkilatını biz AXCP kimi qəbul edirik. Oradakı saxtakarlıqdansa, bura yaxşıdır. Uzun illərdir ki, AXCP-də diktatura rejimi hökm sürür. Əli Kərimli partiyanı avtoritar qaydalarla idarə edir. Üzvü olduğum Nərimanov şöbəsininin yaranmasında əziyyəti keçən insanlara “satqın” damğası vurulur, onlar partiyadan kənarlaşdırılır. AXCP-nin bütün aksiyalarında iştirak edən gənc kimi bildirmək istəyirəm ki, Əli Kərimlinin hökmranlığına, diktatorluğuna son qoyulmalıdır. Yeni partiya yaradılmalı idi. Razi bəyə təşəkkür edirəm ki, bu təşəbbüsü irəli sürdü. Qəzetiniz vasitəsilə bütün cəbhəçi gənclərə deyirəm ki, Razi bəyin yeni yaratdığı AXCP-yə qoşulun, onun ətrafında sıx birləşək. İnanıram ki, əsl AXCP-ni xalqa qaytaracağıq”.

İstefa verən digər gənc də AXCP-nin Nərimanov şöbəsinin üzvü Elxan Dadaşovdur. Cəbhəçi gənc də yeni yaradılan AXCP-nin tərəfinə keçdiyini bəyan etdi: “Bu gündən AXCP-nin Nərimanov şöbəsinin Məclis üzvlüyündən və partiyadan istefa verirəm. Fəaliyyətimi alternativ yaradılan AXCP-də davam etdirəcəm. Bütün cəbhəçi gəncləri Razi bəyin yaratdığı təşkilata qoşulmağa çağırıram”.

Cavanşir ABBASLI




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:11 Yarpaq tökümü davam edir - AXCP daxilində daha bir istefa Suraxanı təşkilatında AXCP daxilində daha bir istefa Suraxanı təşkilatında yaşanıb. Partiyanın gənc üzvü Cavid Nəbiyev müsavat.com vasitəsilə AXCP sıralarından istefa verdiyini, R.Nurullayevin tərəfinə keçdiyini bəyan edib: “2003-cü ildən meydanlardayam. AXCP-nin Suraxanı şöbəsinin üzvüyəm. Əli Kərimlini indiyə qədər
14:57 Daha 6 cəbhəçi Razi Nurullayevin tərəfinə keçdi Əli Kərimlinin AXCP-sinin Suraxanı rayon şöbəsinin daha 6 üzvü - Nurlan Rəsulov, Ramik Şirinov, Tahir Hüseynov, Vilayət Muxtarov, Fuad Səfayev, Cavid Nəbiyev Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-yə qoşulduğunu bəyan edib. Bu barədə AzVision.az-a AXCP Etimad Qurultayı TK-nin üzvü Cavid Musazadə
12:37 Ağstafadan yeni istefa - AXCP-nin Rayon şöbəsinin NTK-nın üzvü də getdi (VİDEO) Azərbaycan cəmiyyəti kifsəmiş, hiyləgərliyi və fitnəkarlığı üzlərinə çökmüş insanlardan, siyasətçilərdən təmizlənməlidir. AXCP-nin Ağstafa rayon şöbəsində növbəti istefa baş verib. AXCP-nin Ağstafa rayon şöbəsinin Nəzarət Təftiş Komissiyasının üzvü Əli Məmmədov bəyan edirəm ki, bu gündən Əli
15:21 AXCP Ali Məclisinin üzvü Razi Nurullayevin tərəfinə keçdi Son günlər AXCP-ni tərk edənlərin sayı artmağa başlayıb. Bir müddət öncə AXCP sədrinin müavini postundan və partiyadan istefa verən Razi Nurullayevin dünən keçirtdiyi mətbuat konfransından sonra bu prosesin sürətlənməyə başladığı müşahidə edilir. Mediaxeberleri.az xəbər verir ki, AXCP-nin Qubadlı
23:13 Razi Nurullayev media mənsublarını BMM-ə dəvət edir - İkinci AXCP yaranır AXCP sədrinin keçmiş müavini Razi Nurullayev və vaxtilə AXCP üzvü olmuş bir sıra funksionerlər, o cümlədən də hazırda AXCP üzvü olan narazılar yeni təşkilat yaratmaq fikrindədirlər. Bu barədə Musavat.com-a məlumat R.Nurullayev tərəfindən verilib. Redaksiyamıza daxil olan bildirişdə qeyd olunur:

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az