t s

» » Sumqayıt cəbhəçiləri istefa verdilər

Sumqayıt cəbhəçiləri istefa verdilər

25-08-2015, 09:15 Yazar:  Canan Yusifova Baxılıb: 473 Çap et
Sumqayıt cəbhəçiləri istefa verdilərRazi Nurullayev AXCP-də istefaların artacağını bəyan etdi

AXCP-nin Sumqayıt şəhər təşkilatının bir qrup üzvü dünən partiyadan istefa verib. İstefa verənlər partiya sədrinin sabiq müavini Razi Nurullayevin formalaşdırdığı AXCP-yə qoşulduqları barədə bəyanat yayıblar. Bəyanatda Əli Kərimlinin apardığı diktator siyasəti pislənilib. Bəyanatı Şakir Məmmədov, Məmmədyar Məmmədov, Bəhrəm Qasımov, İmran Muradxanov, Mübariz Ağaməmmədov, Əvəz Məmmədov, Allahverdi Zeynalov, Rövşən Muradov və Elşən Muradov imzalayıblar.

Qeyd edək ki, Əli Kərimlidən narazı cəbhəçilər Razu Nurullayev başda olmaqla ötən həftə AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini yaradıblar. Onlar Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks təqdirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.

Sumqayıt cəbhəçilərinin istefa verib onunla birləşməsinə Razi Nurullayev münasibət bildirərkən qeyd etdi ki, Əli Kərimlinin rəhbərlik etdiyi qurumdan istefalar daha da artacaq: “Bizə Əli Kərimlinin rəhbərlik etdiyi qurumdan axın kifayət qədərdir. İnsanlar artıq Əli Kərimli tərəfini AXCP hesab etmir. Ayın 19-dan bu yana hər gün 3-4 istefa ilə bizim yanımıza gələnlər olub. Bu gün Sumqayıtda fəaliyyət göstərən keçmiş hərəkatçılar bizim yaratdığımız AXCP-yə keçdiklərini bəyan etdilər. Bu davamlı olacaq. Biz hər gün bir neçə belə bəyanatların şahidi olacağıq. Elə olur ki, 4-5, 7-8 nəfər AXCP-dən istefa verib bizim yaratdığımız quruma keçdiklərini bəyan edirlər. Hətta AXCP-nin Ağstafa şöbəsindən 20 nəfər bizə qoşulduğunu bəyan etdi. Bu həftənin sonuna kimi dayaq sədrləri də bizim sıralarımıza qoşulacaqlar. Ağstafada Gənclər şöbəsinin, Məclisin sədri, 14 dayaq şöbəsi rəhbərləri bizə qoşuldular. Onlar qoşulma haqqında bəyanatlarını yaxın günlərdə imzalayacaqlar”.

R.Nurullayev onlara qarşı cəmiyyətin ümumi münasibətindən razı qalıb: “Ümumi fikir çox müsbət oldu. Yalnız Əli Kərimlinin tapşırığı ilə ona xidmət göstərən adamlar bizə qarşı mübarizə aparmağa başladılar. Təhqirlər, söyüşlər yağdırdılar. Çünki AXCP hər zaman söyüş makinası kimi fəaliyyət göstərib. Bu cür tapşırıqlar birbaşa Əli Kərimlinin özündən gəlib. Çünki mən orada olanda da bununla bağlı fikirləri olub. Yəni Əli Kərimli və onun ətrafındakılardan başqa hər kəsin bizə münasibətləri müsbətdir. Biz medianın monitorinqini aparmışıq. 90 -95 faiz Azərbaycan mediası bizim lehimizə yazılar dərc edib. Cəmi 5 faizdən də az media, başda ”Azadlıq" qəzeti olmaqla bizim əleyhimizə yazılar yazıb.

Bizim tutduğumuz yol çox düzgündür. Azərbaycan cəmiyyəti kifsəmiş, hiyləgərliyi və fitnəkarlığı üzlərinə çökmüş insanlardan, siyasətçilərdən təmizlənməlidir. Bu insanlar isə Əli Kərimlinin ətrafındakılardır. Bizim uğurlu işlərimizdən də biri odur ki, biz cəmiyyətə 4-5 uğurlu gənc təqdim etdik. Onlar da açıqlamaları və parlaq fikirləri ilə gündəmə gəlirlər. Biz eyni zamanda kadr yetişdiririk".

E.SEYİDAĞA




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:27 AXCP Sumqayıt təşkilatının bir qrup üzvü istefa verib - SİYAHI Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər təşkilatının bir qrup üzvü istefa verərək Razi Nurullayevin rəhbərlik etdiyi AXCP Etimad Qurultayını Təşkilat Komitəsinə qoşulub. Təşkilat Komitəsinin mətbuat xidmətindən "Report"un məlumatına görə, AXCP Sumqayıt şəhər təşklatının üzvləri
08:36 AXCP-dən Razi Nurullayevin tərəfinə keçənlərin sayı artır Suraxanı cəbhəçiləri də istefa bəyanatı yaydılar; Razi Nurullayev Əli Kərimlinin müavini haqqında şok açıqlama verdi “Yeni Demokratiya” hərəkatının rəhbəri, AXCP sədrinin sabiq müavini Razi Nurullayev və bir qrup keçmiş cəbhəçi AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin yarandığını elan
09:03 AXCP-nin qurultayının ləngiməsi Əli Kərimlinin sədr postundan uzaqlaşdırılması ilə nəticələnə bilər AXCP sədrinin keçmiş müavini Razi Nurullayev və vaxtilə bu partiyanın üzvü olmuş bir sıra funksionerlər, o cümlədən də hazırda AXCP üzvü olan narazılar yeni təşkilat yaratmaq fikrindədirlər. Bu barədə musavat.com-a məlumatı R.Nurullayev verib. Redaksiyaya daxil olan bildirişdə qeyd olunur:
16:10 Razi Nurullayev Əli Kərimliyə rəqib təşkilat yaradır Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini Razi Nurullayev və partiyadan zorla uzaqlaşdırılan və ya istefaya vadar edilən bir qrup narazı cəbhəçi Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və
14:20 Əli Kərimlinin keçmiş müavini partiya yaradır - Yeni AXCP? “Yeni Demokratiya” hərəkatının sədri, politoloq Razi Nurullayev partiya yaradır. AzNews.az-a daxil olan məlumata görə, yaxın zamanlarda “Yeni Demokratiya” hərəkatı partiyaya çevriləcək. Mənbənin bildirdiyinə görə, hərəkat partiyaya çevriləndən sonra adı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az