t s

» » Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

23-02-2015, 11:44 Yazar:  Anar Baxılıb: 765 Çap et
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulubNazirlik məlumat yaydı.

Azərbaycanın Müdafiə Nazirliyi fevralın 22-23 tarixlərində cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb.

Nazirlikdən Mediaxeberleri.az-a verilən məlumata görə, fevralın 22-də düşmən qüvvələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Kəngərli, Sarıcalı, Şıxlar, Şuraabad, Cəvahirli, Şirvanlı, Novruzlu, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Fevralın 23-də isə düşmən atəşkəsi 34 dəfə pozub.

Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Şuraabad, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:43 Bakı qara təslim oldu: qaz, işıq, su olmayan rayonlar... Dünən günün ikinci yarısından Bakıda başlayan qar və çovğun paytaxtın elektrik, qaz, su təsərrüfatında da qəzalara səbəb olub. Bakı və ətraf qəsəbələrin əksəriyyətində qaz, işıq və suyun kəsilməsi müşahidə olunur. Bu kəsintilər dünən axşam saatlarından başlayıb. Ən əsas problem isə işıqla
16:46 Qazaxda avtomobil aşdı - ölən və yaralananlar var Qazax rayonununda yol-nəqliyyat hadisəsi 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 20-də saat 22 radələrində Qazax rayonunun Daş Salahlı kəndində kənd sakini İlqar Hacıyev idarə etdiyi “BMW”
14:16 Cəbhə xəttində ATƏT-in növbəti monitorinqi baş tutdu Müdafiə Nazirliyindən Mediaxeberleri.az-a verilən məlumata əsasən, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 20-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
11:19 Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb Ermənistan atəşkəsi pozmaqda davam edir Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 34 dəfə pozub. Mediaxeberleri.az Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində və
01:01 Qaradağlı faciəsi - 23 il Ermənilər Xocavənddə əhalini xüsusi amasızlıqla öldürüblər Bu gün Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 23 il ötür. Erməni hərbi birləşmələri Rusiya silahlı qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az