t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Icra başçısı şəhidin doğum gününü ailəsi ilə birlikdə qeyd edib

Icra başçısı şəhidin doğum gününü ailəsi ilə birlikdə qeyd edib

28-04-2021, 08:46 Yazar:  Samir Baxılıb: 156 Çap et
Icra başçısı şəhidin doğum gününü ailəsi ilə birlikdə qeyd edib
Qazaxda icra başçısı Vətən müharibəsinin şəhidi əsgər Elfak Daşdəmirovun doğum gününü ailəsi ilə birlikdə qeyd edib

Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı həyata keçirərək işğal altındakı torpaqlarımızı qısa müddətdə düşməndən azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Və bütün dünya 10 noyabrda Azərbaycan dövlətinin qazandığı tarixi Qələbənin, gücünün və qüdrətinin bir daha şahidi oldu.

İllər ötsə belə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz, o cümlədən 44 gün davam edən Vətən müharibəsinin hər gününü bizlərə Qələbə sevinci ilə bəxş edən oğullarımız hər zaman yad olunacaqdır. Çünki Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq bizim hər birimizin borcudur.

44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıraraq Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də şəhid əsgər Daşdəmirov Elfak Eltun oğludur.

Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşan, Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxan Elfak Daşdəmirovun bu gün yaşasaydı 25 yaşı tamam olacaqdı. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun doğum gününü, yubiley yaşını bu gün ailəsi ilə bərabər hər kəs qeyd edir, şəhidimizə olan sonsuz ehtiramını bildirir.

Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman örnək götürülür. Rayon rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. İlk gündən əsası qoyulan ənənə bu gün də davam etdirilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalan 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış əsgər Elfak Daşdəmirovun da doğum gününü unutmayıb. İcra başçısı şəhidimizin doğulduğu Fərəhli kəndinə gələrək igid Vətən oğlunun 25 yaşını məzarı başında ailəsi ilə birlikdə qeyd edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, həmin şöbənin baş məsləhətçisi Teybə Hüseynova, RİH başçısı aparatında yeni yaradılmışVətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, şəhidimizin vaxtilə oxuduğu Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin direktoru Ramin Həsənov, ibtidai sinif müəllimi Aynurə Alıyeva və ailə üzvləri ilə birlikdə şəhidimizin doğum günündə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıb.

Şəhidimizin ruhuna dua oxunduqdan sonra rayon rəhbəri və qonaqlar Elfak Daşdəmirovun ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.

Elfak Daşdəmirov kimi oğullarımızın daim qəlblərdə yaşayacağını söyləyən icra başçısı Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Elfakın xatirəsinin hər zaman əziz tutulacağını bildirib.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən söz açan icra başçısı həmin qələbədə payı olan Elfak kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Elfakın təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir qazaxlının qürur duyduğunu vurğulayıb.

Rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün nümunə olduğunu bildirib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını qeyd edib. "Şəhidlərimizi, onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur. Bu gün mən də özümə borc bildim ki, qəhrəman şəhidimizin doğum gününü sizlərlə birlikdə qeyd edim” - deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də məhz bu amala xidmət etdiyini qeyd edib.

Şəhid atası Eltun Daşdəmirov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun doğum günündə onun xatirəsinin yad olunmasını Elfakın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası kimi oğlu Elfakla və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:30 Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR 2020-ci il 27 sentyabr tarixdən etibarən başlayan İkinci Qarabağ müharibəsi cənab Prezident, Silahlı Qüvvələrin Ali baş Komandanı İlham Əliyevin rəhbərliyi və rəşadətdli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifə kimi yazıldı. Sülh yolu ilə getmək
01:00 İcra başçısı şəhidin doğum gününü ailəsi ilə birlikdə qeyd edib Bu müqəddəs yolda, torpaqlarımız uğrunda gedən döyüşlərdə ölümün gözünə dik baxaraq Vətəni canı bahasına qoruyan və Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də 27 yaşlı qazaxlı şəhidimiz əsgər Nəsibov Asəf Səfəralı oğludur. Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident
14:40 İcra başçısı bu gün Vətən müharibəsi şəhidinin 30 yaşını ailəsi ilə birlikdə qeyd etdi Şanlı tarixi Qələbəmizdən xeyli vaxt keçsə də Azərbaycan xalqı zəfər dolu həmin günləri bu gün də minnətdarlıq hissi ilə xatırlayır. Başlanğıcını 27 sentyabrdan götürüb 10 noyabrda Azərbaycanın tam qələbəsi ilə başa çatan Vətən müharibəsində qazandığımız tarixi Qələbəmizə görə qürur hissi keçirir.
22:02 İcra başçısı Vətən müharibəsi şəhidinin doğum günündə ailəsini və məzarını ziyarət etdi - FOTO/VİDEO Yola saldığımız 2020-ci il müstəqil Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı. Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son
19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az