t s

» » ABŞ nefti bahalaşdırdı

ABŞ nefti bahalaşdırdı

23-02-2015, 11:36 Yazar:  Anar Baxılıb: 830 Çap et
ABŞ nefti bahalaşdırdıAmerika Neft İnstitutu (API) ilə ABŞ Energetika Nazirliyinin ölkənin neft ehtiyatları barədə açıqladığı məlumatların üst-üstə düşməməsi şənbə günündən başlayaraq dünya bazarında neftin qiymətini qaldırıb.

Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, hazırda Brent markalı neftin barreli cümə axşamı qeydə alınmış 58 dollardan xeyli artaraq 60 dolları keçib. Hazırda Brent neftininin barreli 60,37 dollara çatıb. WTI markalı neftin qiyməti isə barrel üzrə 50,74 dollardır.

Keçən cümə axşamı ABŞ Energetika Nazirliyi bəyan etmişdi ki, fevralın 13-də başa çatmış həftə ərzində neft ehtiyatları 7,716 mln barrel artaraq 80 il üzrə tarixi maksimuma - 425,64 mln barrelə çatıb. Həmin gün Amerika Neft İnstitutu isə bildirmişdi ki, həftə ərzində neft ehtiyatları 14,3 mln barrel artaraq 428 mln barrelə çatıb. "CBC Energy" analitiklərinin fikrincə, API-nin göstəricilərinin statistika ilə üst-üstə düşməməsi bazarı şoka salıb.

“Reuters”in fikrincə, ABŞ-da qazma qurğularının sayının azalması açıqlanarsa, bu, neftin qiymətini daha da artırar.

“Rosneft”in rəhbəri İqor Seçin bildirib ki, sahəyə sərmayə yatırmalır bərpa edilərsə, neftin qiyməti gələn barrel üzrə 80 dollara qədər qalxa bilər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:42 Neftimiz bahalaşdı Dünya birjalarında neftin qiyməti yenidən qalxıb. ANS PRESS-in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,01% bahalaşaraq 60,22 dollar olub. WTI neftinin qiymətində isə 1,02% ucuzlama müşahidə olunub. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında
17:14 Azərbaycan bir aya 1 milyard dollarlıq neft satıb DGK məlumat yaydı. Azərbaycan 2015-ci ilin ilk bir ayı ərzində 1 milyard 65 milyon dollarlıq xam neft ixrac edib. Bu barədə Mediaxeberleri.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Komitənin məlumatına görə, bu da 2014-cü ilin yanvar ayı ilə müqayisədə 34,2% və ya 552,67 milyon dollar
08:28 Neft 110 dollara qalxacaq?-PROQNOZ Dünya bazarında neftin qiyməti bir barrel üçün 90-110 dollar qiymətinə qayıda bilər. Bbu fikri "Financial Times" qəzetinə yazdığı məqaləsində “Rosneft” şirkətinin rəhbəri İqor Seçin bildirib. Onun fikrincə, bu hazırda həyata keçirilən bəzi layihələrin ucuz qiymətlər səbəbi ilə dondurulması

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az