t s

» » AXCP Ali Məclisinin üzvü Razi Nurullayevin tərəfinə keçdi

AXCP Ali Məclisinin üzvü Razi Nurullayevin tərəfinə keçdi

20-08-2015, 15:21 Yazar:  Anar Baxılıb: 552 Çap et
AXCP Ali Məclisinin üzvü Razi Nurullayevin tərəfinə keçdiSon günlər AXCP-ni tərk edənlərin sayı artmağa başlayıb. Bir müddət öncə AXCP sədrinin müavini postundan və partiyadan istefa verən Razi Nurullayevin dünən keçirtdiyi mətbuat konfransından sonra bu prosesin sürətlənməyə başladığı müşahidə edilir.

Mediaxeberleri.az
xəbər verir ki, AXCP-nin Qubadlı rayon şöbəsindən partiyanın Ali Məclisinin üzvü olan Kamil Babayev dünən Razi Nurullayevin təşkilatçılığı ilə təsis edilən alternativ AXCP-yə keçdiyini bəyan edib.

Kamil Babayevin bəyanatında deyilir:

“1990-cı ildən bu günə kimi AXC və AXCP-də fədakarlıqla mübarizə həyatı keçmişəm. Hakimiyyətin bizə yaratdığı iztirabları və məşəqqətləri yaşamışam. Bu gün də hakimiyyətin apardığı repressiya siyasətinə qarşı fəaliyyət göstərirəm. 1990-cı ildən gələn yolumda heç bir zamanda dəyişiklik olmayıb və olmayacaq da...

Lakin, səmərəsiz mübarizə və daxili intriqalar hər kəs kimi, məni də yorub. Mən də o düşüncədəyəm ki, hakimiyyət dəyişməlidir və mütləq dəyişməlidir. Lakin, onun dəyişdirmək üçün gizli oyunlara və hakimiyyətlə bir-birinə pas ötürməyə son qoyulmalıdır.

Əli Kərimli artıq uzun müddətdir ki, sədrdir. Lakin onun tutduğu yolun uğurlu olmasına inancımı itirmişəm. Əminəm ki, partiya rəhbərliyi dəyişsə, ciddi nəticələrə səbəb olar. Bunun üçün də çağırış edirəm ki, AXCP-də gəncliyə yol açılsın.

Çünki, partiya içində gedən oyunlar, Əli Kərimlinin tənqidə dözümsüzlüyü, cəbhəçilərlə müqayisədə kifayət qədər normal yaşayışı və apardığı siyasətin də şəxsi maraqlar və şəxsi istəkləri üzərində qurulması mənə digər yol qoymur.

Bunun üçün də mən bu gündən Razi Nurullayevin rəhbərliyi ilə elan olunan və alternativ fəaliyyət göstərən AXCP-yə qoşulduğumu və fəal siyasətdə sözümü deyəcəyimi bəyan edirəm. Bütün cəbhçiləri də ayıq-sayıq olmağa və nəticəsiz mübarizədən çəkilməyə, bizimlə bərabər bu polis rejimi yaradan hakimiyyətlə mübarizəyə səsləyirəm”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:13 Razi Nurullayev media mənsublarını BMM-ə dəvət edir - İkinci AXCP yaranır AXCP sədrinin keçmiş müavini Razi Nurullayev və vaxtilə AXCP üzvü olmuş bir sıra funksionerlər, o cümlədən də hazırda AXCP üzvü olan narazılar yeni təşkilat yaratmaq fikrindədirlər. Bu barədə Musavat.com-a məlumat R.Nurullayev tərəfindən verilib. Redaksiyamıza daxil olan bildirişdə qeyd olunur:
16:10 Razi Nurullayev Əli Kərimliyə rəqib təşkilat yaradır Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini Razi Nurullayev və partiyadan zorla uzaqlaşdırılan və ya istefaya vadar edilən bir qrup narazı cəbhəçi Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və
14:20 Əli Kərimlinin keçmiş müavini partiya yaradır - Yeni AXCP? “Yeni Demokratiya” hərəkatının sədri, politoloq Razi Nurullayev partiya yaradır. AzNews.az-a daxil olan məlumata görə, yaxın zamanlarda “Yeni Demokratiya” hərəkatı partiyaya çevriləcək. Mənbənin bildirdiyinə görə, hərəkat partiyaya çevriləndən sonra adı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)
19:08 Nurəddin Məmmədli : "Razi Nurullayevin pafosla danışması mənəvi deqradasiyanın ifadəsidir" Nurəddin Məmmədli Razi Nurullayevin cavabını belə verdi Razi Nurullayev AXCP-yə gələn gündən həmişə onunla münasibətim yaxşı olub. Etiraf edim ki, onun haqqında neqativ fikir söyləmək istəyində deyildim. Amma onun bu səviyyədə yalançı, böhtançı olmasını sükütla qarşılamaq da mümkün deyil. İddia
01:41 Fuad Qəhrəmanlı: “Razi Nurullayevin hakimiyyətə loyal münasibəti vardı” AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sədr Əli Kərimlinin bu gün vəzifədən çıxardığı digər müavini Razi Nurullayevi hakimiyyətə işləməkdə ittiham edib. APA-nın xəbərinə görə, F. Qəhrəmanlı “facebook” sosial şəbəkəsindəki statusunda R. Nurullayevin müavin vəzifəsindən uzaqlaşdırılmasının səbəbini

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az