t s

» » Ramil Səfərovla eyni taleyi yaşayan Cavid Hüseynov – ONU BAĞIŞLAMAQ OLARMI?

Ramil Səfərovla eyni taleyi yaşayan Cavid Hüseynov – ONU BAĞIŞLAMAQ OLARMI?

19-08-2015, 09:35 Yazar:  Anar Baxılıb: 710 Çap et
Ramil Səfərovla eyni taleyi yaşayan Cavid Hüseynov – ONU BAĞIŞLAMAQ OLARMI?Futbol meydançaları və azarkeşlər sənin yolunu və jurnalistin qatillərinin cəzalandırılmasını gözləyir, ŞƏHİD OĞLU CAVİD HÜSEYNOV!!!

cavid2“Qəbələ”nin futbolçusu Cavid Hüseynovun “Apollon”la oyunda etdiyi hərəkətlərə və sonradan jurnalist Rasim Əliyevin qətli ilə yekunlaşan hadisələrdə iştirakına ictimaiyyətin mövqeyi birmənalı deyil. Öncə başlayaq “Apollon”la bağlı həm səfərdə, həm də evdə baş tutan matçlarda Cavid Hüseynovun hərəkətlərindən…

Futbolçu Cavid Hüseynovu hərbçi Ramil Səfərovla birləşdirən oxşar cəhətlər

Cavid Kiprdəki oyun zamanı vurduğu qolu bayram edərkən azarkeşlərə göstərdiyi ədəbsiz jestlə bağlı bu məqamı televiziyada canlı yayımda izləyən azərbaycanlı tamaşaçılardan üzr istəsə də, hislərinə sahib olmadığını etiraf etmişdi. Səbəb kimi Azərbaycan bayrağının kiprli azarkeşlər tərəfindən təhqir olunmasını göstərmişdi. Hamının yaxşı xatirindədir ki, 2004-cü ilin 19 fevral tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində Ramil Səfərov NATO-nun kurslarında iştirak edən Qurgen Markaryan adlı erməni zabitini məhz Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirmişdi. O zamanlar da bu məsələ ilə bağlı ictimaiyyətin Ramil Səfərovla bağlı mövqeyi birmənalı deyildi. Əksəriyyət Ramilin hərəkətinə bəraət qazandırsa da, onu hislərinə hakim olmamaqda və ermənini xüsusi qəddarlıqla qətlə yetirməkdə qınayanlar da tapılmışdı.
Uzun müddətdən sonra, bayrağımızın təhqir olunmasına etiraz bu dəfə Cavid Hüseynovdan gəldi: Kiprin Larnaka şəhərində onminlərlə yerli azarkeşin gözü qarşısında. Cavid Hüseynovla Ramil Səfərovu birləşdirən təkcə bayrağımızın təhqir olunmasına emosional münasibət deyildi. Maraqlıdır ki, onların hislərinə sahib olmamasına rəvac verən səbəblər də eynidir:
* Cavid də Ramil kimi ermənilərin torpağımızın işğal etdiyi rayonlardan məcburi köckün kimi didərgin düşüb. Hər iki şəxs Cəbrayıl rayonunda anadan olsa da, onlara doğulduqları el-obalarında uzun müddət yaşamaq qismət olmayıb;
* Ermənilərin vəhşilikləri nəticəsində Ramil bəzi yaxınlarının həlak olmasının canlı şahidi olmuşdu. Cavid Hüseynovun atası Şakir Hüseynov isə 896 saylı Cəbrayıl alayında batalyon komandiri olub. Şakir Hüseynov 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olanda Cavidin cəmi 5 yaşı var idi…
* Ramil Səfərov hadisə baş verəndə hərbi sistemdə özünün ən uğurlu dövrünü keçirirdi. Qısa zaman ərzində baş leytenant vəzifəsini daşıyan, tağım komandiri olan Ramil məhz Müdafiə Nazirliyinin sərəncamı ilə Budapeştə NATO-nun kurslarına göndərilmişdi. Cavid Hüseynov isə milli komandamızın lideri olmaqla yanaşı “Qəbələ” klubunun Avroliqada ilklər yaşamasında əsas fiquru idi. Futbolçu Caviddən Avroliqanın play-offunda, hərbçi Ramil Səfərovdan Qarabağda qələbə sorağını gözlədiyimiz zaman onların səsi eyni yerdən gəldi – ZİNDANdan…
Jurnalistin ölümündə Cavidin günahı varmı?
Cavid Hüseynovun hərəkətlərində aqressivlik hər iki oyunda müşahidə olundu. Təəssüf ki, bununla bağlı hər hansı qabaqlayıcı tədbirlər və psixoloji müzakirələr uğurla aparılmadı. Bəzi media orqanları Cavidin üzərinə eyni aqressivliklə hərəkət etdi. Amma bəzi həmkarlarından fərqli olaraq jurnalist Rasim Əliyev Cavidin yunan jurnalistə etdiyi əl hərəkətlərini yalnış anlasa da, sonradan futbolçu ilə telefon danışığında yüksək mədəniyyət göstərərək üzrxahlıq etdi. Hər ikisi Cəbrayıldan olan və məcburi köckünlük taleyini yaşayan şəxslər arasında məsələ bununla bitməli idi… Amma məsələyə digər “dostlar” qoşulmasaydı… Artıq məlum hadisənin bütün təfərrüatları hamıya aydındır. Min təəssüf ki, Azərbaycan 2 dəyərli vətəndaşını itirdi, birini həmişəlik, digərini müvəqqəti: Peşəkar jurnalist Rasim Əliyev haqq dünyasına qovuşdu, uğurlu futbolçu Cavid Hüseynovun nəsibi zindan oldu.
Jurnalistin ölümündə Cavidin günahına gəlincə isə, bunun hüquqi tərəfinə hüquq-mühafizə orqanları qiymət verəcəklər. Amma ictimaiyyət bu məsələdə futbolçunun günahının olmasını birmənalı surətdə qəbul edir. Sadəcə, o günahın xüsusi çəkisini müəyyənləşdirməkdə fikir ayrılıqları var. Fikrimizcə, Cavid Hüseynov bu qətlin baş verməməsi üçün cəhdlər göstərə bilərdi ki, ölkə bu ölüm xəbərinin mənfi təsirindən sarsılmasın. Bunun üçün futbolçu dostlarının mərhumla görüşə getməsinə mane ola və ya mərhumu onlarla görüşə getməmək haqqında məlumatlandıra bilərdi. Amma artıq gecdir və bunu bizimlə yanaşı Cavid də anlayır. Bəlkə bu səbəbdəndir ki, qohumları vasitəsiylə ictimaiyyəti məlumatlandırdı ki, jurnalistin qətlində iştirak edənlərinin ciddi şəkildə cəzalandırılmasını istəyir.
Onu bağışlamaq olarmı?!
Bu hadisənin baş verməsini heç kəs istəmirdi, amma son dövrlər bəzi “idmançılarımız”ın hərəkətləri bu cür xoşa gəlməyən hadisələrin baş verəcəyinin siqnalı idi. Dövlətin idmanın inkişafına xüsusi qayğı göstərməsindən bəziləri sui-istifadə etməyə başlamışdı. İdmançıların iştirakı ilə baş verən cinayət hadisələri, bəzilərinin ictimaiyyətin narazılığına səbəb olan özündən razı hərəkətləri haqqında son zamanlar mətbuatda çox müzakirə gedib. Amma bu hadisə ilə bağlı aparılan operativ həbslər idman ictimaiyyəti üçün ciddi siqnal oldu: qazandığı nailiyyətindən asılı olmayaraq, idmançılara hər hansı güzəşt edilməyəcək.
Cavid Hüseynovla bağlı da hadisələrin sonrakı gedişini proqnozlaşdırmaq cətin olsa da, fikrimizcə, futbolçuya hüquqi müstəvidə yüngülləşdirici halların tətbiq olunmasına ehtiyac var. Yüngülləşdirici hala səbəb kimi futbolçunun atasının şəhid olması, milli komanda və “Qəbələ” futbol klubunun tərkibində beynəlxalq yarışlarda göstərdiyi uğurlu nəticələr, etdiyi əmələ görə peşmançılıq hissinin keçiriməsini göstərmək olar.

Hüquq hansı qərarı verəcək?

Bunu yaxın zamanlarda hamımız görəcəyik. İndilikdə isə bizə düşən bunları deməkdir:

Ruhun şad olsun, həddini aşan idmançıların özbaşınalığının İLK ŞƏHİDİ, RASİM ƏLİYEV!!!

Futbol meydançaları və azarkeşlər sənin yolunu və jurnalistin qatillərinin cəzalandırılmasını gözləyir, ŞƏHİD OĞLU CAVİD HÜSEYNOV!!!
Anar Bayramov /qol.az/




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:39 “Sözüm İsa Qəmbərə və Arif Hacılıyadır...”- Cavidin dayısı+Video Xəbər verdiyimiz kimi, avqustun 14-də Bakı Apelyasiya Məhkəməsində “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun apelyasiya şikayətinə baxılıb. Qapalı keçirilən məhkəmə prosesində hakim aşağı instansiyanın qərarını qüvvədə saxlayıb. Futbolçunun qohumları isə Cavid Hüseynovun haqsız həbs
10:10 Cavid Hüseynov `Panatinaikos` la görüşə çıxacaq? "Qəbələ" klubu futbolçu Cavid Hüseynovun adının Avropa Liqasının pley-off mərhələsində keçiriləcək Yunanıstan "Panatinaikos"u ilə görüşün iştirak ərizəsinə daxil edilməsi ilə bağlı açıqlama yayıb. Mediaxeberleri.az -ın məlumatına görə, klubun açıqlamasında deyilir: "Qəbələ" İdman Klubunun UEFA
13:10 Cavid Hüseynov istintaqa cəlb olundu “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov istintaqa cəlb olunub. Bu barədə “Report”a klubdan məlumat verilib. C.Hüseynov jurnalist, ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və sonradan öldürülməsi faktı üzrə müstəntiqlər tərəfindən dindirilib. Qeyd edək ki, avqustun 8-də saat 18
15:55 Seyfurə Əliyeva: "Cavid özü Rasimi aldadıb, görüşə çağırdı..." Həmin adamları Rasimlə görüşə Cavidin özü göndərib. Rasim dedi ki, ana Cavid zəng eləmişdi. Dedi, səni söyən uşaqlar gəlib səndən üzr istəyəcəklər. Mediaxeberleri.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən və aldığı xəsarətlərdən xəstəxanada
13:28 Öldürülən jurnalist Rasim Əliyevin son müsahibəsi-VIDEO Jurnalist Rasim Əliyev avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə gedib. Bu barədə “Amerikanın səsi”nə jurnalistin bacısı Gülnarə Əliyeva bildirib. Avqustun 8-də Rasim Əliyev “Qəbələ” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Ağır bədən xəsarəti

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az