t s

» » "Haber Global": Ermənistan Şuşaya atdığı "İskəndər M" raketini necə əldə edib? - VİDEO

"Haber Global": Ermənistan Şuşaya atdığı "İskəndər M" raketini necə əldə edib? - VİDEO

7-04-2021, 23:25 Yazar:  Samir Baxılıb: 60 Çap et
"Haber Global": Ermənistan Şuşaya atdığı "İskəndər M" raketini necə əldə edib? - VİDEO
Türkiyənin "Haber Global" telekanalı Ermənistanın ikinci Qarabağ müharibəsində "İskəndər" raketindən istifadə etməsi ilə bağlı süjet hazırlayıb.

Mediaxeberleri.az-ın məlumatına görə, süjetdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bir müddət öncə Şuşa şəhərində "İskəndər M" raketinin hissələrini tapdığı qeyd olunub.

"Bəs Ermənistan ixracına qadağa qoyulmuş bu silahı necə əldə edib? ANAMA bir neçə gün öncə raketin hissələrini bütün dünyaya nümayiş etdirdi. Onun üzərində də (9M723) seriya nömrəsi açıq şəkildə görünür. Yəni Şuşaya atılan raket "İskəndər M"-dir, "İskəndər E" deyil. Bu isə çox önəmli detaldır. Çünki "İskəndər M" sadəcə Rusiya üçün istehsal edilir və ixracı qadağandır. Beynəlxalq konvensiyalara görə, 300 km radiusdakı hədəfləri zərərsizləşdirmək qabiliyyətinə malik raketlərin ixracı yasaqdır. Eyni zamanda "İskəndər M" raketləri nüvə başlığı daşıya bilir. Rəsmi sənədlərə görə, 500 km və ondan çox radiusdakı hədəfləri da məhv edə bilir", - süjetdə bildirilib.

Süjetdə həmçinin vurğulanıb ki, Ermənistana 2016-cı ildə "İskəndər E" raketi ixrac edilib: "Bəs niyə Şuşada aşkarlanan raket hissələri ixracı qadağan edilmiş "İskəndər M"a aiddir? Bu raketi Şuşaya kim və necə atdı? Rusiya suallara hələlik cavab verməyib. Sadəcə Kremlin sözçüsü Dmitri Peskov Qarabağda "İskəndər" raketindən istifadə olunmadığını bildirib. Rusiya Ermənistana "İskəndər M" satmayıbsa və ya verməyibsə, ermənilər bu silahı necə əldə edib? Yoxsa bu sistem qaçaqmalçılıq yolu ilə əldə olunub? Əgər vəziyyət belədirsə, bütün dünya təhlükə ilə üzləşə bilər. Çünki bu, digər ölkələrdəki terrorçuların eyni silahı qeyri-leqal yollardan əldə edə biləcəyi anlamına gəlir".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az