t s

» » "SMS-icazə tətbiq edilə bilər" - Millət vəkili

"SMS-icazə tətbiq edilə bilər" - Millət vəkili

7-04-2021, 23:20 Yazar:  Samir Baxılıb: 48 Çap et
"SMS-icazə tətbiq edilə bilər" - Millət vəkili
Yoluxma və ölənlərin sayının artması narahatedicidir. Vəziyyət belə davam etsə, yenidən qapanmaya gedilə, SMS-icazə sistemi tətbiq edilə bilər. Buna görə vətəndaşların vaksinasiya prosesinə cəlb edilməsi üçün daha effektiv işlər görmək lazımdır.

Bu sözləri Mediaxeberleri.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, mövcud vəziyyətlə əlaqədar hökumət yenidən sərt rejimə keçməyə məcbur olsa, SMS-lə evdən çıxmaq və s. kimi məhdudiyyətlər peyvənd olunan şəxslərə şamil olunmaya bilər:

"Təəssüf ki, hazırda vəziyyət ciddidir. Yoluxanların sayından əlavə günlük ölüm sayı da öncəki vaxtlara nəzərən artmaqdadır. Təəssüf ki, gözləri qarşısında baş verən bu vəziyyətə baxmayaraq, hələ də laqeydlik göstərənlər var. Görünür, insanların vaksinləşmə ilə bağlı inam problemi mövcuddur.

Düşünürəm, qarşıdakı günlərdə hökumət yenidən sərt rejimə keçməyə məcbur olsa, qadağalar hamıya şamil olunmamalıdır. Yəni əvvəlcədən yoluxub sağalan və ya vaksin olunan şəxslərin hamı ilə bərabər evdə qalması məntiqli deyil. Bu, iqtisadiyyat üçün də ciddi problem yarada bilər. Vaksin olunan şəxsləri SMS-lə evdən çıxmaq kimi qadağalardan azad etmək olar. Bu şəxslər hər halda vətəndaş məsuliyyətini dərk edən və qaydalara riayət edən şəxslərdir".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:02 "UZAĞI 10 GÜNƏ YOLUXMA SAYI 1000-1500-ə ÇIXACAQ" - Sərt karantin rejimi yenidən tətbiq oluna bilərmi? Son günlərdə Azərbaycanda koronavirusa yoluxma sayı xeyli artıb. Martın 1-də ölkə üzrə yoluxma sayı 125 olduğu halda, növbəti gün bu göstərici 352-yə yüksəlib. Həmçinin, koronavirusa yoluxanlarla sağalanların arasında fərq də kəskin artıb. Bu gün isə ondan bir qədər az, 319 yeni yoluxma faktı
20:28 Bu rayonda RMX publik hüquqi şəxsin direktoru peyvənd olundu - Foto Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Ağstafa rayonunda əhalinin vaksinləşmə prosesinə başlanılıb. Bunun üçün “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin konsultativ poliklinikası və Muğanlı kənd Ailə Sağlamlıq Mərkəzi bölməsində TƏBİB-in
23:00 "Xınalıq”, “Keşikçidağ” və “Atəşgah məbədi” ilə bağlı QƏRAR VERİLDİ Nazirlər Kabineti “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci
21:40 Prezident "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edib Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, qanunda deyilir: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
18:52 Atam məni də zorlamaq istəyirdi, canımı güc-bəla ilə qurtardım - Dəhşətli ailə dramı Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az