t s

» » 200-dən çox cinayətkar ölkəyə gətirildi - Rəsmi

200-dən çox cinayətkar ölkəyə gətirildi - Rəsmi

7-04-2021, 21:46 Yazar:  Samir Baxılıb: 42 Çap et
200-dən çox cinayətkar ölkəyə gətirildi - Rəsmi
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cinayətkarlığın qarşısının alınması üzrə qəti tədbirlər görülərək bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Müxtəlif dövlətlərlə ikitərəfli sazişlər və müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə ekstradisiya və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.

Ədliyyə Nazirliyi tərəfindən qlobal pandemiya əlaqədar ekstradisiya sorğularının elektron qaydada qəbul olunması və baxılması təmin edilir. Ötən il beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və s. dövlətlərdən ölkəmizə ekstradisiyasına nail olunub.

Ədliyyə Nazirliyindən Mediaxeberleri.az-a verilən məlumata görə, bu gün isə xarici dövlətlərdə qeyri-qanuni fəaliyyətlə məşğul olaraq müxtəlif şəxslər üçün qanunsuz yollarla siyasi sığınacaq əldə etmək məqsədilə həmin ölkələrin dövlət qurumlarını aldatmaqla rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən Azərbaycan vətəndaşının Almaniyadan ekstradisiyası təmin edilmiş və o, Nazirliyin əməkdaşların müşayiəti ilə ölkəmizə gətirilib.

Cinayətkar şəxslər Azərbaycana gətirilərkən tranzit dövlətlərin razılığının alınması üçün Nazirlik tərəfindən qısa müddətdə zəruri tədbirlər görülür. Bu baxımdan qardaş Türkiyənin ölkəmizə böyük dəstəyi xüsusi qeyd olunmalıdır.

Ümumilikdə ötən 5 il ərzində 200 nəfərdən çox cinayətkar şəxslərin Azərbaycana ekstradisiyası təmin olunub.

Bununla da cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini heç yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.

"Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcək", - məlumatda deyilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:34 Qurucu LİDER – QALİB PREZİDENT! - Əli Həsənov yazdı Hötmətli səhifə izləyiciləri, əziz dostlar! Düz bir il əvvəl Prezident İlham Əliyevin Doğum Günü ilə əlaqədar qələmə aldığım və dekabr ayının 23-də FB səhifəmdə paylaşdığım bir məqaləni, yalnız başlığını dəyişməklə və yuxarıdan iki yeni abzas artırmaqla təkrar paylaşıram. Mediaxeberleri.Az xəbər
01:42 Məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əsaslı islahatlar ölkə həyatının bütün sahələri kimi, məhkəmə-hüquq sistemini də əhatə edir. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun AZƏRTAC-a təqdim etdiyi məqalədə son 16 ildə məhkəmə
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
09:13 MDB dövlət başçıları Moskvada nədən danışdılar? – ÇIXIŞLAR + VİDEO + FOTO Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəlib. Mediaxeberleri.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Rusiya Prezidenti
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az