t s

» » “İsgəndər” Şuşanı tam dağıtmaq üçün atılıb - Poladov

“İsgəndər” Şuşanı tam dağıtmaq üçün atılıb - Poladov

7-04-2021, 19:39 Yazar:  Samir Baxılıb: 58 Çap et
“İsgəndər” Şuşanı tam dağıtmaq üçün atılıb - Poladov
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovun Report-a müsahibəsini təqdim edir:

- Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin (ANAMA) Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə etməsi xəbəri cəmiyyətdə böyük rezonans doğurdu. Bu mövzuda fikrinizi bilmək istərdik.

- Bildiyiniz kimi, Vətən müharibəsində şanlı qələbəmizdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Minatəmizləmə Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işi aparılır. Konkret olaraq işğaldan azad olunmuş Şuşa şəhərinin ərazisində Minatəmizləmə Agentliyi tərəfindən 2020-ci ilin dekabr ayından təmizləmə əməliyyatı həyata keçirilir. Bu müddət ərzində aparılmış təmizləmə əməliyyatı zamanı 234 000 kv.m (23,4 ha) ərazi yoxlanılıb, 686 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Həmçinin Agentliyin mütəxəssisləri tərəfindən 183 ev və həyətyanı sahə, 11 çoxmərtəbəli bina yoxlanılıb və aidiyyəti üzrə təhvil verilib.

Cari ilin 15 mart tarixində Agentliyin əməkdaşları tərəfindən şəhər ərazisində aparılan təmizləmə əməliyyatı zamanı iki ədəd partlamış raketin qalıqları aşkar edilib. Agentliyin mütəxəssisləri tərəfindən raketin üzərində olan identifikasiya nömrəsinə (9M723) baxış zamanı və aparılmış əlavə araşdırma nəticəsində onun “İskəndər-M” raketi olduğu müəyyən olunub. Bu günədək Agentlik tərəfindən Şuşa şəhəri ərazisində qeyd olunan raketlərdən birinin partlayış çalası aşkar edilib. Hər iki raketin tapıldığı yerin dəqiq koordinantları artıq kütləvi informasiya vasitələrində yayılıb.

Məlumat üçün bildirim ki, qeyd olunan raketin NATO kod adı “SS-26 STONE”, maksimal uçuş məsafəsi 400 km, diametri 920 mm, uzunluğu 7,2 m, raketin döyüş başlığının çəkisi 480 kq-dək, başlanğıc çəkisi 3 800 kq-dır.

- Qeyd etdiniz ki, hər iki raket partlamış şəkildə aşkar edilib. İki raket atılıbsa, necə olur ki, yalnız bir çala aşkar edilib?

- Bəli, hər iki raket partlamış halda aşkar edilib. Qeyd etdiyiniz məqam bizdə də suallar doğurur. Bu kimi güclü raketlərin partlaması nəticəsində müəyyən diametrdə çala və ya digər hiss edilən izlər yaranır. Qeyd etdiyim kimi, biz yalnız bir çala aşkar etmişik. Təmizləmə prosesi davam edir və yeni önəmli tapıntılar olacağı təqdirdə, əlavə məlumat verəcəyik. Elə də ola bilər ki, xoşbəxtlikdən raketlərdən biri böyük dağıntı törətməyib.

Raketin tam gücü ilə partlamaması barədə də əsaslı ehtimallar irəli sürmək olar. Çünki raketin iddia edilən gücü ilə törədilmiş dağıntı arasında qeyri-proporsionallıq vardır. Bununla bərabər, tam gücü ilə partlama şəraitində raketin hissələri belə böyük həcmdə qala bilməzdi.

- Ermənistan mətbuatında yayılan məlumatlarda “İskəndər” raketlərinin müharibənin son günlərində, yəni Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən azad olunduğu ərəfədə istifadə edildiyi qeyd edilib. Bu barədə nə deyə bilərsiniz?

- Raketlərin konkret olaraq hansı tarixdə atıldığını demək bizim üçün bir az çətindir. Böyük ehtimalla Azərbaycan Ordusunun Şuşa şəhərini azad etməsindən sonra hərbi baxımdan çıxılmaz vəziyyətə düşən Ermənistan irəliləyən Azərbaycan Ordusunun qarşısını almaq, hərbçilərimiz arasında kütləvi tələfat törətmək məqsədilə bu raketlərdən istifadə edib. Maraqlıdır ki, başqa vaxt Şuşanı öz şəhərləri kimi təqdim etməyə can atan düşmən bir anda onu tam olaraq dağıtmağa cəhd edib. Bu bir daha göstərir ki, Şuşanın ermənilərə heç bir bağlılığı yoxdur.

Eyni zamanda, bu raketlərin atılması ilə Şuşa şəhərini azad edən hərbi qulluqçularımız arasında tələfat törətmək məqsədinə nail olunmayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az