“Dünya təcrübəsində işğal və hərbi təcavüz nəticəsində vurulan zərərə görə təzminat ödənilməsi ilə bağlı real faktlar var”.
Bunu Report-un canlı efirində “Hüququmuz var” verilişinin qonağı, beynəlxalq hüquq üzrə ekspert, professor Əmir Əliyev deyib.
O bildirib ki, müharibə cinayətləri törədən Ermənistanın təzminat ödəməsi üçün Azərbaycan beynəlxalq sənədlərə əsaslanan iş aparır: “Təzminat məsələsi ilə bağlı ilk növbədə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və BMT çərçivəsində qəbul edilmiş digər sənədlər müəyyən olunur. BMT Təhlükəsiz Şurasının qəbul etdiyi bu sənədlərə əsasən, məcburi köçkünlərin təhlükəsiz və şərəfli qayıdış hüququ müəyyən edilir. Ermənistan məcburi köçkünlərin qayıdığı üçün bütün şəraiti yaratmalıdır. Ermənistan nəinki minaların xəritəsinin verilməsi, həmçinin onların öz yurdlarına yerləşdirilməsində və onlara dəymiş ziyanın müəyyənləşdirilməsində Azərbaycanla əməkdaşlıq etməlidirlər”.
Ekspertin sözlərinə görə, beynəlxalq sənədlərdə birmənalı olaraq göstərilir ki, məcburi köçkünlərə vurulmuş zərər onu törədən dövlət tərəfindən ödənilməlidir.
08:23 Azərbaycanda mənəvi zərəri tələb etmək rəsmiləşdi - MƏHKƏMƏ QƏRARIAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHIMəhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladıPrezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
15:23 Televiziya aparıcılarının leksik norma səhvləri açıqlanıb – SİYAHIAzərbaycanın televiziya kanallarının qeyri-xəbər proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin leksik normasının pozulması faktları açıqlanıb. “Report”un xəbərinə görə, teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında
Öz şərhini bildir: