“Azərbaycanda məhdudlaşdırıcı tədbirlər mütləq həyata keçirilməlidir”.
Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Turanə Rəsulova deyib. O bildirib ki, gündəlik koronavirusa yoluxma sayı 2000-2200 olması bu tədbirləri labüd edir:
“Epidemiologiyada belə bir qayda var ki, yeni yoluxanların sayı çoxdursa və ya rəqəm hansısa sayda dayanıbsa, mütləq məhdudiyyətlər tətbiq edilməlidir. Əgər məhdudiyyətlər varsa, yeni məhdudlaşdırıcı tədbir əlavə olunmalıdır.
Azərbaycandakı bugünkü mənzərə onu göstərir ki, hazırkı vəziyyət belə davam edərsə, yeni yoluxma sayı və ölüm halları daha da artacaq, xəstəxanalar yüklənəcək. Peyvəndlənmə prosesi başlar-başlamaz karantinin yumşaldılması epidemioloji baxımdan doğru deyil. Bu proses əhalinin 70-80 faizini əhatə etdiyi halda effektivdir. Yəni əhalinin 50 faizi peyvənd olunmuş olsa belə, bu, yoluxma sayını azaltmayacaq”.
08:36 Sərt karantin və SMS-icazə geri gəlir? - Belə davam edərsə...Azərbaycanda koronavirusa yoluxanların sayında hər gün yüksəlmə müşahidə edilir. Son 3 günün statistikasına nəzər salsaq, qeydə alınan yoluxmaların ciddi templə artdığını müşahidə edə bilərik. Bu səbəbdən yenidən sərt karantin rejiminin və SMS-icazənin tətbiq ediləcəyi barədə gümanlar irəli
07:53 Dərslər bu formada keçiriləcək - Baş Nazirdən YENİ QƏRARNazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbul edib. Mediaxeberleri.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla
20:14 "KARANTİN REJİMİ İLİN SONUNADƏK DAVAM EDƏCƏK" - "Azərbaycanda ikinci dalğa yaşanır""Bu ilin sonuna qədər ölkədə karantin rejimi davam edəcək". Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. Ramin Bayramlı deyib ki, dünyada sərt karantin rejimi əvəzinə
Öz şərhini bildir: