t s

» » Qubada icra başçısına söykənən ÖZBAŞINALIQ... - GİLEY

Qubada icra başçısına söykənən ÖZBAŞINALIQ... - GİLEY

7-04-2021, 10:58 Yazar:  Firuzə Baxılıb: 33 Çap et
Qubada icra başçısına söykənən ÖZBAŞINALIQ... - GİLEY
Azərbaycanda ən çox qarşılaşılan xoşagəlməz hallardan biri də bələdiyyə-vətəndaş məsələsidir.

Bugün bir çox bölgələrdə müxtəlif səbəblərlə bələdiyyələrdən narazılıqlar mütəmadi olaraq redaksiyamıza vətəndaşlar tərəfindən müraciətlər olunur.Növbəti şikayət Quba rayonu, Gədik kəndi, Vəlvələ bələdiyyəsinin sədrindəndir.

Bununla bağlı Gədik kəndinin sakini Rəsul Mehrəliyevin “Yeni Gündəm”ə daxil olan şikayətini təqdim edirik:

“Bir müddət öncə icarəyə torpaq götürmək üçün Vəlvələ bələdiyyəsinə aidiyatı üzrə müraciət etdim. Bələdiyyə sədri Tahirmirzə Məmmədov mənə o torpağı yalnız müəyyən ödəniş edəcəyim təqdirdə verəcəyimi bildirdi. Bundan sonra cənab Prezident İlham Əliyevə məktub ünvanladım.

Prezidentimizə təşəkkürümü bildirirəm, məktubumu dəyərləndirdi və mənə icarəyə torpaq verilməsi haqda müvafiq göstəriş verdi. Buna baxmayaraq, bələdiyyə sədri məndən əl çəkmir, məndən 600 manat pul istəyir, etiraz edəndə isə arxasında Quba Rayon İcra Hakimiyyətinin durduğunu bildirir. Qanunsuz olaraq torpaqları müxtəlif qiymətlərə satır, şikayət edəcəyimizi bildirəndə isə təhqir edir, “kimə istəyirsiz edin” deyir.
İcra Hakimiyyətinə müraciət edəndə isə müxtəlif formalarda sadəcə bəhanələrlə baxıldığını bildirirlər. Demək olar ki, burada yaşayanların çoxu bu problemlərlə qarşılaşır. Bilmirik dərdimizi kimə deyək.”
Qeyd edək ki, bundan öncə də müxtəlif səbəblərlə Vəlvələ bələdiyyəsinə tabe olan Gədik və digər kəndlərlə bağlı mətbuatda yazılar dərc olunub.

Məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyətinin birinci müavini Tariyel İbrahimov “Yeni Gündəm”ə bildirib ki,
Vətəndaşa ötən ilin 8 dekabr tarixində kənd təsərrüfatı istifadəsi məqsədilə 1 hektar torpaq verilib. Rüşvət kimi pul istənməsi cəfəngiyyatdır, sadəcə müvafiq rüsumlarla bağlı ödəniş istənilib.

Vəlvələ bələdiyyəsinin sədri Tahirmirzə Məmmədov “Yeni Gündəm”ə açıqlamasında bildirib ki, 2020-ci il dekabr ayında Rəsul Mehrəliyevə müraciətinə əsasən torpaq verildi. Bundan öncə də müxtəlif qurumlara şikayət edib.
Ondan rüşvətə pul istəmək tamamilə əsassızdır. 1hektar torpaq əvəzində aylıq icarə haqqı 20 manat verməli olsa da, bugünə kimi onu da verməyib. Ümumiyyətlə məndən öncə çalışanlara da müxtəlif formalarda qarayaxma, şər, böhtan formalı şikayətlər edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:24 Zərdab sakinləri köhnə başçıdan giley edirlər - VİDEO Xeyli vaxtdır ki, internet saytlarında və sosial şəbəkələrdə Zərdab rayonundakı bir çox kəndlərin bələdiyyə torpaqlarını, o cümlədən ümumi istifadəyə verilməsi nəzərdə tutulan örüş sahələrini ayrı-ayrı işbaz şəxslərin zəbt edərək, qanunsuz istifadə etmələrindən bəhs edən yazılara tez-tez rast
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
09:17 Fermerlər icra başçısını ifşa etdi – FAKTLAR Füzuli rayonundan olan bir qrup fermer bölgədəki özbaşınalıqları faktlarla sübut edib. Rayon icra başçısı Alı Alıyevin əməllərini ifşa edən materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub. Ölkə başçısının məmurlara etdiyi xəbərdarlıqdan sonra bu müraciət nəzarətə götürülüb. İddialara görə,
17:33 Ramiz Zeynalov onun adından sui-istifadə edən rəisi cəzalandıracaqmı? “Gəncədə mənəm, Bağdadda kor xəlifə” deyən “MERO” rəisi... Şəhərimizdə gözəl villalar, imarətlər görəndə "sağlıqla işlədəsiniz" deyirik. Amma burda bir incə məqam var. Bu cah-cəlal, bu zənginlik alın təri, zəhmət hesabına qazanılıb, yoxsa narkotik alveri, rüşvət, korrupsiya, qadın alveri, uşaq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az