t s

» » Rusiyanın aparıcı hərbi ekspertlərindən etiraf: “Bəli, bu, bizim “İskəndər M” idi”

Rusiyanın aparıcı hərbi ekspertlərindən etiraf: “Bəli, bu, bizim “İskəndər M” idi”

7-04-2021, 07:42 Yazar:  Samir Baxılıb: 64 Çap et
Rusiyanın aparıcı hərbi ekspertlərindən etiraf: “Bəli, bu, bizim “İskəndər M” idi”
“İskəndər” raketləri ətrafındakı qalmaqal getdikcə böyüyür. Bir neçə günlük susqunluq və inkar cəhdlərindən, habelə “vurulan “İskəndər”lərin qalıqlarının Suriyadan gətirilməsi” kimi sui-qəsd nəzəriyyələrinin informasiya məkanına sızdırılmasından sonra, Rusiya tərəfi azərbaycanlı minaaxtaranların aşkar etdikləri raket qalıqlarının məhz adıçəkilən operativ taktiki komplekslərə məxsus olduğunu etiraf etməyə başlayıb.

Məsələn, Rusiyanın ən nüfuzlu hərbi ekspertlərindən biri Pavel Felgenhauer “Kavkazskiy Uzel” resursuna verdiyi müsahibədə Ermənistanın “İskəndər”in ixrac edilməyən versiyasına sahib olması ehtimalını təsdiqləyib. Onun sözlərinə görə, hazırda “İskəndər” raketlərində heç bir ixrac nişanı yoxdur.

“Deyəsən, yalnız Əlcəzair üçün “İskəndər”in ixrac variantı hazırlanıb. Lakin başqaları üçün belə bir məhsul istehsal edilməyib, raketlərin adi variantı buraxılıb. Düzü, Ermənistan üçün ixrac versiyası hazırlamadıqlarından, adi versiyanı satdıqlarından şübhələnirdim. Bu barədə danışmırdılar, amma onlara satılanların ixrac variantı olduğunu da söyləmirdilər, sadəcə susurdular. Bu raketlər Rusiya Silahlı Qüvvələri üçün hazırlanarkən istehsal prosesini pozmaq və xüsusi ixrac variantını buraxmaq nəyə lazımdır ki? Ermənistana “yerli məhsullardan” müəyyən bir miqdar göndərmək, orijinaldan daha zəif olan ixrac variantının buraxılışını təşkil etməkdən daha asandır”, - deyə ekspert bildirib.

Analitik “İskəndər” kompleksinin ilkin olaraq ixrac üçün nəzərdə tutulduğunu da xatırladıb.

“Məhz buna görə də ona “İskəndər” adı verilib. Belə ki, Şərq ölkələrində Makedoniyalı Aleksandrı məhz belə adlandırırlar. Bu ad rus silahları üçün səciyyəvi deyil. Bunun uğurlu bir marketinq gedişi olacağı düşünülürdü, amma “İskəndər”lərin ixracı baş tutmadı və kompleksin “Tochka U”nun əvəzinə Rusiya ordusunun raket briqadaları üçün kütləvi şəkildə istehsalına başlanıldı” – deyə P.Felgenhauer izah edib.

Mütəxəssis qeyd edib ki, əgər Rusiya ordusu üçün istehsal olunan məhsullar Ermənistana verilirsə, bu, beynəlxalq öhdəliklərin pozulmasıdır. Bununla belə, o, sözügedən faktın mənfi siyasi nəticələrə səbəb olacağını ehtimal etmir.

“Bu fakt Rusiya Federasiyasının raket texnologiyalarının ixracını məhdudlaşdırmaqla bağlı beynəlxalq öhdəliklərini pozur. Uçuş məsafəsi 300 km-dən çox ola bilməz. Görünür, tədarükçülər də bu öhdəliklərin pozulmasına göz yumublar. Ermənistanda rus ordusu üçün istehsal olunan adi “İskəndər”lər varsa, buna təəccüblənmərəm. Burada hər hansı bir “qara bazara” ehtiyac yoxdur. Hərçənd, orada hansı raketlərin tapıldığı hələ dəqiq məlum deyil”, - deyə ekspert qeyd edib.

Pavel Felgenhauer müharibənin sonunda Ermənistan silahlı qüvvələrinin “İskəndər” raketlərindən istifadə etməsini mümkün sayır və düşünür ki, erməni tərəfi bu addımı “ümidsizlikdən” ata bilər. Hərçənd, onun fikrincə bu vəziyyətdə adıçəkilən komplekslərdən istifadəyə praktiki ehtiyac yox idi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az