t s

» » Avropada qalmaqallı peyvəndin trombozla əlaqəsi təsdiqləndi

Avropada qalmaqallı peyvəndin trombozla əlaqəsi təsdiqləndi

7-04-2021, 07:31 Yazar:  Samir Baxılıb: 47 Çap et
Avropada qalmaqallı peyvəndin trombozla əlaqəsi təsdiqləndi
Avropa Dərman Agentliyi (EMA) Britaniya-İsveç şirkət “AstraZeneca”nın (“Vaxzervia”) koronavirus peyvəndi ilə tromboz halları arasındakı əlaqəni təsdiqləyib.

EMA Sağlamlıq Təhlükələri və Peyvənd Strategiyası Departamentinin rəhbəri Marko Kavaleri bu barədə “Il Messaggero” italyan qəzetinə müsahibəsində deyib:

“İndi “AstraZeneca” peyvəndi ilə trombosit sayının aşağı olması ilə əlaqəli çox nadir görülən qan laxtalanma halları arasında əlaqənin olmaması barədə danışmaq getdikcə çətinləşir. Aydındır ki, o var”.

Kavaleri qeyd edib ki, belə reaksiyanın baş vermə səbəbləri hələ məlum deyil.

Onun sözlərinə görə, yaxın saatlarda EMA rəsmi olaraq bu əlaqənin olduğunu elan edəcək, lakin agentlik “bunun necə baş verdiyini hələ başa düşməyib”.

Qeyd edək ki, bəzi Avropa ölkələri peyvənd edilən xəstələrdə tromboz aşkarlanmasından sonra “AstraZeneca”dan istifadəni dayandırıb və ya birbaşa qadağan edib.

Xatırladaq ki, Avropadakı vəziyyətdən sonra bir çox ölkədə tədarükü dayandırılan “AstraZeneca” peyvəndinin adı “Vaxzervia” olaraq dəyişdirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:30 Dərmanların istifadəsi ilə bağlı bu mexanizm tətbiq ediləcək Bu gündən Azərbaycanda dərmandan istifadə zamanı arzuolunmaz nəticələrin aşkarlanması və aradan qaldırılması mexanizmi tətbiq ediləcək. Mediaxeberleri.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda əksini tapıb. Beləliklə, 1 yanvar
22:12 Yanvarın 1-dən Azərbaycanda dərmandan istifadə ilə bağlı qaydalar dəyişəcək Azərbaycanda dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tədbirlərin görülməsinə dair icra mexanizmləri müəyyənləşib. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Dərman vasitələrinin farmakonəzarət
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
23:22 "Dərman mafiyası"nın sirli yuvas: “EMA” MMC... - İTTİHAM Məlum olduğu kimi müasir dövrdə kənd təsərrüfatında istehsalın davamlı və dinamik inkişafı, torpaqların münbitliyinin qorunub saxlanması və yüksəldilməsi, bitkilərin məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılmasını üzvi və mineral gübrələrdən istifadə etmədən mümkün deyil.
21:38 Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Respublika ərazisində əczaçılıq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az