t s

» » Razi Nurullayev media mənsublarını BMM-ə dəvət edir - İkinci AXCP yaranır

Razi Nurullayev media mənsublarını BMM-ə dəvət edir - İkinci AXCP yaranır

18-08-2015, 23:13 Yazar:  Aysel Baxılıb: 567 Çap et
Razi Nurullayev media mənsublarını BMM-ə dəvət edir - İkinci AXCP yaranırAXCP sədrinin keçmiş müavini Razi Nurullayev və vaxtilə AXCP üzvü olmuş bir sıra funksionerlər, o cümlədən də hazırda AXCP üzvü olan narazılar yeni təşkilat yaratmaq fikrindədirlər. Bu barədə Musavat.com-a məlumat R.Nurullayev tərəfindən verilib.
Redaksiyamıza daxil olan bildirişdə qeyd olunur:

"Partiyadan zorakı uzaqlaşdırılan və ya istefaya vadar edilən, narazı olan cəbhəçilər AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdrılmasına etiraz əlaməti olaraq bir araya gəlir və yeni təşkilatda birləşirlər. Hörmətli media mənsublarını 19 avqust 2015-ci il, saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində yeni yaradılan siyasi təşkilatın təqdimatına dəvət edirik.

Hörmətlə,

Razi Nurullayev və digər çəbhəçilər".


Təşkilatın adı və yönümü haqda məlumat verilmir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:10 Razi Nurullayev Əli Kərimliyə rəqib təşkilat yaradır Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini Razi Nurullayev və partiyadan zorla uzaqlaşdırılan və ya istefaya vadar edilən bir qrup narazı cəbhəçi Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və
14:20 Əli Kərimlinin keçmiş müavini partiya yaradır - Yeni AXCP? “Yeni Demokratiya” hərəkatının sədri, politoloq Razi Nurullayev partiya yaradır. AzNews.az-a daxil olan məlumata görə, yaxın zamanlarda “Yeni Demokratiya” hərəkatı partiyaya çevriləcək. Mənbənin bildirdiyinə görə, hərəkat partiyaya çevriləndən sonra adı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)
10:09 Razi Nurullayev “lider hər zaman haqlıdır” tezisinə qarşı Əli Kərimlinin sabiq müavini hərəkat yaratdı İki ay öncə AXCP-dəki sədr müavini vəzifəsindən və partiya üzvlüyündən istefa verən politoloq Razi Nurullayev yeni demokratik hərəkat yaratdığını bəyan edib. Bu barədə sosial şəbəkədəki səhifəsində yazan R.Nurullayev qeyd edib ki, hərəkat
09:00 Razi Nurullayev Milli Şuradan çıxarılacağını gözləyir “Milli Şuraya daxil olan hər bir insan xüsusi bir filtrdən keçirilir” Bir həftə öncə AXCP-dən istefa verən Razi Nurullayevin Qərb ölkələrinin səfirliklərinin gözündən salınması üçün adıçəkilən partiyanın rəhbərliyinə daxil olan bir sıra şəxslər tərəfindən təbliğat aparılır. Təbliğatın ana xətti
01:41 Fuad Qəhrəmanlı: “Razi Nurullayevin hakimiyyətə loyal münasibəti vardı” AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sədr Əli Kərimlinin bu gün vəzifədən çıxardığı digər müavini Razi Nurullayevi hakimiyyətə işləməkdə ittiham edib. APA-nın xəbərinə görə, F. Qəhrəmanlı “facebook” sosial şəbəkəsindəki statusunda R. Nurullayevin müavin vəzifəsindən uzaqlaşdırılmasının səbəbini

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az