t s

» » İdmançımız Avropa çempionu oldu

İdmançımız Avropa çempionu oldu

6-04-2021, 08:23 Yazar:  Samir Baxılıb: 50 Çap et
İdmançımız Avropa çempionu oldu
Azərbaycanın ağırlıqqaldıranı Boyanka Kostova Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

59 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırmada 95 kq-la bürünc, təkanla qaldırma hərəkətində isə 116 kq-la qızıl medal qazanıb.

Ümumilikdə 211 kq (95 + 116) nəticə göstərən Kostova yekun sıralamada da Avropa çempionu olub.

Qeyd edək ki, yarışda Azərbaycanın daha iki təmsilçisi aprelin 10-da qüvvələrini sınayacaq. Əliş Nəzərov 102 kq çəkidə B, Dadaş Dadaşbəyli isə A qrupunda çıxış edəcək.

Xatırladaq ki, Boyanka Kostova 2012, 2015 və 2016-ci illərdəki Avropa çempionatlarının və 2015-ci ildəki dünya çempionatının da qalibidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:21 Qubadlıdan olan idmançımız Dünya Kubokunda üç medal qazandı 11-18 noyabr tarixlərində Perunun təşkilatçılığı ilə keçirilən ağır atletika üzrə yeniyetmələr arasında Onlayn Dünya Kuboku başa çatıb. Yarışda 61 ölkədən 399 idmançı (181 qadın və 218 kişi) medal mübarizəsi aparıb. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olub. 102 kq çəki
07:56 2020-ci ildə Azərbaycanı gözləyən mötəbər yarışlar - SİYAHI Azərbaycan idmançıları 2020-ci ildə yenidən arenalarda öz sözlərini deməyə çalışacaq. Bunun üçün bu il Azərbaycanı hansı mötəbər turnirlərin gözlədiyini bilmək lazımdır. Əlbəttə ki, 2020-ci il deyəndə dünyanın bütün gözünün olacağı Tokio Yay Olimpiya Oyunları kimi mötəbər turnir yada düşür. 24
14:43 Azərbaycanın iki karateçisi dünyada “Yaxşıların Ən Yaxşısı” mükafatını qazana bilər - TƏHLİL Azərbaycanın iki karateçisi – Rafael Ağayev və İrina Zaretskaya mübarizə apardıqları öz çəki dərəcələrində bu ilin ən güclüləri (“Grand Winners”) elan edilə bilər. Mediaxeberleri.az-ın xəbərinə görə, Dünya Karate Federasiyasının (WKF) K1 Premyer Liqa yarışlarına əsasən təsis etdiyi “Best of the
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az