t s

» » ƏHMƏDZADƏNİN YERİNƏ TƏYİNAT OLDU - Meliorasiya və Su Təsərrüfatının yeni sədri kimdir? (Yenilənib)

ƏHMƏDZADƏNİN YERİNƏ TƏYİNAT OLDU - Meliorasiya və Su Təsərrüfatının yeni sədri kimdir? (Yenilənib)

5-04-2021, 19:04 Yazar:  Samir Baxılıb: 45 Çap et
ƏHMƏDZADƏNİN YERİNƏ TƏYİNAT OLDU - Meliorasiya və Su Təsərrüfatının yeni sədri kimdir? (Yenilənib)
Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Zaur Rauf oğlu Mikayılov bundan əvvəl özəl sektorda çalışıb, BRAVO supermarketlərinin sahibi kimi çıxış edən “Azərbaycan Supermarket” MMC-nin qanuni təmsilçisi kimi tanınıb.

Zaur Mikayılov “2018-ci ilin noyabr ayında" Bravo” supermarketlər şəbəkəsinin icraçı direktoru təyin olunub. Gənc mütəxəssis 2021-ci ilin yanvar ayında "Azərbaycan Supermarket" MMC-nin direktoru vəzifəsindən azad edilib. Şirkətə rəhbərlik əcnəbi vətəndaşa (Kevin Paul Landi) həvalə olunub.

İndex.az-ın əldə etdiyi məlumata görə, Zaur Mikayılov “2001-2009-cu illər ərzində “Bakcell” MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.

Daha sonra Zaur Mikayılov “PAŞA Construction” tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, “Port Baku Towers”in baş direktoru olub.

“Bravo” supermarketlər şəbəkəsinə rəhbərlik etməzdən öncə isə Zaur Mikayılov “Agro Dairy” MMC-də baş direktor vəzifəsini tutub.

Zaur Mikayılov Bosfor Universitetinin “Biznesin idarə olunması” fakültəsini bitirib.

Xatırladaq ki, keçmiş sədr Əhməd Əhmədzadə 3 gün əvvəl dövlət başçısının sərəncamına əsasən, vəzifəsindən azad edilib."AzPolitika.info"




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
12:06 Əhmədzadənin xırıd etdiyi büdcə pulları... - İDDİA Azərbaycanda son aylar baş verən gözlənilməz dəyişikliklər, aparılan islahatlar çərçivəsində bir sıra gözləntilər və təkliflər hələ ki, reallaşmamış qalır. Mütəxəssislər bir sıra dövlət qurumlarının ləğvini, yaxud üst quruma birləşdirilməsini təklif edirlər. Onların fikrincə, bir sıra qurumların
00:14 Əhmədzadənin oğlu, Rüstəmovun kürəkəni “biznesmen Cuma”nın milyardlarında erməni izi… Əhməd Əhmədzadə – Sovet İttifaqı dövründən müxtəlif vəzifələrdə işləyən məmurlardandır. Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə kimi başlamış Əhmədzadə necə olubsa, indi “Baron” ləqəbi qazanıb. Rəhbərlik etdiyi müəssənin adı bir çox rüşvət, yeyinti qalmaqalında hallanması ilə yanaşı, cənab Əhmədzadə
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az