t s

» » Millimizin sabiq futbolçusu Azərbaycan vətəndaşlığından imtina edir

Millimizin sabiq futbolçusu Azərbaycan vətəndaşlığından imtina edir

5-04-2021, 13:26 Yazar:  Samir Baxılıb: 50 Çap et
Millimizin sabiq futbolçusu Azərbaycan vətəndaşlığından imtina edir
Futbol üzrə milli komandamızın sabiq üzvü Murad Ağayev Azərbaycan vətəndaşlığından imtina edəcək.

Bu barədə Mediaxeberleri.az məlumat yayıb.

Qeyd olunur ki, azad agent statusunda olan 28 yaşlı futbolçunun bu qərarı verməyinə səbəb hazırda yaşadığı Rusiyada legioner statusuna düşməməsi üçündür.

“Heç kimə qarşı kinim yoxdur. İrəliyə doğru hərəkət etmək, zədələr aldığımı və uzun müddətdir oynamadığımı söyləyən insanlara fikir vermək lazım deyil. Sənə idmançı kimi qiymət verilən yerdə olmalısan. Bu, mənim üçün çox vacibdir. Rinat Dasaev, Berti Foqts, Vəli Qasımov - bu insanlar məndə yaxşı səviyyədə oynamağı bacaran futbolçunu gördülər. Təkcə bu insanların fikirləri kifayətdir ki, futboldan ayrılmayım”, - deyə Azərbaycanın ən güclü klublarında çıxış etmiş yarımmüdafiəçi bildirib.

Qeyd edək ki, M.Ağayev Rusiyada anadan olub, “MOİK” və digər klubların gənclərdən ibarət heyətində oynayıb.

Peşəkar karyerasına Azərbaycanda başlayan futbolçu, 19 yaşlılardan ibarət yığmaya, daha sonra əsas millimizə dəvət alıb.

M.Ağayev Azərbaycan Premyer Liqasında “Sumqayıt”, “AZAL”, “Neftçi”, “Səbail”in heyətində top qovub.

Futbolçunun Azərbaycanda çıxış etdiyi son klub “Keşlə” olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az