t s

» » Daha hansı məmurların kürsüsü laxlayır... - Belə deyirlər...

Daha hansı məmurların kürsüsü laxlayır... - Belə deyirlər...

5-04-2021, 09:13 Yazar:  Samir Baxılıb: 60 Çap et
Daha hansı məmurların kürsüsü laxlayır... - Belə deyirlər...
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin tutduğu vəzifədən azad edilməsi islahatların növbəti mərhələsi kimi xarakterizə edilir.

HİT.az xəbər verir ki, Əhməd Əhmədzadə uzun müddət yüksək vəzifədə təmsil olunan, oliqarxlaşmış məmur kateqoriyasına aid olan fiqurlardan olub. Hələ islahatlar kampaniyasının ilkin mərhələsində onun işdən çıxarılacağı bildirilirdi. Lakin həmin dövrdə “Baron” ləqəbi ilə tanınan Əhmədzadə özünü qorumağı bacardı.
Ötən ilin iyulunda keçirilən su təsərrüfatına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin Meliorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyətini tənqid etməsi yenidən ictimai diqqəti Əhməd Əhmədzadənin üzərinə yönəltdi. Müşavirədən dərhal sonra onun işdən çıxarılacağı barədə məlumat yayıldı. Ancaq bu dəfə də gözləntilər özünü doğrultmadı.

Ekspertlər hesab edir ki, Əhməd Əhmədzadənin, nəhayət, işdən çıxarılması artıq yerində möhkəm oturan məmurların komandadan kənarlaşdırılması prosesinin başlanğıcı hesab edilə bilər. Onların fikrincə, bu mərhələdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin sədri Cahangir Əsgərov və “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanov da istefaya göndərilə bilər.

Su təsərrüfatına həsr olunmuş müşavirədə Qorxmaz Hüseynov da Əhməd Əhmədzadədən az tənqid olunmayıb. Digər tərəfdən, o, bu yaxınlarda Türkan qəsəbəsində yerləşən 100 milyonluq villası ilə gündəmə gəlmişdi. Qorxmaz Hüseynovun dəbdəbəli həyatı ictimai narazılığa səbəb olmuşdu. Bu baxımdan, onun da yeni kadrla əvəzlənəcəyi barədə deyilənlər inandırıcı görünür.

Cahangir Əsgərovla Cavid Qurbanova gəlincə, bu günlərdə Prezidentin sərəncamı ilə onların rəhbərlik etdikləri qurumun müşahidə şuraları yaradılıb. Bununla yanaşı, AZAL və ADY İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Beləliklə, Cahangir Əsgərovla Cavid Qurbanovun rəhbərliyi faktiki olaraq formal xarakter daşıyır. Güman ki, yaxın vaxtlarda onların karyerasına son qoyulacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:45 Xərcini büdcəyə yükləyən AZAL: - Cahangir Əsgərovu hədəfə çıxaran nöqsanlar... Azərbaycan Prezidenti İlham Əliyev bir sıra dövlət şirkətlərini tənqid edərək bu sahədə islahatlar aparılacağını bildirib. Dövlət başçısı bu sözləri avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə
16:00 “Azərbaycan Dəmir Yolları” QSC bu rəqəmləri niyə açıqlamır? – Cavid Qurbanov gəldikdən sonra... Azərbaycanda dövlət büdcəsi və xarici kreditlər hesabına həyata keçirilən infrastruktur layihələri arasında dəmiryollarının yenidən qurulması, yeni xətlərin çəkilməsi son illərdə önəmli yer tutmağa başlayıb. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin
00:14 Əhmədzadənin oğlu, Rüstəmovun kürəkəni “biznesmen Cuma”nın milyardlarında erməni izi… Əhməd Əhmədzadə – Sovet İttifaqı dövründən müxtəlif vəzifələrdə işləyən məmurlardandır. Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə kimi başlamış Əhmədzadə necə olubsa, indi “Baron” ləqəbi qazanıb. Rəhbərlik etdiyi müəssənin adı bir çox rüşvət, yeyinti qalmaqalında hallanması ilə yanaşı, cənab Əhmədzadə
14:33 Göylə gedən “Səma cahangiri”nin “qəza enişi” - Cahangir Əsgərov erası sona çatır Ötən günlərin xəbərləri içərisində çoxlarının diqqətini cəlb etməyən, ilk baxışdan sıradan bir informasiya təsiri bağışlayan məlumat ölkədəki banklardan birinin adını dəyişdirməsi oldu. Söhbət “Bank Silk Way”-ın adının dəyişdirilərək “Premium Bank” ASC kimi yola davam etməsindən gedir. Sözügedən
10:57 "Azərsu" şefinə qarşı şok faktlar - Qorxmaz Hüseynovun ətrafı ləngər vurur Bəzi yüksək rütbəli məmurların tamahlarına sipər çəkməsi mümkünsüzləşib. Bu problemdən ilk növbədə əziyyət çəkənlər təbii ki, orta vəziyyətdə yaşayan geniş əhali təbəqəsidir. Son illər dövlət səviyyəsində korrupsiya və rüşvətxorluğa qarşı geniş mübarizə tədbirlərinin aparılmasına baxmayaraq, bəzi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az