t s

» » Avropa çempionatına 11 taekvondoçumuz yollanacaq

Avropa çempionatına 11 taekvondoçumuz yollanacaq

5-04-2021, 08:46 Yazar:  Samir Baxılıb: 44 Çap et
Avropa çempionatına 11 taekvondoçumuz yollanacaq
Taekvondo üzrə Azərbaycan milli komandasının aprelin 8-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, dörd gün davam edəcək yarışa 11 idmançı yollanacaq. G4 kateqoriyalı yarışda baş məşqçilər Reza Mehmandust və Elnur Amanovun rəhbərliyi altında kişilərdən Bəhruz Quluzadə (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsaev (87 kq yuxarı), qadınlardan isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaq.

Nümayəndə heyətinə federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev başçılıq edəcək. Gündüz Abdullayev isə Sofiyaya hakim qismində yollanacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
07:56 2020-ci ildə Azərbaycanı gözləyən mötəbər yarışlar - SİYAHI Azərbaycan idmançıları 2020-ci ildə yenidən arenalarda öz sözlərini deməyə çalışacaq. Bunun üçün bu il Azərbaycanı hansı mötəbər turnirlərin gözlədiyini bilmək lazımdır. Əlbəttə ki, 2020-ci il deyəndə dünyanın bütün gözünün olacağı Tokio Yay Olimpiya Oyunları kimi mötəbər turnir yada düşür. 24
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
22:34 Taekvondoçumuz İsveçrədə medal qazandı İsveçrənin Montrö şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatının ikinci günündə - mayın 20-də Azərbaycan millisinin daha dörd üzvü mübarizəyə qoşulub. Mediaxeberleri.az xəbər verir ki, kişilərin yarışında Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), qadınlardan isə birinci Avropa
14:17 Azərbaycanı "Bakı-2015" - də təmsil edəcək idmançıların adları açıqlanıb Azərbaycanı "Bakı-2015" I Avropa Oyunlarında təmsil edəcək idmançıların adları açıqlanıb. Heyətdə həm yerli, həm də legioner idmançılar var. Azərbaycan badminton, suya tullanma və sinxron üzgüçülükdə ən az sayda - 2 idmançı ilə təmsil olunacaq. Təmsilçilərin sayı baxımından ateltikada mübarizə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az