t s

» » Azərbaycan qılıncoynadanı tarixi ilkə imza atdı

Azərbaycan qılıncoynadanı tarixi ilkə imza atdı

5-04-2021, 08:28 Yazar:  Samir Baxılıb: 46 Çap et
Azərbaycan qılıncoynadanı tarixi ilkə imza atdı
Bu gün Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində ikinci yarış gününə yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasından "Report"a verilən məlumata görə, sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova ilk dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında bürünc medal qazanıb.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran Zərifə 1/16 finalda Misir təmsilçisi Adel Eldokşu (15:8), ardınca özbəkistanlı sablyaçı Jasmina Abdullayevanı (15:11) məğlub edib. Yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Koreya Respublikası qılıncoynadanı Li Yunseo üzərində 15:6 hesablı inamlı qələbə qazanan Zərifə dünyanın ən güclü 4 yeniyetmə sablyaçı sırasına yüksəlməklə turnirin bürünc medalını təmin edib.

Zərifə Hüseynova finalın bir addımlığında dünya birinciliyinin qalibi, ABŞ sablyaçısı Maqda Skarbonkieviczə 9:15 hesabı ilə uduzub.

Bu, Azərbaycanın qılıncoynatma tarixində yeniyetmələrin dünya birinciliyində qazanılan ilk medaldır.

Xatırladaq ki, daha öncə şpaqaçımız Ruslan Həsənov 2019-cu ildə Polşanın Torun şəhərində keçirilən gənclərin dünya birinciliyində bürünc medal qazanıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:33 Ziyəddin Əliyev 200 nəfərin maaş kartını mənimsəyib... - İTTİHAM Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 200 nəfərin maaş kartını mənimsəyib. Bu iddia ilə bağlı davam edən qalmaqalın bəzi şok məqamları barədə saytımıza məlumatlar daxil olub. Əldə etdyimiz məlumatları oxucuların diqqətinə çatdırmamışdan əvvəl xatırladaq ki, Ziyəddin Əliyevin 200
21:37 Qran-pridə Azərbaycanın 9 yunan-Roma güləşçisindən 8-i medal qazandı Bu gün Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisinə yekun vurulacaq. Mediaxeberleri.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutur. 60 kq-da A qrupunda yer alan Murad Məmmədov ilk görüşdə ispaniyalı idmançını elə ilk hissədə tam üstünlüklə məyus
21:26 Azərbaycanın qılıncoynadanı Antalyada qalib oldu Azərbaycanın qadın qılıncoynadanı Anna Başta Türkiyənin Antalya şəhərində keçirilən “Satellite” seriyalı turnirdə iştirak edib. Mediaxeberleri.az xəbər verir ki, o, turnirin qalibi adını qazanıb. Qrup mərhələsini mütləq nəticə (5 qələbə) ilə başa vuran A.Başta onaltıdabir finalda tunisli Amira Ben
16:38 Qılıncoynatma üzrə millimiz Antalyada Avropa çempionatına hazırlaşır Son illər qılıncoynatma idman növü ölkəmizdə sürətlə inkişaf edir. Mediaxeberleri.az xəbər verir ki, 2017-ci ilin sentyabrından federasiyada baş verən dəyişikliklərdən sonra bu idman növündə yaşanan canlanma göz önündədir. İki ilə yaxın müddətdə Azərbaycan Texniki Universitetinin İdman Sarayında
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az