t s

» » Bakıda toy məclisinə görə 63 nəfər saxlanıldı - Video

Bakıda toy məclisinə görə 63 nəfər saxlanıldı - Video

3-04-2021, 09:40 Yazar:  Samir Baxılıb: 51 Çap et
Bakıda toy məclisinə görə 63 nəfər saxlanıldı - Video
Paytaxtın Xətai rayonunda karantin qaydalarına zidd olaraq toy mərasiminin keçirilməsi aşkalanıb.

Bu barədə Mediaxeberleri.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasiminin keçirilməsi müəyyən edilib. Rayon ərazisində yerləşən şadlıq evlərindən birində profilaktik tədbir keçirilən zaman polislər obyektin sahibi Əhməd Əmiraslanovun dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq insanların kütləvi şəkildə iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi müəyyən edilib.

Polislər tərəfindən obyektin sahibi, xidməti personal, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi bir daha diqqətə çatdırılıb.

Ümumilikdə toyda iştirak edən 63 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Toy sahibləri mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsidə Xətai RPİ 36-cı Polis Bölməsində araşdırmalar aparılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:53 Dərslər bu formada keçiriləcək - Baş Nazirdən YENİ QƏRAR Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbul edib. Mediaxeberleri.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla
12:33 Toy çaldıran daha bir vəzifəli şəxsə CƏZA KƏSİLDİ - FOTO Paytaxtda mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsinin ölkədə tətbiq olunan karantin qaydalarını pozaraq Səbail rayonunda yerləşən “Sea Bay” restoranında toy məclisinin keçirilməsilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər DİN tərəfindən nəzarətə alınıb. Bu barədə DİA.AZ-a
22:16 "RAMİZİN QANUNLARA TOY TUTMAQLIĞI" - Bu adamlar dünən ağır cəzalar tələb edirdilər... Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin Novxanıdakı villasında nəvəsinə toy məclisi keçirməsi rezonans doğurub. Sosial şəbəkələrdə yayılan video görüntülərdən məlum olur ki, mərasimdə Milli Məclisin İntizam Komitəsinin sədri Siyavuş Novruzov, onun həyat
17:24 “Xəmsə”nin sahibi qardaşına 450 nəfərlə yas etdi - 5 min manat cərimələndi Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan yas mərasimi təşkil olunub. Bakı şəhər Baş Polis İdarəsindən Mediaxeberleri.az-a verilən məlumata görə, Nizami RPİ və 24-cü
12:14 Karantin qaydalarını pozan daha bir restoran aşkarlandı: 5 nəfər saxlanıldı Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan restoran aşkarlanıb. Mediaxeberleri.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin Post

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az