t s

» » Şabranda azyaşlılar hasarın altında qaldı - Video

Şabranda azyaşlılar hasarın altında qaldı - Video

2-04-2021, 08:46 Yazar:  Samir Baxılıb: 74 Çap et
Şabranda azyaşlılar hasarın altında qaldı - Video
Şabran rayonunda bədbəxt hadisə baş verib.

Mediaxeberleri.Az
Real TV-yə istinadla xəbər verir ki, hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Daş hasarın aşması nəticəsində 1 azyaşlı dünyasını dəyişib, ikisi isə xəsarət alıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, azyaşlılar bu ərazidə futbol oynayıb. Bir qədər oynadıqdan sonra dinclərini almaq üçün hasarın yaxınlığında əyləşiblər. Bu zaman güclü küləyin təsirindən hasar aşıb və azyaşlılar hasarın altında qalıb.

Hadisə nəticəsində 10 yaşlı Fəqan Ruslan oğlu Məmmədov xəstəxanaya aparılarkən dünyasını dəyişib. Pənah Zaur oğlu Məmmədov və İlkin Mahir oğlu Quliyev isə müxtəlif bədən xəsarətləri alıb.

Şabran rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş hesab edilərək evə buraxılıblar.

Qeyd edək ki, ötən gün Şabran ərazisində küləkli hava müşahidə edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
16:51 Biləsuvarlın şefi nəyin güdazına getdi... - yeni detallar... “Mahir Quliyev Biləsuvarda hektarlarla torpaq sahəsini zəbt edib. Özünün və yaxınlarının əkin sahələrinə çevirib. Ən çox da sarımsaq əkirdi. Həm də Tovuz quşu həvəskarı idi”. Bu fikirlər Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla həbs edilən Biləsuvar rayonunun icra başçısı olmuş Mahir
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
12:10 Təcili tibbi yardım xidmətinin İFLASI - İTTİHAM "Azərbyacan Respublikasının prezidenti cənab İlham Əliyevin,Prezident Adminstrasiyasının şöbə müdiri Fərəh Əliyevanın,Baş nazir Novruz Məmmədovun,Baş nazirin müavini Əli Əhmədovun,Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmraslanovun diqqətinə!!!" Bu ifadələr olke.info-da yer alan şikayət
01:21 Yardımlı – məmurların ucqarda qurduğu korrupsiya xanədanı Bölgələrdə ayrı-ayrı məmurların özbaşınalığı, korrupsioner fəaliyyəti nəticəsində formalaşan problemlər barəsində dəfələrlə həyəcan təbili çalınsa da, bir çoxları bundan nəticə çıxarmaq əvəzinə öz “ənənəvi” iş metodunu daha da genişləndirir. Son illərdə dövlət büdcəsindən regionların inkişafı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az