Azərbaycan Futbol Federasiya Assosasiyası FİFA-ya müraciət edəcək.
Buna səbəb Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Ermənistan - Rumıniya oyunu zamanı stadionda separatçı rejimin qondarma bayrağının asılması olub.
AFFA rəsmi “Facebook” səhifəsində bununla bağlı FIFA-ya müraciət edəcəyini bildirib. 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan - Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağının asılması ilə əlaqədar AFFA tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq.
Öz şərhini bildir: