t s

» » HƏDƏF AÇIQLANDI: Türk dünyası birləşmiş dövlətləri YARADILIR

HƏDƏF AÇIQLANDI: Türk dünyası birləşmiş dövlətləri YARADILIR

30-03-2021, 21:40 Yazar:  Samir Baxılıb: 66 Çap et
HƏDƏF AÇIQLANDI: Türk dünyası birləşmiş dövlətləri YARADILIR
"Türk Şurası Türk dünyası birləşmiş dövlətlərini yaratmağı hədəfləyir".Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev deyib.

Amreyev 31 mart tarixində onlayn keçiriləcək Türk Şurası Qeyri-rəsmi Sammitindən əvvəl açıqlama verib.

O, payızda İstanbulda planlaşdırılan sammitə hazırlıq məqsədi ilə təşkil edilən onlayn yığıncaqda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan liderləriylə yanaşı müşahidəçi statusundakı Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan səlahiyyətlilərinin iştirak edəcəyini söyləyib.

Şuranın Türk dünyası birləşmiş dövlətləri yaratmağı hədəflədiyini deyən Amreyev bildirib ki, (Azərbaycanın) Qarabağ zəfərindən sonra liderlər ilk dəfə bu zirvə yığıncağında bir araya gələcəklər. Buna görə də xalqın nəzərində bu sammitin əhəmiyyəti artır.

Amreyev Qazaxıstanın Türküstan şəhərinin Türk dünyasının mənəvi mərkəzi elan edilməsinin zirvənin gündəmində olduğunu qeyd edib və Türk dünyasındakı İstanbul, Səmərqənd, Buxara, Şuşa, Bakı və Almatı kimi digər şəhərlərin də gələcəkdə xüsusi status ala biləcəyinə diqqət çəkib.

Qeyri-rəsmi zirvədə "Türk Şurası Strateji 2020-2025 və Türk Dünyası Baxışı - 2040" müzakirə ediləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:23 Azərbaycanda mənəvi zərəri tələb etmək rəsmiləşdi - MƏHKƏMƏ QƏRARI Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin
14:16 TÜRK ŞURASININ FÖVQƏLADƏ ZİRVƏ GÖRÜŞÜ KEÇİRİLİR - Videokonfrans formatında (Yenilənir) Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü başlayıb. APA-nın xəbərinə görə, görüşə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
09:07 Mart ayının ən şanslı bürcləri, işiniz yağ kimi gedəcək... QOÇ Mart ayı üçün şərh... Mart 2019-in ilk hissəsi Qoç üçün ehtiraslı və sürprizlərlə dolu olmağı vəd edir. Həm Mars həm də Venera Qoç bürcündə olacaq: Venera eşq və başdan çıxarma planeti və Mars arzu və fəth planetidir. Mars-Venera kombinasiyası, bu potensialdan istifadə edərək erotik
18:18 Dövlət Komitəsinin nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iclasında iştirak edib Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 3-cü iclası keçirilib. İclasda ölkəmizi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az