t s

» » Azərbaycan və Qazaxıstanın XİN başçıları görüşdü

Azərbaycan və Qazaxıstanın XİN başçıları görüşdü

30-03-2021, 01:01 Yazar:  Samir Baxılıb: 41 Çap et
Azərbaycan və Qazaxıstanın XİN başçıları görüşdü
Ötən gün Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prossesi" 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasının Xarici işlər naziri Muxtar Tleuberdı ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Ceyhun Bayramov ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib. İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan və Qazaxıstan tərəfindən öz ərazilərində müasir nəqliyyat-tranzit infrastrukturlarının yaradıldığı və bunun artıq öz əhəmiyyətli nəticəsini verdiyini qeyd edən Ceyhun Bayramov bu istiqamətdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Muxtar Tleuberdı hər iki ölkə prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bunun ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Nazir Muxtar Tleuberdı iqtisadi sahədə əlaqələrin inkişafına toxunaraq, Qazaxıstan ilə Azərbaycan arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyasının iqtisadi əlaqələrin bütün sahələrini əhatə etdiyi vurğulayıb.

Nazirlər gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə bir sıra tədbirlərin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.

Görüş zamanı Ceyhun Bayramov həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən görülən işlərlə bağlı məlumat verib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
00:55 3 ölkə Ermənistana mesaj verdi "Bu yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər" Bu gün Gürcüstanın Batumi şəhərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Gürcüstanın “İnvest in Georgia” Milli İnvestisiya

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az