t s

» » Deputatdan toylarla bağlı MÜHÜM AÇIQLAMA: 50-100 nəfərlik...

Deputatdan toylarla bağlı MÜHÜM AÇIQLAMA: 50-100 nəfərlik...

27-03-2021, 17:03 Yazar:  Samir Baxılıb: 138 Çap et
Deputatdan toylarla bağlı MÜHÜM AÇIQLAMA: 50-100 nəfərlik...
Son zamanlar mətbuatdan və sosial şəbəkələrdən izləyirəm ki, insanlar Naxçıvandan toy paylaşır. Təbii ki, toylar gözəldir, olmalıdır, amma insanlar bizə müraciət edir ki, əgər Naxçıvanda toy keçirilirsə, nəyə görə Azərbaycanın digər bölgələrində buna izacə verilmir?

Mediaxeberleri.az
xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev feysbuk səhifəsindəki video-müraciətində deyib.

O, Naxçıvanda toyların keçirilib-keçirilməməsini dəqiq bilmədiyini, bunu yalnız sosial şəbəkələrdən oxuduğunu qeyd edib: "Mən toyların keçirilməsinə pis baxa bilmərəm. İnsanlar bizdən bu məsələni parlamentdə qaldırmağı, Operativ Qərargahla müzakirə aparmağı və nəticədə toyların keçirilməsinə nail olmağımızı istəyir. Əslində, biz də bunu istəyirik.

Əgər pandemiya aylar, illər çəkəcəksə, toylara icazə verilməyəcəksə, bunun sonradan çox böyük mənfi nəticələrinin şahidi ola bilərik. Artıq havalar da isinib. Restoranlarda isə 50-100 nəfərlik zallar var. Mən deməzdim ki, həmin zallar pandemiyanın yayılması üçün şərait yaradır.

İnsanlar 50-100 nəfərlik zalları olan kafe və restoranlarda toylarını keçirə bilərlər. Onsuz da, hər gün orada toplaşırlar, ad günü keçirirlər və sair.

İkinci bir tərəfdən, artıq Azərbaycanın bir çox rayonunda hava istidir. Günorta saat 12-dən 4-ə və 5-ə qədər açıq havada toyların keçirilməsi mümkündür. Hətta bunun Bakıda da keçirilməsi mümkündür. Mən açıq havada pandemiyanın yayılması təhlükəsinin olduğunu düşünmürəm".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:39 "Əgər pandemiya aylar, illər çəkəcəksə..." - Deputatdan toylarla bağlı AÇIQLAMA "Son zamanlar mətbuatdan və sosial şəbəkələrdən izləyirəm ki, insanlar Naxçıvandan toy paylaşır. Təbii ki, toylar gözəldir, olmalıdır, amma insanlar həmçinin bizə müraciət edir ki, əgər Naxçıvanda toy keçirilirsə, nəyə görə Azərbaycanın digər bölgələrində buna izacə verilmir?" Unikal.org-un
16:24 50 nəfərlik toya əksəriyyət razıdır - AÇIQLAMA Toy Azərbaycan xalqının hələ çox qədim zamanlardan, böyük bir tarixin süzgəcindən keçib gələn ənənəsindən biridir. Toyun tərifini dahi yazıçı və şairlərimizin yaradıcılıqlarında da görürük. Hətta bu haqda filmlərimizdə - "Bəyin oğurlanması", "Dəli Kür", "Koroğlu" və bir sıra milli kinolarımızın
20:57 Toyların başlaması ilə bağlı MÜHÜM AÇIQLAMA - İnsanlar şadlıq sarayalarına ÜZ TUTMAĞA BAŞLADI Bu gündən Azərbaycanda COVID-19 əleyhinə əhalinin vaksinasiyası kampaniyası başlanılıb. Həmçinin, ölkədə tətbiq olunan sərt karantin rejimi də öz müsbət nəticəsini verir. Hazırda koronavirusa gündəlik yoluxmaların sayında azalma müşahidə edilir. Bu səbəbdən Nazirlər Kabineti yanında Operativ
10:32 Toylarla bağlı daha bir TƏKLİF Sentyabrın 1-dən ölkəmizin bəzi rayon və şəhərlərində sərt karantin rejimi ləğv edildi. Yalnız Bakı, Sumqayıt, Abşeron ərazisində karantin rejimi ayın 30-dək uzadılıb. Qeyd edək ki, bir müddət bundan əvvəl karantin qaydaları qorunmaqla açıq məkanda fəaliyyət göstərən kafe və restoranların da
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az