t s

» » "Əgər pandemiya aylar, illər çəkəcəksə..." - Deputatdan toylarla bağlı AÇIQLAMA

"Əgər pandemiya aylar, illər çəkəcəksə..." - Deputatdan toylarla bağlı AÇIQLAMA

27-03-2021, 14:39 Yazar:  Samir Baxılıb: 76 Çap et
"Əgər pandemiya aylar, illər çəkəcəksə..." - Deputatdan toylarla bağlı AÇIQLAMA
"Son zamanlar mətbuatdan və sosial şəbəkələrdən izləyirəm ki, insanlar Naxçıvandan toy paylaşır. Təbii ki, toylar gözəldir, olmalıdır, amma insanlar həmçinin bizə müraciət edir ki, əgər Naxçıvanda toy keçirilirsə, nəyə görə Azərbaycanın digər bölgələrində buna izacə verilmir?"

Unikal.org-un məlumatına görə, bunu Millət vəkili Razi Nurullayev deyib.

O Naxçıvanda toyların keçirilib-keçirilməməsindən xəbərsiz olduğunu, bunu yalnız sosial şəbəkələrdə gördüyünü bildirib:

"Mən toyların keçirilməsinə pis baxa bilmərəm. İnsanlar bizdən bu məsələni parlamentdə qaldırmağı, Operativ Qərargahla disskusiyalar aparmağı və nəticədə toyların keçirilməsinə nail olmağımızı istəyirlər. Əslində, biz də bunu istəyirik.

Əgər pandemiya aylar, illər çəkəcəksə, toylara icazə verilməyəcəksə, bunun sonradan çox böyük mənfi təzahürlərinin şahidi ola bilərik. Artıq havalar da isinib. Restoranlarda isə 50-100 nəfərlik zallar var. Mən deməzdim ki, həmin zallar pandemiyanın yayılması üçün şərait yaradır.

İnsanlar 50-100 nəfərlik zalları olan kafe və restoranlarda toylarını keçirə bilərlər. Onsuz da hər gün orada toplaşırlar, ad günü keçirirlər və s.

İkinci bir tərəfdən, artıq Azərbaycanın bir çox rayonlarında hava istidir. Günorta saat 12-dən 4-ə və 5-ə qədər çöl şəraitində toyların keçirilməsi mümkündür. Hətta bunun Bakıda da keçirilməsi mümkündür. Mən açıq havada pandemiyanın yayılması təhlükəsinin olduğunu düşünmürəm"




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:57 Toyların başlaması ilə bağlı MÜHÜM AÇIQLAMA - İnsanlar şadlıq sarayalarına ÜZ TUTMAĞA BAŞLADI Bu gündən Azərbaycanda COVID-19 əleyhinə əhalinin vaksinasiyası kampaniyası başlanılıb. Həmçinin, ölkədə tətbiq olunan sərt karantin rejimi də öz müsbət nəticəsini verir. Hazırda koronavirusa gündəlik yoluxmaların sayında azalma müşahidə edilir. Bu səbəbdən Nazirlər Kabineti yanında Operativ
10:32 Toylarla bağlı daha bir TƏKLİF Sentyabrın 1-dən ölkəmizin bəzi rayon və şəhərlərində sərt karantin rejimi ləğv edildi. Yalnız Bakı, Sumqayıt, Abşeron ərazisində karantin rejimi ayın 30-dək uzadılıb. Qeyd edək ki, bir müddət bundan əvvəl karantin qaydaları qorunmaqla açıq məkanda fəaliyyət göstərən kafe və restoranların da
08:40 Razi Nurullayevin seçicilərlə görüşləri davam edir Parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası tam sürətlə davam edir. Namizədlər içərsində ən fəallardan olan, 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürmüş Razi Nurullayev rayon və kənd əhalisiylə hər gün görüşlər keçirir. Yanvarın 20-də İmişlinin Şəhidlər Xiyabınını
15:39 Razi Nurullayev: "Əli Kərimlinin məktub axmaqlığı və ona verilən nurçu dəstəyi" Son günlər ölkə gündəmində müzakirə mövzusuna çevrilən məsələlərdən biri Əli Kərimli, eləcə də rəhbərlik etdiyi “Yurd”un FETÖ və Fətullah Gülənlə mümkün əlaqələridir. Öncə mətbuatda bu barədə yayılan məlumatlar, ardınca hüquq-mühafizə orqanlarının araşdırmaları, Əli Kərimlinin köməkçisinin həbsi
23:56 “Azərbaycan insanı siyasətdə yeni simalar görmək istəyir”- Razi Nurullayev AXCP Suraxanıda təşkilatlandı Əli Kərimli hər zaman üstün olduğu seçki dairəsində bu dəfə uduzdu AXCP Suraxanı rayon şöbəsinin konfransı keçirilib. Konfranda AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayev və digər AXCP yetkililərindən Ehtiram Mehdiyev, Cavid Musazadə, Fəxrim

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az