t s

» » "Bütöv Azərbaycanda Novruz" adlı onlayn bayram tədbiri keçirilib

"Bütöv Azərbaycanda Novruz" adlı onlayn bayram tədbiri keçirilib

21-03-2021, 10:06 Yazar:  Samir Baxılıb: 93 Çap et
"Bütöv Azərbaycanda Novruz" adlı onlayn bayram tədbiri keçirilib
19 mart 2021-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, "Azərbaycan Mədəniyyəti" sosial platformasının və "MediaBaku.az" saytın birgə təşkilatçılığı ilə "Novruz bayramı" münasibəti ilə "Bütöv Azərbaycanda Novruz" adlı onlayn bayram tədbiri keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, "Azərbaycan Mədəniyyəti " sosial platforması media rəhbəri Fidan Oruc Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar kollecin müəllimi, tarixçi Rasim Rzaxanov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri Tamerlan Əkbərov, "Azərbaycan Mədəniyyəti" sosial platformasının koordinatoru, əməkdar artist Təyyar Bayramovun tələbəsi Ruhəngiz Musayeva, "Azərbaycan Mədəniyyəti" sosial platformasının Gənclərlə İş şöbəsi və təşkilatı məsələlər üzrə rəhbər. MediaBaku.az saytının redaktoru Ümidə Rəhimova, "Azərbaycan Mədəniyyəti" sosial platformasının üzvü, Muğam müsabiqəsi lauriyyatı Ülkər Orucova, 5ci Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Televiziyasının (AzTv)solisti Elsevər Muradov, Azərbaycan Dövlət Milli Konservatoriyanın 3-cü kurs tələbəsi, 2017-ci il Muğam Televiziya müsabiqəsi lauriyyatı Mirəli Sarızadə, AMEA Folklor İnistitunun əməkdaşı Nigar İmaməliyeva və fəal gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qonaqları və gəncləri salamladı. Azərbaycanın qədim bayramlarından olan Novruz bayramı haqqında tədbir iştirakçılarına məlumat verdi və qeyd etdi ki, Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Bahar bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi.

Sonra çıxış edən "Azərbaycan Mədəniyyəti " sosial platforması media rəhbəri Fidan Oruc Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar kollecin müəllimi, tarixçi Rasim Rzaxanov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri Tamerlan Əkbərov, "Azərbaycan Mədəniyyəti" sosial platformasının Gənclərlə İş şöbəsi və təşkilatı məsələlər üzrə rəhbər, MediaBaku.az saytının redaktoru Ümidə Rəhimova, AMEA Folklor İnistitunun əməkdaşı Nigar İmaməliyeva tədbir iştirakçılarını qarşıdan gələn “Novruz” bayramı münasibəti ilə təbrik etdilər və qeyd etdilər ki, qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.

Daha sonra "Azərbaycan Mədəniyyəti" sosial platformasının koordinatoru, əməkdar artist Təyyar Bayramovun tələbəsi Ruhəngiz Musayeva, "Azərbaycan Mədəniyyəti" sosial platformasının üzvü, Muğam müsabiqəsi lauriatı Ülkər Orucova, 5ci Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Televiziyasının (AzTv) solisti Elsevər Muradov, Azərbaycan Dövlət Milli Konservatoriyanın 3-cü kurs tələbəsi, 2017-ci il Muğam Televiziya müsabiqəsi lauriyyatı Mirəli Sarızadə tərəfindən hazırlanmış milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğamdan ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
14:47 Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib 15.03.2019-cu il tarixdə Qazaxda fəaliyyət göstərən şəhər bağçaları arasında ikinci dəfə olaraq ilin ən yaxşı bağçasının müəyyənləşdirilməsi məqsədilə genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az