t s

» » Ukrayna səfiri Azərbaycan xalqını təbrik edib

Ukrayna səfiri Azərbaycan xalqını təbrik edib

20-03-2021, 10:14 Yazar:  Samir Baxılıb: 59 Çap et
Ukrayna səfiri Azərbaycan xalqını təbrik edib
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

APA-nın məlumatına görə, səfir bildirib ki, Novruz artıq 3000 ilə yaxındır ki qeyd edilən yaz gecə-gündüz bərabərliyinin bayramıdır və bütün Azərbaycanlılar üçün ən əziz milli bayramlardan biridir.

V. Kanevski qeyd edib ki, bu bayram Ukrayna üçün də doğmadır, çünki yerli xalqlarımızdan biri olan Krım tatarlarının da qeyd etdiyi ənənəvi bayramdır: “Ukraynada yaşayan böyük Azərbaycan diasporunu da nəzərə alsaq, Novruzun qeyd edilməsi üzrə mövcud gözəl adətlər Ukraynalıların mədəniyyətinin bir hissəsinə çevrilib.

Qardaş Azərbaycan xalqını bu gözəl bahar bayramı münasbətilə ürəkdən təbrik edirik. Novruz gələcəyə ümidlə baxdığımız bir vaxtdır. Qoy o bizə xalqlarımız arasında səmimi və dost münasibətlər, ölkələrimizə harmoniya və çiçəklənmə gətirsin.

Novruz Bayramınız Mübarək!”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:17 Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, 19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ
14:47 Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib 15.03.2019-cu il tarixdə Qazaxda fəaliyyət göstərən şəhər bağçaları arasında ikinci dəfə olaraq ilin ən yaxşı bağçasının müəyyənləşdirilməsi məqsədilə genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və
09:26 Bahar bu gün Azərbaycana qədəm qoyur Bahar bu gün Azərbaycana qədəm qoyacaq. Bu, Bakı vaxtı ilə saat 14:28-də baş verəcək, gecə və gündüz bərabərləşəcək. Mediaxeberleri.az xəbər verir ki, Qafqazda, Mərkəzi Asiyada və Uzaq Şərqdə yaşayan bir çox xalqlar yazın gəlişini tarixən müəyyən ortaq bayramlarla qeyd ediblər. Novruz bu bayramlar
08:47 Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər Mediaxeberleri.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz ənənələri və onların mənaları” yazısını təqdim edir. Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az