t s

» » Cüdoçular aksiya keçirdi: “Füzuli Ələkbərov bu idmanı məhv edir”

Cüdoçular aksiya keçirdi: “Füzuli Ələkbərov bu idmanı məhv edir”

17-08-2015, 21:51 Yazar:  Aysel Baxılıb: 398 Çap et
Cüdoçular aksiya keçirdi: “Füzuli Ələkbərov bu idmanı məhv edir”Azərbaycanın cüdo üzrə gənclər millisinin üzvləri avqustun 17-də etiraz aksiyası keçiriblər.

“Koroğlu” metrosunun yaxınlığında yerləşən parkda toplaşmış idmançılar media nümayəndələrinə etirazlarının səbəblərini açıqlayıblar.

Məsələ burasındadır ki, Azərbaycan Cüdo Federasiyadan idmançılara dünya və Avropa birinciliklərinə aparılmayacaqlarını söyləyiblər. Onlara “pul yoxdur, gedin nə istəyirsinizsə, onu da edin” deyiblər. İdmançıların etirazları da buna görədir.



Cüdoçuların sözlərinə görə, onlara diqqət ayrılmır: “Biz hər zaman layiqli yerlər qazanmışıq. Uğurlarımız olub. Amma maddi dəstək verilmir. Qarşıda iki güclü yarış var. Dünya və Avropa yarışlarında iştirak etmək istəyirik. Amma Cüdo Federasiyası bizə kömək etmir. Nə məşq edə bilirik, nə də buna şərait var. Məşq olmadan biz nə edə bilərik? Heç nə... Gənclərdən ibarət yığma komandanı unudublar. Federasiya bizə dəstək olmasa, bizim əlimizdən heç nə gələ bilməz”.

Cüdo üzrə gənclər millimizin üzvü Firudin Dadaşov deyir: “Müəllimimiz deyir ki, bizdən asılı bir şey yoxdur. Gedirik federasiyaya... Bizə rədd cavabı verirlər. Deyirlər ki, maliyyələri yoxdur. Yeniyetmələr öz hesablarına Avropa və dünya çempionatına getdilər. Bu, çox davam edə bilməz. Gənclərə indi dəstək verməsələr, gələcəkdə onların heç biri uğur əldə edə bilməyəcək. Cüdonun gələcəyi bu gedişlə sual altında qalacaq”.

Cüdoçular aksiya keçirdi: “Füzuli Ələkbərov bu idmanı məhv edir”





Haqlarını tələb edən idmançılar musavat.com-a bildirib ki, onların tək istəyi dəstəkdir: “Bizim tək istəyimiz yarışlara qatılıb uğurlar əldə etməkdir. Qalib olub bayrağımızı birinci pilləyə yüksəltməkdir. Bunun üçün də bizə dəstək lazımdır. Çünki qarşıdan Avropa çempionatı gəlir. Bu yarışmada iştirak etmək üçün hər bir idmançıdan 1900 manat pul tələb edirlər. Kimin pulu varsa - gedəcək, kimin yoxdursa - qalacaq. Həmin idmançı bəlkə də yüksək yerləri tuta bilər. Amma maddi imkanı yoxdur deyə yarışdan kənarda qalacaq. Üstəlik bu iştirak qərarının veriləcəyi vaxt sentyabrın 7-də bitir. O günə kimi yarışda iştirak edəcək idmançıların siyahısı göndərilməlidir”.



İdmançılar federasiya prezidenti Füzuli Ələkbərovu yenə də diqqətsizlikdə ittiham edib: “Bizə köməklik göstərməli olan şəxs Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərovdur. O da deyir ki, “pul yoxdur”. Əvvəllər də bu problemlər var idi. Amma bu qədər qabarıq deyildi. Əsas yığma komanda yarış öncəsi məşqlər edəndə biz də gedirdik. Bu il isə heç bu da yoxdur. Öz zalımızda məşq etməklə heç kim gedib Avropa çempionatında yer tuta bilməz. Bizə normal şərait və məşq lazımdır”.

Cüdoçular prezidentə müraciət edəcəklər: “Biz qərara almışıq ki, prezident İlham Əliyevə və Mehriban Əliyevaya məktub yazaraq müraciət edək. Biz idmançıyıq. Yarışlara qatılmaq istəyirik. Ölkəmiz üçün uğur əldə etmək istəyirik. Xahiş edəcəyik ki, yardım etsinlər ki, bizə şərait yaradılsın”.

Məlumat üçün qeyd edək ki, cüdoçuların bu tipli etirazları dəfələrlə olub. Bakıda keçirilən Avropa çempionatında cüdoçularımız uğursuz nəticə əldə etdilər.



Bundan sonra isə yarışda iştirak edən qadın cüdoçularımız bütün günahın federasiyanın prezidenti Fizuli Ələkbərovda olduğunu deyirdilər: “Bizdən heç kim medal gözləyə bilməzdi. Axı nəticə qazanmaq üçün gərək təlim-məşq toplanışı keçirəsən. Bizim isə belə şansımız olmadı. Federasiya rəhbəri Füzuli Ələkbərovu nə vaxt gördüyümüzü xatırlamıram. Nə yarışlardan öncə, nə də sonra gəlib, bizimlə maraqlanmayıb. Yarış günü tatamiyə çıxmaq üçün kimano verməli idilər. Təsəvvür edin ki, biz düşüb, ondan-bundan kimano axtarırdıq. Öz pulumuza gedib aldıq ki, kimanosuz qalmayaq. Kim bizdən nəticə tələb edə bilər ki? Mən 11 ildir ki, cüdodayam. Hələ görməmişəm ki, Füzuli Ələkbərov gəlib, problemlərlə maraqlansın”.

Bu ilin fevral ayında isə cüdo üzrə yığma komandamızın üzvləri 3 ay maaş ala bilmədikləri üçün etiraz aksiyası da keçirmişdilər.


Federasiya rəhbərinin idmançılara qarşı bu qayğısızlığı, yarışlarda özünü büruzə verir. Bir neçə idmançı uğur qazanır. Onlar da yarışlara öz hesabları sayəsində qatılırlar. Yarışda iştirak üçün lazım olan maddi vəsaiti idmançı özü tapır. Məşq edir, yarışda uğur qazanır. Bu uğuru isə federasiyanın adına yazırlar. Hansı ki, federasiya idmançılara heç bir maddi dəstək vermir.

Bakıda keçirilən I Avropa Oyunları zamanı iştirak edən 18 idmançımızdan cəmisi 1 nəfər yer tuta bilmişdi. Bu göstərici belə çox şeydən xəbər verir.

Füzuli Ələkbərov maliyyə problemlərinin olduğunu deyir. Amma hər il dövlət tərəfindən idmana milyonlarla vəsait ayrılır. Bəs bu pullar hara xərclənir?




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:02 Jukov: Bakıya ən güclü idmançılarımız gedir “Rusiyanın şərəfini olimpiya və dünya çempionları qoruyacaqlar”. Rusiya Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında ən yüksək nəticə uğrunda mübarizə aparacaq və Yay Olimpiya Oyunlarına maksimum lisenziya almağa çalışacaq. Mediaxeberleri.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə
18:17 Bakıya erməni idmançılar gəlir Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək erməni cüdoçuların adları bəlli olub. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan cüdo yığma komandasının baş məşqçisi Tiqran Babayan bildirib. Onun sözlərinə görə, Ermənistanı oyunlarda Ovanes
00:47 Millimiz Gürcüstanda keçirdiyi yoldaşlıq oyunlarının hamısında qalib gəlib Basketbol üzrə Azərbaycanın milli komandası Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində Gürcüstanda təlim-məşq toplanışı və bir neçə yoldaşlıq oyunu keçirib. Martın 2-də Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşıb. Oyun 88:79 hesabı ilə millimizin xeyrinə başa çatıb. Azərbaycan
17:16 Elnur Məmmədlidən cüdoçuların aksiyası ilə bağlı açıqlama... Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli milli komanda üzvlərinin Bakıda etiraz aksiyası keçirməsinə münasibət bildirib. İkiqat Avropa çempionu sportpress.az-a açıqlamasında həmkarlarının düzgün addım atmadığını deyib: “Mənə bu barədə deyəndə dedim ki,
16:42 Cüdoçularımız Federasiya rəhbərliyinə etiraz edir Azərbaycanın cüdo üzrə yığma komandasının üzvləri aksiya keçirirlər. İdmançıların ANS PRESS-ə verdikləri məlumata görə, onlar bütün heyətlə Federasiya rəhbərliyinə etiraz edir. Komanda üzvlərinin məlumatına görə, onların etirazı aldıqları məvaciblə bağlıdır. Cüdo yığması kapitan Elxan Məmmədov

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az