t s

» » Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR

Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR

17-03-2021, 12:30 Yazar:  Samir Baxılıb: 232 Çap et
Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR
2020-ci il 27 sentyabr tarixdən etibarən başlayan İkinci Qarabağ müharibəsi cənab Prezident, Silahlı Qüvvələrin Ali baş Komandanı İlham Əliyevin rəhbərliyi və rəşadətdli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifə kimi yazıldı. Sülh yolu ilə getmək istəməyən erməni terorçuları məhv olaraq tarixi Azərbaycan torpaqlarından təmizləndi. 30 illik həsrətdən sonra düşmən tapdağı altında, işğalda qalan ərazilərimiz bir–birinin ardınca azad edildi. Bu gün işğaldan azad edilən kəndlərdə, strateji yüksəkliklərdə dalğalanan bayraqlarımızın hər biri qəhrəmanlıq salnaməmizə şəhidlərimizin qanı ilə yazılan zəfər müjdəsidir. Qarabağ adlı haqq savaşında tarixi ədaləti bərpa etmək üçün bütün qüvvəsi ilə səfərbər olan və sonunda xalqımıza Böyük Qələbə sevinci yaşadan şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə bir ömür boyu borclu və minnətdar olmalıyıq.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi Novruz bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn oğullarımızı da unutmayıb, şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Vətən müharibəsində iştirak edən Birinci Şıxlı, İkinci Şıxlı, Fərəhli, Qızılhacılı, Alpout, Ürkməzli və Çaylı kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarlarına tər qərənfillər düzüb. Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dualar oxunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan qazaxlı oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib. Bu gün damarında azərbaycanlı qanı axan hər kəsin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin də qəlblərdə əbədi yaşayacağını qeyd edib.

“Nəinki dövlət məmuru, hər bir Azərbaycan vətəndaşı şəhidlərimizin xatirəsini əziz tutmalı, ailələrinə sahib çıxmalı, qayğı göstərməlidir. Bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq özümə borc bildim ki, şəhidlərimizi bayram ərəfəsində də yad edim”, - deyən icra başçısı dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidlərimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Rayon rəhbəri Vətən müharibəsində canlarından keçən şəhidlərimizlə təkcə qazaxlıların deyil, bütöv Azərbaycanın fəxr etdiyini, qürur duyduğunu bir daha dilə gətirib. Fəxr yerimiz olan şəhidlərimizə, onların ailələrinə olan hörmət və ehtiramın bundan sonra da yüksək səviyyədə olacağını qeyd edib.

Şəhid Nicat Nəsibovun atası Səməd Nəsibov, şəhid Babək Həsənovun anası Gülarə Həsənova, şəhid Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə yad olunmasını, daim qayğı göstərilməsini minnətdarlıq hissi ilə qarşılayıblar. Onlar üçün nə qədər çətin olsa da, bizləri, xalqımızı qalib ölkənin vətəndaşı edən oğulları ilə fəxr etdiklərini, qürur duyduqlarını vurğulayıblar.

İkinci Qarabağ müharibəsi zamanı Qazax rayonunun Birinci Şıxlı kəndindən şəhid olmuş igid Vətən oğullarının məzarları

"Vətən uğrunda”, "İgidliyə görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş kapitan Pənahov Rövşən Mahmud oğlu, “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş baş leytenant Hüseynov Nəbi Hacıbala oğlu, "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Qurbanov Davud Tariyel oğlu, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş əsgər Nəsibov Nicat Səməd oğlu, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş əsgər Həsənov Babək Saleh oğlu, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Mustafayev Merik Musa oğlu

Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR
Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR
Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR
Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR
Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR


İkinci Qarabağ müharibəsi zamanı Qazax rayonunun İkinci Şıxlı kəndindən şəhid olmuş igid Vətən oğullarının məzarları

"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş İkinci Şıxlı kənd sakini, şəhid əsgər Kərimov Emil İlqar oğlu, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş İkinci Şıxlı kənd sakini, şəhid əsgər Omarov Elmar Elvar oğlu

Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR
Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR
Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR


İkinci Qarabağ müharibəsi zamanı Qazax rayonunun Çaylı və Bala Çaylı kəndlərindən şəhid olmuş igid Vətən oğullarının məzarları

“Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Çaylı kənd sakini, şəhid baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlu, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Çaylı kənd sakini, şəhid əsgər Qocayev Niftalı Zakir oğlu, “Vətən uğrunda” medalı ilə təltif olunmuş Bala Çaylı kənd sakini, şəhid əsgər Məmmədov Əvəz Elnur oğlu, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Bala Çaylı kənd sakini, şəhid gizir Məmmədov Səbuhi Hümbət oğlu, "Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Çaylı kənd sakini, şəhid əsgər Allahverdiyev Sakit Şahin oğlu

Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR
Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR
Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR
Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR


İkinci Qarabağ müharibəsi zamanı Qazax rayonunun Fərəhli kəndindən şəhid olmuş igid Vətən oğullarının məzarları

"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Fərəhli kənd sakini, şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlu, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Fərəhli kənd sakini, şəhid kiçik çavuş Məmmədov Əhməd Nazim oğlu

Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR
Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR
Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR
Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR
Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR
Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR


İkinci Qarabağ müharibəsi zamanı Qazax rayonunun Alpout kəndindən şəhid olmuş igid Vətən oğlunun məzarı

“Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Alpout kənd sakini, şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğlu

Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR


İkinci Qarabağ müharibəsi zamanı Qazax rayonunun Ürkməzli kəndindən şəhid olmuş igid Vətən oğullarının məzarları

"Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Ürkməzli kənd sakini, şəhid gizir Şükürov İlkin Aslan oğlu, “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Ürkməzli kənd sakini, şəhid gizir Nağıyev Anar Sahib oğlu, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Ürkməzli kənd sakini, şəhid çavuş Pənahov Elməddin Məqsəd oğlu, Ürkməzli kənd sakini, şəhid Kərimov Kamil Ələddin oğlu

Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR
Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR


İkinci Qarabağ müharibəsi zamanı Qazax rayonunun Qızılhacılı kəndindən şəhid olmuş igid Vətən oğlunun məzarı

"Vətən uğrunda” medalı ilə təltif olunmuş Qızılhacılı kənd sakini, şəhid əsgər Məmmədov Tural Elxan oğlu

Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR
Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR


GOYEZEN.AZ




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:37 İcra başçısı COVID-19 əleyhinə ikinci dəfə peyvənd olunub - FOTO Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə
16:35 Rəcəb Babaşov Böyük Vətən müharibəsi iştirakçılarını evlərində ziyarət etdi - FOTOLAR 9 May faşizm üzərində Qələbə günüdür. Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Bu gün fəxrlə söyləmək olar ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu
20:45 İcra başçısı aprel şəhidlərinin məzarını ziyarət edib - FOTOLAR Azərbaycanın hərb tarixinə “4 günlük müharibə” və ya “Aprel döyüşləri” kimi yazılan şanlı tarixi qələbəmizdən 4 il ötür. Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
11:40 CƏFƏR PAŞAYEV ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞÜB - Şəhidlərimizin məzarlarını ziyarət edib - FOTOLAR + VİDEO Bu gün xalqımızın qəhrəmanlıq səlnaməsi olan qanlı 20 Yanvar faciəsinin 30-cu ildönümüdür. XX əsrin sonunda tariximizə qara hərflərlə yazılmış bu faciə bütün ölkədə dərin hüznlə yad edilir. Növbədənkənar parlament seçkilərində 108 saylı Ağstafa Seçki Dairəsindən deputatlığa namizəd olan Cəfər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az