t s

» » Boksçumuz Avropa çempionatının “bürünc” mükafatçısı oldu

Boksçumuz Avropa çempionatının “bürünc” mükafatçısı oldu

16-08-2015, 10:20 Yazar:  Aysel Baxılıb: 367 Çap et
Boksçumuz Avropa çempionatının “bürünc” mükafatçısı olduBolqarıstanın Samokov şəhərində boks üzrə Avropa çempionatı keçirilib.

Yarışda 41 ölkədən 241 boksçu mübarizə aparıb. Çempionatda hər çəkidə ilk altı yeri tutan dəri əlcək ustaları oktyabrda Qətərdə keçiriləcək dünya birinciliyinə vəsiqə qazanmaq imkanı əldə ediblər.

Azərbaycanın səkkiz boksçusu birinci Avropa Oyunlarında dünya çempionatına lisenziya əldə etdiklərindən Bolqarıstanda yalnız bir idmançımız rinqə çıxıb. Məşqçilər korpusu 49 kiloqram çəki dərəcəsində yeniyetmələrin Olimpiya Oyunlarının qalibi Rüfət Hüseynovu sınamağı qərara alıb.

Avropa çempionatında 49 kiloqram çəki dərəcəsində 14 boksçu gücünü sınayıb. Həmyerlimiz ilk görüşünü Gürcüstan idmançısı Mixail Kazanjianiyə qarşı keçirib. Boksçumuz bu qarşılaşmadan qalib ayrılaraq dörddəbir finalda Yulian İvanov (Moldova) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən R.Hüseynov yarımfinaladək inamla irəliləyib və mükafatçılar sırasına düşməyi bacarıb. Bu mərhələdə həmyerlimiz britaniyalı Horn Harveyə məğlub olaraq bürünc medalla kifayətlənib.

Avropa çempionatında ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edib.oxu.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:40 9 boksçumuz qızıl medala doğru inamla irəliləyir - YENİLƏNİB Boksçumuz Yelena Vıstropova Avropa Oyunlarında yarımfinala vəsiqə qazana bilmədi. Kristal Zalda keçirilən boks yarışlarında Azərbaycanı yarım-orta (60-64 kq) çəki dərəcəsində təmsil edən Yelena Vıstropova 1/4 finalda Böyük Britaniyadan olan boksçu Rayan Sandi ilə qarşılaşıb. İlk raundda daha
17:46 Boksçumuz yarımfinalda dünya çempionu Stanimira Petrovanı məğlub edib “Baku Crystal Hall”da birinci Avropa Oyunlarının boks yarışlarının səkkizinci gününə qadın idmançıların mübarizəsi ilə start verilib. Bakı-2015 çərcivəsində daha bir qadın boksçumuz yarımfinala adlayıb. Yarışlarda 51-54 kiloqram çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova bolqarıstanlı dünya
23:25 Məcidov da qələbə qazandı - 3 boksçumuz 1/4 finalda Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir. Mediaxeberleri.az xəbər verir ki, bu gün 6 çəkidə 1/8 mərhələsinin görüşləri keçirilir. Kristal Zalda təşkil olunan zalda Azərbaycan yığmasının 5 boksçusu bu gün rinqə çıxıb, Onlardan ikisi mübarizəni dayandırdığı halda, üçü 1/4 finala
01:33 Ayxan Tağızadə 11-ci qızıl medalımızı qazandı - YENİLƏNİB I Avropa Oyunlarında kişilər arasında ekvondo yarışlarında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə final görüşünə çıxıb. Mediaxeberleri.az xəbər verir ki, idmançımız finalda Karol Robakla 10:9 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Beləliklə, bu Azərbaycanın Avropa
21:44 Boksçularımız erməniləri məğlub edib finala çıxdılar Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində finalçıların adları məlum olub. Həlledici görüşə vəsiqə qazananlar arasında milli komandamızın 4 üzvü də var. İki boksçumuz isə yarımfinalda uduzaraq bürünc medala sahib olub. 60 kq çəki dərəcəsində

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az