t s

» » “Komandir, ora bax...” - Ukraynalı pilot Leonid Kravets Xocalıda gördüklərindən danışdı

“Komandir, ora bax...” - Ukraynalı pilot Leonid Kravets Xocalıda gördüklərindən danışdı

3-03-2021, 18:33 Yazar:  Samir Baxılıb: 47 Çap et
“Komandir, ora bax...” - Ukraynalı pilot Leonid Kravets Xocalıda gördüklərindən danışdı
Xocalı soyqırımının ilk canlı şahidlərindən biri, soyqırımı barədə rəsmi Bakıya ilk xəbər verən, 2 gün sonra Çingiz Mustafayevi və hərbçiləri soyqırım ərazisinə aparan ukraynalı pilot Leonid Kravets hadisədən bir neçə saat sonra Xocalıdakı qətliamı helikopterdən müşahidə edəndə həmin meyitlərin yerə səpələnmiş paltar olduğunu zənn edib.

"Biz hələ sağ olan insanları öldürən şəxsləri gördük. O insanlar hələ sağ idilər. Mən buna şahidlik edə bilərəm.”

Sfera.az ukraynalı pilotun xalqımızın qan yaddaşına əbədi həkk olunmuş o müdhiş faciə ilə bağlı xatirələrini çatdırır:


"Bəli, Xocalı faktı soyqırımının bariz nümunəsidir...Nəyə görə qorxmuram? Ona görə ki, özümdən heç nə uydurmuram. İnsan yalan danışanda qorxur”.
"Mən 1989-cu ildə Uzaq Şərqdən Azərbaycana köçürüldüm. Bizim hərbi hissə Kirovabad (Gəncə-red.) aerodromundakı aviasiya eskadrilyası zonasında yerləşdirilmişdi. Elə həmin il şəhərin adı dəyişdirilərək Gəncə oldu. Sözügedən aerodrom Dağlıq Qarabağ Vilayətinə ən yaxın aerodrom idi”.

Leonid Kravetsi haqlı olaraq "cəhənnəmi görmüş pilot” adlandırırlar. Hələ də o günlərin dəhşətini yaşayan pilot:

"1992-ci ilin 26 fevralında səhər Xankəndinə qayıdarkən gözlənilmədən ikinci pilot təyyarəçi-şturman Saşa Şevçenko deyir: "Komandir, komandir, bax orada nə baş verir”.

Gözümüz qarşısında açılan mənzərə bizi dəhşətə gətirdi. Əvvəlcə düşündük ki, qarşımızdakı böyük sahəyə kimsə çoxlu paltar səpələyib. Biz haradasa 700-800 metr yüksəklikdə uçurduq. Mən enmək qərarına gəldim. Sanki içimdən bir səs burada nəsə baş verdiyini pıçıldadı. Çünki dünən də bu marşrutla uçmuşduq, amma bu mənzərəni görməmişdik. Haradasa 500 metr yüksəklikdən anladıq ki, bunlar insan meyitləridir və bu, bizi şoka saldı. İnanmaq olmurdu ki, eyni məkanda, hardasa 700 km-lik məsafədə insan meyitlərindən ibarət bir zolaq, böyük bir sahə var.

"Bu müddət ərzində çox dəhşətlər görmüşdük, amma bu miqyasda faciəni təsəvvür etmək mümkün deyildi”

150-200 metrlik yüksəkliyə enərək hələ sağ olan insanları qətlə yetirən şəxsləri gördük. Bu insanlar hələ sağ idilər. Mən buna şahidlik edə bilərəm. Hərbi formada, avtomatlı, saqqallı kişilər gəzərək həmin meyitləri çevirirdilər. Bizi gördükdə atəş açmağa başladılar. Biz manevr edərək yayındıq. Şokda idik. Ona görə ki, haradasa 15 ildi ki, bu münaqişə davam edirdi, bu müddət ərzində çox dəhşətlər görmüşdük, amma bu miqyasda faciəni təsəvvür etmək mümkün deyildi.

Sonra oxudum ki, orada 160 nəfər həlak olub. Amma mənə elə gəlir ki, ölənlərin sayı daha çox idi. Məncə, orada 500-600 insanın nəşi vardı. Demək olar ki, bundan 1 həftə əvvəl oradan 100-ə yaxın insan çıxarmışdıq. Biz çox ağır şəraitdə işləyirdik. İnsanları həm Ağdama, həm də Gəncəyə çatdırırdıq. Mən düşünürdüm ki, hamını çıxarmışıq. Buna tamamilə əmin idim. Çünki səhər saat 9-da havaya qalxdıq və yalnız gecə yarıdan keçəndə eniş etdik. Biz helekopterdən taqətsiz halda endik.

"İnsanlar helekopterin müxtəlif hissələrindən yapışırdı. Onları helekopterdən qoparmalı olurduq”

Təl-Əvivdən gələn Mİ-26 isə təxminən 200 nəfər gətirmişdi. Halbuki onun norması 100 nəfərdir. Amma biz hamımız ikiqat artıq norma götürürdük. İnsanlar helekopterin müxtəlif hissələrindən yapışırdı, helekopter havaya qalxanda onlar asılı vəziyyətdə qalırdılar. Biz enib onları helekopterdən qoparmalı olurduq. Bu şok idi.

Hərbi hissəyə eniş edəndə sarsıntıdan danışa bilmirdik. Çünki bu miqyasda faciəyə mənən hazır deyildik. Dərhal hərbi hissə komandirinə məlumat verdik. Müfaviq məlumat Bakıya ötürüldü. Növbəi gün Azərbaycan prezidentinin köməkçisi uçub gəldi. Birbaşa bizim hissəyə gəldi. Gördüklərimi danışanda hökumət nümayəndələri qulaqlarına inanmaq istəmirdi. Heç kəsdə məlumat yox idi. Real olaraq Xocalıdan çox az sayda sağ adam çıxa bildi.

"Çəkiliş qrupunda olan Çingiz Mustafayevi dərhal tanıdım”

Mənə müdafiə olunmaq üçün Mİ-24 helekopteri verildi. Biz Ağdama uçduq. Orada Azərbaycan və Rusiya telekanalları çəkiliş aparırdı.Kiçik heyətli çəkiliş qrupu idarə etdiyim helekopterin göyərtəsinə əyləşdi və biz həmin yamaca uçduq.

Çəkiliş qrupunda olan Çingiz Mustafayevi dərhal tanıdım. Onunla artıq Gəncədə görüşmüşüdük. Onlara dedim: "Uşaqlar eniş etmək çətindir, böyük helekopter o yamaca eniş edə bilməz. Odur ki, siz yüksəklikdən tullanmalı olacaqsınız”.

Bütün faciə yamacda baş vermişdi. İnsanlar qatillərdən xilas olmaq üçün dağa qalxmağa çalışırdılar. Onları yüksəklikdən güllə-baran edirdilər. Həmin dağın arxasından isə Ağdama haradasa 2-3 kilometr qalırdı. Yəni, insanlar demək olar ki, bu dağı aşmağa 500-700 metr qalmış qətlə yetirilmişdi. Şaxtalı gecədə hamı uşaqlara gedirdi. Bu da insanların hərəkətini daha da çətinləşdirirdi.

"Tamamilə əmin idim ki, çəkiliş aparmağa imkan verilməyəcək”

Hadisə yerinə 2-3 kilometr qalırdı. Bizi görürdülər və helekopteri istənilən vaxt vura bilərdilər, o zaman hamımız həlak olacaqdıq.

Ona görə dedim: "Uşaqlar, sizə çəkiliş aparmaqçün 5-7 dəqiqə vaxt verirəm. Niyə belə az? Çünki siz indi oradan avtomobillərin hərəkət edəcəyini görəcəksiniz”. Yəni, mən tamamilə əmin idim ki, çəkiliş aparmağa imkan verilməyəcək. Çünki bu erməni vəhşiliyinin əyani sübutudur, sənədli materiallardır.
Onlar yamaca endilər. Mən isə vəziyyətə nəzarət etmək üçün havaya qalxdım. Mən çəkiliş qrupunun üzərində dövrə vururdum, onlar isə bu zaman çəkiliş edirdi.

Gördüm ki, insanlar helekopteri gözləyir, hamı bir yerə toplaşıb. Mən elə də uğurlu eniş etmədim. Yüksəkliyə endim. Hər kəs asma pilləkəndən yapışırdı. Göyərtə texniki onları içəri dartmağa yardım edirdi. İnsanlar çox sarsılmış vəziyyətdə idilər.

"Helekopterə yaxınlaşan ata qucağında övladının meyiti yerində donub qaldı”

Gördük ki, kapitan yoxdur. Az sonra onun qucağında bir körpə ilə gəldiyini gördük. O, öz oğlunu, daha doğrusu, körpəsinin cansız bədənini tapmışdı.
O mənzərə bu gün də gözümün önündədir. Corab, gödəkçə, dağıdılmış baş, döş qəfəsində çoxlu güllə dəlikləri. Helekopterə yaxınlaşan ata qucağında övladının meyiti yerində donub qaldı. Helekoperin asma pilləkəni onun sinəsi səviyyəsində sallanmışdı. Uşağın cəsədini ondan alıb helekopterə qoydular. Özü isə yerindən tərpənmədi. Başa düşürdük ki, indi onu öldürəcəklər.

Petroviç cüssəli adamdır. Demək olar ki, onu gödəkçəsindən yapışaraq içəri sürüdü və biz son anda havaya qalxdıq. Əslində onların hər ikisi helekopterdən yıxıla bilərdi.

"Əgər onlar mənim helekopterimə əyləşsəydilər, sağ qalardılar”

Çox şükür, hər şey yaxşı bitdi. Ağdama çatdıq. Eniş etdik. Amma heç kəs helekopterdən çıxa bilmirdi. İnsanlar sanki iflic olmuşdu. Hamı o balaca bədənə baxırdı. Biz danışıq qabiliyyətimizi itirmişdik, çünki meyitlər dəhşətli vəziyyətdə idi. Ölənlərin arasında həyat yoldaşlarını tərk edə bilməyən qadınlar, ailələr vardı. Əgər onlar mənim helekopterimə əyləşsəydilər, sağ qalardılar. Övladlarını, nəvələrini böyüdüb boya-başa çatdırardılar. Amma tale bu insanların üzünə gülmədi. Onlar orada qalıb həlak oldular.

"Dünyanın heç bir ordusu dinc əhali ilə döyüşmür”

Mən vəziyyəti olduğu kimi təsvir edirəm. Heç nəyi artırıb azaltmıram. Bir hərbçi kimi hərbçinin hərbçi ilə döyüşməsinə alışmışam. Dünyanın heç bir ordusu dinc əhali ilə döyüşmür.

Azərbaycanlılar Xocalı faciəsini heç vaxt bağışlamayacaqlar. Bu mümkün deyil. Nəsillər dəyişəcək, amma bu qətliam unudulmayacaq. Bu müharibədə daha çox Azərbaycan xalqı zərbə aldı, bu faktdır.

Təsəvvür etmirəm ki, erməni tərəfi necə yüksək mənəviyyata sahib olmalıdır ki, Azərbaycandan üzr istəsin. Hərçənd ki, tarixdə belə hadisə olub. Almanlar yəhudilərdən üzr istəyiblər”. //sfera.az//




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:29 Erməni yalanları Berlin film festivalında ayaq tutacaqmı? - Azərbaycan əks-tədbirlər görür Erməni yalanlarını təbliğ edən "Arsax Qara bağ" filmi 2021 Berlin Film Festivalında nümayiş olunacaq. Bununla bağlı Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Mədəniyyət Nazirliyinin bu barədə məlumatı var və bununla bağlı müəyyən addımlar atılıb: "Həmin
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
21:35 "Şəhidliyin Adil zirvəsi" adlı filmin çəkilişlərinə start verildi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə "Şəhidliyin Adil zirvəsi" adlı filmin çəkilişlərinə start verildi. İlk olaraq, bu gün Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində şəhid Adil Tatarovun ailəsində çəkilişlər aparıldı. Çəkilişlərin aparılmasında yaratdıqları şəraitə və
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az