t s

» » Cahangir Hacıyevlə sabiq deputatın sensasion maxinasiyaları - Milyardlar necə mənimsənilib?

Cahangir Hacıyevlə sabiq deputatın sensasion maxinasiyaları - Milyardlar necə mənimsənilib?

15-08-2015, 19:25 Yazar:  Aysel Baxılıb: 555 Çap et
Cahangir Hacıyevlə sabiq deputatın sensasion maxinasiyaları - Milyardlar necə mənimsənilib?“Özləri də çox yaxşı bilirlər ki, Adil Hüseynov 317 milyon, Adil Mikayılov 80 milyon, Erhan Cavad Yavuz 170 milyon, Ratmir Bəkirov 52 milyon manatın üzünü görməyiblər”

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cahangir Hacıyevin bu il martın 18-də istefaya getməsindən az sonra kredit borcu olanların həbsinə başlanıldı. 200-ə yaxın kredit milyonçusunun həbsə alınması haqda məlumatlar olsa da, tutulanlardan çox az bir qisminin adı, kimliyi ictimaiyyətə bəllidir.

Bu gün “Beynəlxalq Bank işi” üzrə həbsdə olanlar sırasında bankın Dubay filialının rəhbəri Adil Hüseynov da var. O, Hacı İbrahim Nehrəmlidən fərqli olaraq kreditlər hesabına milyonçuya çevrilməyib. Vəkili Kamandar Nəsibov “Yeni Müsavat”a deyib ki, Adil Hüseynov ona verilən göstərişləri yerinə yetirib və əsassız olaraq həbs olunub. Həbsindən sonra isə onunla bağlı hər hansı bir istintaq aparılmayıb: “Adil Hüseynovun istintaqının müddəti gedir, amma heç bir istintaq hərəkəti yoxdur. 3 aya yaxındır ki, heç bir istintaq aparılmır”.

Kamandar Nəsibov deyib ki, A.Hüseynovu və iş üzrə tutulan digər şəxslərin Bakı İstintaq Təcridxanasının tibb hissəsinə köçürülməməsi haqda qeyri-rəsmi verilən göstəriş də qüvvəsində qalır: “Adil Hüseynov həbs olunandan 2 ay əvvəl əməliyyat olunub. Onu “sançast”a qoymurlar. Ümumiyyətlə Beynəlxalq Bankla bağlı həbs olunan şəxsləri tibbi hissəyə köçürmürlər. Deyirlər ki, belə göstəriş var”.

K.Nəsibov deyib ki, A.Hüseynov ittihamı qəbul etmir: “Adil Hüseynov Beynəlxalq Bankın rəhbərliyində olan şəxsin göstərişlərini yerinə yetirib. Ona deyilən hesablara pul köçürməsinə görə tutublar. Adil Hüseynova bütün göstərişləri Cahangir Hacıyevin 1-ci müavini Emil Mustafayev verib. Bu göstərişlər telefon vasitəsi və elektron poçt ünvanına məktub yazmaqla göndərilib. Həmin göstərişlər hansı məbləğin kimin hesabına köçürülməsi ilə bağlı olub. Hazırda Emil Mustafayev Beynəlxalq Bankda işləyir, Adil Hüseynov isə həbsdədir”.

Beynəlxalq Bank işi üzrə dindirmələrdə, üzləşmələrdə Cahangir Hacıyev Emil Mustafayev və bankın digər rəhbər işçiləri cəlb olunubmu? K.Nəsibov deyib ki, hər hansı bir istintaq hərəkəti olmadığından belə bir üzləşmə və dindirmələr də baş tutmayıb: “Nə dindirmə? Nə üzləşmə? İstintaq gedir ki? 3 aya yaxındır ki, bu vəziyyətdir”.

“Belə bir halda tutulanların həbsdə saxlanılması kimə lazımdır” sualına vəkil belə cavab verib: “Bilirlər ki, bu tutulanların adlarına kreditlər alınıb, amma pulu xərcləyənlər başqalarıdır. Dələduzluğu kimin kimə qarşı etdiyini araşdıran yoxdur. İttihamda yazılanlarla reallıq uzlaşmır. İttihamda yazılıb ki, Adil Hüseynov dələduzluq hərəkətləri emilnəticəsində pulları mənimsəyib. Guya Adil Hüseynov Emil Mustafayevi və digər bank işçilərini aldadıb. Guya Adil Hüseynov həmin kreditləri aldatma yolu ilə almağa nail olub və kreditləri mənimsəyib. Amma necə aldadıb hissəsi ittihamda yoxdur. Bu isə sadəcə gülməlidir. Adil Hüseynov faktiki Emil Mustafayevin və Beynəlxalq Bank rəhbərliyinin verdiyi göstərişləri yerinə yetirib. Həmin köçürmələrin təyinatı, hesabların nömrəsinə qədər Adil Hüseynova bank rəhbərliyi özləri veriblər. Hər bir köçürmə də nəzarət altında həyata keçib. Yəni Adil Hüseynov istəsəydi belə, özbaşına, baş ofisdən məlumatsız hansısa köçürmələr edə bilməzdi. Məbləğlər Beynəlxalq Bank rəhbərliyinin göstərişi ilə hesablara köçürülüb və təyinatı üzrə xərclənib. Beynəlxalq Bank uşaq bağçası deyil ki, kim nə istəsə etsin”.

Belə olan halda sual yaranır – Adil Hüseynovu həbsində məqsəd nədir? Həbsi şəxsi zəmində ola bilərmi? Bu həbs üzərindən hədəflənən son məqsəd nə ola bilər?

K.Nəsibov deyib ki, A.Hüseynovun həbsinin şəxsi məqsədlərlə olması üçün hər hansı əsas yoxdur: “Bu həbslərdən sonra Beynəlxalq Bankın özəlləşdirilməsi məsələsi üzə çıxdı. Bu onu göstərir ki, əsas məqsəd bu qalmaqalların bu şəkildə ortaya çıxarılması özəlləşdirilmə məqsədinə xidmət edir. Belə görünür ki, bankı ”təmizləyib” özəlləşdirmək istəyən var. Bu gün qondarma ittihamla üz-üzə qalan təkcə Adil Hüseynov deyil. Şirkət direktorları var ki, maaşdan başqa 1 qəpik də əlavə pul əldə etməyiblər. Amma bu gün onlardan 170 milyon, 80 milyon pul tələb olunur”.

K.Nəsibov həmcinin “Yeni Müsavat”a deyib ki, bu gün həbsdə saxlanılan günəş batareyalarının quraşdırılması ilə məşğul olan şirkətin rəhbəri Adil Mikayılov, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz, “City Devoloper” MMC-nin direktoru Ratmir Bəkirov kreditlərin alınması haqda sənədlərə sadəcə, qol çəkiblər: “Özləri də çox yaxşı bilirlər ki, Adil Hüseynov 317 milyon, Adil Mikayılov 80 milyon, Erhan Cavad Yavuz 170 milyon, Ratmir Bəkirov 52 milyon manatın üzünü görməyiblər və bütün əmlaklarını satsalar belə heç 3-4 milyon qaytara bilməzlər.

Bu adamlar birbaşa Cahangir Hacıyevin adamlarıdır. Bu kreditlər birbaşa Beynəlxalq Bank rəhbərliyinin göstərişi, tapşırığı ilə verilən məbləğlərdir. Tutulanlar isə sadəcə icraçılardır. Şirkətlərdə direktor vəzifəsinə təyin olunublar, maaşlarını alıb sənədlərə qol çəkiblər. Onlar milyonluq kreditlərin sənədlərini görüblər. Göstərişləri yerinə yetiriblər. Adil Hüseynov və Erhan Yavuz cavandırlar, digər 2 şəxsi isə yaşlı adamlardır. Onlar 1 qəpiyin yiyəsi olmaya-olmaya həbsdədirlər”.
Qeyd edək ki, bu ilin martında C.Hacıyev səhhətindəki problemləri əsas gətirərək ərizə yazıb Beynəlxalq Bank rəhbərliyindən gedib. Onun özünün istintaqa cəlb olunması haqda rəsmi məlumat yoxdur. Halbuki K.Nəsibovun açıqladığı faktlardan məlum olur ki, mənimsənilən kreditlərdən azı 619 milyon manatı C.Hacıyevin özünə çatıb.

Beləki, 2014-cü ilin hesabatına görə, C.Hacıyevin 51 faizi dövlətə məxsus olan Beynəlxalq Banka rəhbərliyi dövründə bankın ümumi kredit portfeli 8 milyard manatdan çox təşkil edib. Onun 7 milyarddan çoxu korporativ, yəni hüquqi şəxslərə verilən kreditlərdir ki, bu da ümumi portfelin 90 faizindən çoxdur. Yəni bu pullar iri iş adamlarına, dövlət qurumlarına, oliqarxlara verilib. Onlar isə bu pulları adətən sonradan ləğv etdikləri şikətləri vasitəsilə şübhəli layihələrə yatırıb ortadan çıxarırlar. Sonradan bank pulunu istəyəndə də, nə ortada bir şirkət tapılr, nə də müsadirə etməyə əmlak.

Qeyd edək ki, vəkilin dedikləri ilə bağlı, “AzPolitika.info”ya maraqlı məktub daxil olub. Adının açıqlanmamasını xahiş edən şəxs tərəfindən göndərilən məktubda, demək olar ki, K.Nəsibovun qeyd etdikləri təsdiqini tapır. Belə ki, məktubda bildirilir:

“Hörmətli redaksiya! Bizim sikayətimiz “Globus plaza”da yerləşən “General Construction” MMC-dəndir. Şirkət Cahangir Hacıyevə məxsus olsa da, onun idarə edilməsiylə sabiq deputat Dünyamin Xəlilov məşğul olurdu. Ancaq son 5 ayda işçilərə əmək haqqı verilməyib. Üstəlik, işcilərə hədə-qorxu gəlinərək, oz hesablarına 6 aylıq məzuniyyətə göndəriliblər. Şikayətlərə isə baxılmayıb . Hətta əmək müfəttişləri də qapıdan binaya buraxılmayıb.”

Şikayətçinin sözlərinə görə, həmin dövrdə dəfələrlə Xəlilovun yanına getsələr də, qapıdakı “İnter security”-nin əməkdaşı və səxsi mühafizəçisi, həmçinin sürücüsü tərəfindən içəri buraxılmayıblar, hətta təhqir olunaraq, qovulublar.
Daha sonra məktubda bildirilir ki, son ayların əmək haqqını verməyən sabiq deputat, üstəlik onları böyük bir bəlaya düçar edib. Belə ki, Dünyamin Xəlilov işçilərin adına milyonlarla ölçülən kredit alaraq mənimsəyib: “D.Xəlilovun, adına milyonlar yazdıraraq, alıb mənimsədiyi işçilər hələ də həbsdədirlər. Artıq işçilərin həbsinin 3 ayı tamam olur. Onlarla bağlı 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Şirkətin bütün isçilərinin Azərbaycanı tərk etməsinə qadaga qoyulub. D. Xəlilov hamının adına milyonlar yazib. Böyük qismini yeyib dağıdıb, özü üçün xaricdə çoxlu obyektlər alib”.

Məktub müəllifi Cahangir Hacıyevin sabiq deputat Dünyamin Xəlilovla birlikdə Beynəlxalq Bankın 100 milyonlarla dollar vəsaitini mənimsəmək üçün həyata keçirdikləri maxinasiya sxemini açıqlayıb. Ən maraqlısı isə odur ki, onların birlikdə mənimsədiyi 100 milyonlala dollar vəsaiti qaytarmağı indi sadə işçilərdən tələb edirlər: “Saxta şirkətlər yaradılaraq, bütün sadə işçilərin hamısı formal olaraq, direktor kimi rəsmiləşdirilib. Və mən də daxil olmaqla, hamımızın adına Beynalxalq Bankdan böyük miqdarda kredit götürülüb. Adımıza ən azı 50 milyon manat borc yazılıb.

Bizə deyirlər ki, həbsdə olanları Dünyamin Xəlilov pulu gətirəndə buraxacaqlar. Amma pul ümumi olaraq, 2 milyarda yaxındır, bunu işçilər necə qaytara bilər?”
Sonda şikayətçi Dünyamin Xəlilovdan ölkəyə qayıdıb, onların adına alıb mənimsədiyi pullara görə, cavab verməyi və əmək haqlarını ödəməyi tələb edir.

Qeyd edək ki, “Globus Plaza”dan “AzPolitika.info”ya verilən məlumata görə, Dünyamin Xəlilov 1000-dən artıq sadə işçisinin adına kredit götürüb. Bura “Globus Plaza” biznes mərkəzində yerləşən “General Construction” MMC-nin işçiləri də daxil olub. Həmin şəxslər sadəcə işlərini itirməmək üçün kredit sənədlərinə imza atıblar. Onların çoxu kirayələrdə yaşayırlar, kasıb insanlardır.

Xatırladaq ki, Dünyamin Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildən başlayıb. Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilov Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib. Beynəlxalq Bankdan alınıb mənimsənilən kreditlər üzrə həbslər başladıqdan sonra bankın fəaliyyəti dayandırılaraq, oradan köçürülüb.

Bundan əlavə, Cahangir Hacıyevə məxsus brend mağaza “Harvey Nichols” da “Globus Plaza”da yerləşib. Bir qədər əvvəl “Harvey Nichols” brendi adına xələl gətirdiyi üçün C.Hacıyevə verdiyi françayzinq səlahiyyətlərini geri götürüb.

Qeyd edək ki, aktivlərinin böyük hissəsi dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankından külli miqdarda kredit götürüb geri qaytarmayan iş adamlarının bir çoxu istintaqa cəlb olunsa da, bəziləri ölkədən qaça bilib. Onlardan biri də məhz eks-deputat, “Globus Plaza” şirkətinin sahibi Dünyamin Xəlilovdur. Bəzi məlumatlara görə, D.Xəlilov Beynəlxalq Bankdan 1 milyard 700 milyon manat, bəzi məlumatlara görə isə 2 milyard dollardan artıq kredit adı ilə vəsait çıxarıb, həmin kreditləri geri ödəməyib. Bakıda, Rusiya səfirliyi yaxınlığında elit “Saatlı bina”nın sahibi olan D.Xəlilov mətbuata açıqlamasında ölkədən qaçmadığını, müalicəyə getdiyini deməklə kifayətlənib. Eks-deputatın hələlik nə həbs edildiyi, nə də axtarışda olması barədə rəsmi xəbər yoxdur.

Qeyri-rəsmi məlumata görə isə, Dünyamin Xəlilova məxsus “Globus Plaza” satışa çıxarılıb. Hətta şirkətin türkiyəli iş adamına satıldığına dair də məlumatlar var. Ancaq bu və digər şirkətləri satmaqla, Cahangir Hacıyevin, qohumu Dünyamin Xəlilovla birlikdə, dövlət bankından çıxardığı milyardları geri qaytarmaq olacaqmı? (azpolitika.info)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:24 “Beynəlxalq Bank işi”ndə gəlişmə... – yeni həbslər, adlar... “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cahangir Hacıyevin bu il martın 18-də istefaya getməsindən az sonra kredit borcu olanların həbsinə başlanıldı. 200-ə yaxın kredit milyonçusunun həbsə alınması haqda məlumatlar olsa da, tutulanlardan çox az bir qisminin
07:51 “Oliqarxqeyt həbsləri” barədə yeni şok bilgilər Bir neçə məmur və deputat övladı kredit borcunu qaytardıqdan sonra azad olunublar Cahangir Hacıyevin yeri bilindi Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün saxlanılmış iş adamlarından 43 nəfəri sərbəst buraxılıb. APA-nın əldə etdiyi məlumata
02:29 “QARA POLKOVNİK”in OĞLU 318 MİLYONU NEYLƏYİB? – Londonda şirkəti tapıldı İri məbləğdə kredit dələduzluğu işi üzrə (“Beynəlxalq Bankın işi” qalmaqalı) həbs edilən oliqarxlardan biri, “Qara polkovnik” kimi tanınan mərhum polis polkovniki Fətulla Hüseynovun oğlunun şirkətinin hesabında hazırda 3 milyon funt-sterlinq var.Virtualaz.org saytı araşdırıb ki, əvvəllər Beynəlxalq
08:43 Beynəlxalq Bankın filial rəhbəri həbs olundu — Bakıda Azərbaycan Beynəlxalq Bankının Dubay filialının rəhbəri Adil Hüseynov Bakıda saxlanılıb. Mediaxeberleri.az xəbərverir ki, bu məlumatı virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr verib. Yeri gəlmişkən, A.Hüseynovun saxlanılması barədə informasiya az öncə “Azadlıq” tərəfindən də
07:54 Beynəlxalq Bank “Xəzər adaları”na əl qoydu... “Cahangir Hacıyev işi”ndə “Xəzər adaları” layihəsini reallaşdıran Hacı İbrahim Nehrəmlinin də adı çəkilir. Məlumatlara görə, Cahangir Hacıyevin zamanında Azərbaycan Beynəlxalq Bankı “Xəzər adaları” layihəsinə 850 milyon dollar kredit ayırıb. Lakin bir müddət əvvəl Hacı İbrahim Nehrəmli

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az