t s

» » Məktəbdə 8 Mart üçün pul yığılarsa... - Nazirlik

Məktəbdə 8 Mart üçün pul yığılarsa... - Nazirlik

2-03-2021, 11:21 Yazar:  Firuzə Baxılıb: 25 Çap et
Məktəbdə 8 Mart üçün pul yığılarsa... - Nazirlik
Təhsil Nazirliyi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərdə şagird və valideynlərdən pul yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən Mediaxeberleri.az-a bildirilib ki, bu və ya digər hallarla bağlı qurumun “Qaynar xətt” xidmətinə (146-1) və yaxud office@edu.gov.az elektron poçt ünvanına anonim olmadan müraciət edilə bilər.

"Təhsil Nazirliyi qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin, həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladların yetişməsində rolu danılmazdır.

Bayram münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə, cəmiyyət olaraq birgə mübarizə aparmalı, dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq", - nazirlik bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:04 “Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək” – 8 Mart hazırlıqları “Whatsapp” qruplarında aparılır 8 mart Beynəlxalq Qadınlar günü ərəfəsindəyik. Təəssüf ki, yenidən orta məktəblərdə şagirdlərdən "ənənəvi" pul yığılması halları müşahidə olunur. Təhsil Nazirliyi bu kimi hallara qarşı mübarizə apardığını dəfələrlə bəyan etsə də, neqativ hallar yenə qalmaqdadır. Təhsil eksperti Kamran Əsədov
19:22 Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib Ölkənin lider mobil operatorunun dəstəyilə fəaliyyət göstərən xidmətə daxil olan zənglərin sayı artır. “Azercell Telekom” MMC-nin təşəbbüsü və dəstəyi ilə yaradılan Azərbaycan Uşaq Qaynar Xətt xidməti 2020-ci ilin birinci rübündəki fəaliyyəti ilə bağlı hesabatı ictimaiyyətə təqdim edib. Belə ki,
18:34 “Uşaq Qaynar Xətt” xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı “Azercell Telekom” MMC-nin dəstəyi ilə yaradılan və fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti 2019-cu ilin yanvar, fevral, mart ayları üzrə hesabatını açıqlayıb. Hesabata əsasən, bu ilin I rübündə xidmətdən 801 uşaq yararlanıb. Yanvar ayında “Uşaq Qaynar Xətt” xidmətinə ümümilikdə
20:11 Ağstafada 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu Ağstafada 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu. Mediaxeberleri.az xəbər verir ki, bu gün “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Ağstafa şəhəri “Yazıçılar Evi” ndə geniş bayram tədbiri təşkil olundu. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun
16:44 Ofis Proqramlar 100 AZN Avantaj Tədris Mərkəzində! Avantaj Tədris Mərkəzində ofis proqramları Yüksək səviyyədə tədris olunur. Microsoft Ofis məhsulları 80-dən çox ölkədə satılır.Bu proqramların bu günə kimi müxtəlif versiyaları vardır: Microsoft Office 95, Microsoft Office 2000, Microsoft Office 2003, Microsoft Office 2007, Microsoft Office

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az