t s

» » Millət vəkilindən toy mərasimlərinin bərpası ilə bağlı TƏKLİF

Millət vəkilindən toy mərasimlərinin bərpası ilə bağlı TƏKLİF

2-03-2021, 10:32 Yazar:  Firuzə Baxılıb: 26 Çap et
Millət vəkilindən toy mərasimlərinin bərpası ilə bağlı TƏKLİF
Son həftələr koronavirusa yoluxma sayında tənzimlənən volatilliyin müşahidə edilməsi epidomoloji qaydaların icrasına nəzarəti gücləndirməklə digər sektorlarda da iqtisadi fəaliyyətin bərpasını gündəmə gətirir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib.

O bildirib ki, xüsusən də idman zallarının yeni qaydalar çərçivəsində fəaliyyətinin bərpası məqsədə uyğun olardı.

Millət vəkili əlavə edib ki, toy mərasimlərin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq, bu sahədə hələ də yumşalmalara gedilmir:

“Daha yaxşı olardı ki, bəlli standartlar ilə bu sahədə də aktivlik bərpa edilsin. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, bu sahələrdə yumşalmalar məşğulluq baxımdan da vacib hesab olunur”.

Vüqar Bayramov sözlərinə görə, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi də vacibdir:

“Buna görə də, iqtisadiyyatın digər sektorlarının faəliyyətinin bərpası kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməsinə ehtiyac var. Yalnız bu halda həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:00 "Xınalıq”, “Keşikçidağ” və “Atəşgah məbədi” ilə bağlı QƏRAR VERİLDİ Nazirlər Kabineti “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci
07:53 Dərslər bu formada keçiriləcək - Baş Nazirdən YENİ QƏRAR Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbul edib. Mediaxeberleri.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla
19:56 Oktyabrın 1-dən iri ticarət obyektləri, noyabrın 1-dən isə şadlıq sarayları... - AÇIQLAMA “Avqust ayı sona yaxınlaşdıqca, ən çox soruşulan məsələlərdən biri də karantin rejiminin uzadılıb-uzadılmaması və eləcə də sentyabrdan xidmət və icitmai iaşə obyektlərinin fəaliyyətinin davam etməsi ilə bağlıdır. Epidomoloji vəziyyətdən asılı olaraq növbəti qərarların veriləcəyi gözlənilsə də,
21:40 Prezident "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edib Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, qanunda deyilir: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az