t s

» » YAP-ın gizli qərarı: Bu həftə islahat qurultayı olacaq

YAP-ın gizli qərarı: Bu həftə islahat qurultayı olacaq

2-03-2021, 09:04 Yazar:  Samir Baxılıb: 33 Çap et
YAP-ın gizli qərarı: Bu həftə islahat qurultayı olacaq
Mart ayının 5-də hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək.

Mediaxeberleri.Az
xəbər verir ki, bu barədə məlumatı Musavat.com YAP rəhbərliyinə yaxın mənbələrinə istinadla yayıb.

Qurultay qərarı hələlik ictimaiyyətdən gizli saxlanılır.

İddia olunur ki, qurultayda çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Onlar yaşlı və ictimai rəydə nüfuzu azalan simalardır.

Onların yerinə gənc kadrlar seçiləcək.

Hədəf partiyanı fəallaşdırmaq və onun böyük potensialını hərəkətə gətirməkdir.

Hakim partiyanın İdarə Heyəti də yenidən formalaşdırılacaq. Bir zamanlar hakim partiyanın əsas simaları olan Hacıbala Abutalıbov - baş nazirin sabiq müavini, Vaqif Əliyev - mədəniyyət və turizm nazirinin müavini, Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri, Nizami Xudiyev - Pedaqoji Universitetin kafedra müdiri, Abel Məhərrəmov - BDU-nun sabiq rektoru, Arif Rəhimzadə və başqaları siyasətlə və partiyaları ilə vidalaşacaqlar.

YAP Siyasi Şurasının hələ də üzvləri olan Fatma Abdullazadə və Elnur Aslanov da hakim partiyanın siyahısından çıxarılacaq.

Bir sözlə, iqtidar yarımməxfi YAP əməliyyatı hazırlayıb, bütün neqativ yüklərdən qurtulmaq, hakim partiyanı islah etmək və yeniləmək barədə qərar verib.

Lakin məlumatda pandemiya dövründə bu qurultayın hansı formada təşkil olunacağı barədə məlumat verilmir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:07 YAP növbədənkənar qurultaya gedə bilər - Kimlər rəhbərlikdən uzaqlaşdırılacaq... Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin qız nəvəsinin qalmaqallı toy mərasimi hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəziyyəti gərginləşdirib. R.Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin toy
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
10:27 “BDU-da Abel Məhərrəmovun kafedra müdiri qalmasından narazıdırlar” - İDDİA Ötən ayın 15-də Abel Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən uzaqlaşdırılandan sonra mətbuatda onun barəsində ciddi faktlar açıqlandı. Təbii ki, vəzifədən qovulan hansısa şəxslə bağlı tənqidi yazı yazmaq cəsarət tələb etmir. Çünki həmin şəxsə vəzifədə olduğu kimi hörmət,
11:42 Ziya Məmmədovun adı daha bir qalmaqalda - İDDİA Sələm biznesinin ledisi olan Fatma Yolçiyeva barədə ölkə mətbuatı çox yazıb. Hətta iki il əvvəl onun qurbanlarından biri olan Məcidov Sudef Hacıbala oğlu ölkə mətbuatına Fatma Yolçiyeva tərəfindən başına gətirilən zülmlərdən danışıb. Sudef Məcidov hətta “QAFQAZ XƏBƏR MEDİA MƏRKƏZİ”ndə mətbuat
14:28 "Müsavatın indiki rəhbərliyi tarix qarşısında məsuliyyətini dərk edə bilmir" - Qubad İbadoğlu Mediaxeberleri.az Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun "Report"a müsahibəsini təqdim edir: - Fevralın 6-da Müsavat Divanın qərarı ilə partiyadan xaric edildiniz. Partiya üzvlüyünə bərpa edilməklə bağlı hansısa addım atacaqsınızmı? - Birinci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az