t s

» » Qadınların cinsi istəkləri (Kişilərin oxuması qadağandır)

Qadınların cinsi istəkləri (Kişilərin oxuması qadağandır)

15-08-2015, 16:00 Yazar:  Ülviyyə Baxılıb: 20516 Çap et
Qadınların cinsi istəkləri (Kişilərin oxuması qadağandır)Qadınlarda cinsi istək əvvəl beyində başlayır.


Bəzi sinir yolları vasitəsilə onurğa iliyidən keçərək cinsi orqanlara çatır. Bunun nəticəsi olaraq təhrik olan qadınların bədənində bəzi dəyişikliklər meydana gəlir. Fərq edilən ilk dəyişmə, vaginadaki islanma və klitordakı qabarmadı. Həmçinin, cinsi fəaliyyət davam etdiyində vaginanın uzanması və genişləməsi, cinsi bölgədəki sinirlərin xəbərdar edilməsi, vaginal toxumanın qalınlaşması, klitorun qanla dolması və böyüməsi də müşayət olunur.

Daha sonra məmə ucları sərtləşir, məmələr böyüyür, iç dodaqlar və klitor bir az da şişir və rəngi dəyişir, xarici dodaqlar yanlara çəkilərək əlaqəni asanlaşdırır. Boşalmağa yaxın sıxılma və tərləmələr başlayır, gözlər parlaqlaşır, sinə daha da həssas olur, cinsi orqanların xarici və iç bölgələrindəki qan təzyiqi artır, dəri qızarır, ürək döyüntüləri sürətlənir və nəfəsalma sürətlənir. Boşalana yaxın əzələlər gərilir, bədəndə həssaslıq artır. Buna baxmayaraq, qadınlar boşalmaq üçün son bir sıçrayışa ehtiyac duyur və bunun üçün istəkli olaraq əzələlərini sıxırlar.

Boşalma anında, başda vaginada və rəhmdə olmaqla bədənlərində sanki bir «silkələnmə” kimi ritmik sıxılmalar olur. Buna qadınlarda boşalmağa «gəlmə” adı verilir. Bu «gəlmə” hərəkəti kişilərdəki boşalmaya bənzəsə də kişilərdəki kimi gözlə görünən bir sperma çıxışı olmur. Zövqlü bir boşalma yaşanarkən, qadınlar qeyri-iradi səslər çıxarır və üzlərindəki ifadələr dəyişir. Nəticə olaraq, fiziki və ruhi bir doyum yaşadıqları üçün hər cür gərginlik və stressdən təmizlənirlər.

Cinsi problemlərin çoxu cütlərin uyğunlaşmazlığından və sağlam ünsiyyət qura bilməmələrindən qaynaqlanır. Qadınlar cinsi əlaqəyə qarşı maraqsızlarsa, sevişməkdən qaçına bilər ya da kifayət qədər xəbərdar edilmədikləri üçün cinsi əlaqədə acı- ağrı duya bilərlər.
Kişilərin «elektrik lampaları” kimi dərhal yandıqları və seks etməyə hazır hala gəldikləri, qadınların isə «ütü” kimi yavaş yavaş istiləndikləri və gec xəbərdar edildikləri deyilir.

Bu ümumiləşdirmə çox vaxt doğrudur. Bir başqa ümumiləşdirmə isə qadınların cinsi istəkləri üçün deyilir: «Qadınların cinsi istəkləri dalğalara bənzər…”

Qadınlar sevildiklərini və qiymətli olduqlarını bir kişinin gözlərində, sözlərində və davranışlarında gördüklərində və ya hiss etdiklərində, həm özlərinə verdikləri dəyər, həm də, cinsi istəkləri eynilə dalğalar kimi əvvəl yüksələr daha sonra yavaşca alçalar və azalar…
Qadınların dalğaları yüksələrkən verəcəkləri bolluca sevgiləri, erotizmləri və cinsi istəkləri vardır.
Ancaq düşərkən öz içlərindəki dərin boşluğu hiss edər və bu səbəbdən, şərtsiz bir sevgiylə doldurulmasını istər, olduqları kimi qəbul edilməyi gözləyərlər. Çünki qadınlar, özlərini dinləyən və anlayan, sahiblənmə duyğusu olan, toxunaraq və baxaraq sevgilərini ifadə edən anlayışlı kişilər istəyərlər.

Qadınların yaxın əlaqələrində sevgi vermə və alma qabiliyyətləri, ümumiyyətlə özlərini necə gördüklərinin əksidir. Özlərini yaxşı görmədikləri və ya bəyənmədikləri zamanlar, partnyorlarına qarşı da cinsi istək duya bilməz, xoşgörüşlü və müsbət ola bilməzlər. Kişilərin bu dövrlərdə qadınların romantik ehtiyac duymalarını anlamaları və seks etmək üçün onları məcbur etməmələri çox əhəmiyyətlidir. Çünki cinsi istəksizliyin həllində qadınların öz bədənlərini tanımaları və cinsi fantaziyalar qurmaları qədər partnyorları ilə də sağlam bir ünsiyyətdə olmaları və əlaqələrini eşqbazlıq havasına gətirmələri böyük əhəmiyyət daşıyar. Özünü sevməyən bir qadının cinsi əlaqədən zövq alması və ya cinsi olaraq istəkli olması mümkün deyil.

Cinsi istəksizliyi olan qadınların əvvəlcə öz bədənlərini və cinsi orqanlarını tanımalarına istiqamətlənən eşq oyunlarıyla cinsəlliklərini yenidən kəşf etmələri lazımdır. Cüt olaraq, erotik masaj ilə duyğulanımlarını artırdıqdan sonra, nələrdən xoşlandıqlarını və ya xoşlanmadıqlarını paylaşaraq cinsi həyatlarında keyfiyyət təmin edə bilərlər. Qadınların həftədə ən az üç dəfə cinsi əlaqə haqqında düşünmələri, erotik kitablar oxuyaraq, erotik filmlər izləyərək və erotik fantaziyalar quraraq cinsiliyə olan maraqlarını artırmaları, partnyorları ilə yaşadıqları unudulmaz və gözəl təcrübələri xatırlamaları onlarda cinsi əlaqə arzusunu oyandıra bilir.

Nəticə olaraq, qadınlar cinsəlliklərini, eşq həyatını təxirə salmamalı, bu anı haqqıyla yaşamalı, hüzur və dincliyi öz içlərində, ürəklərində tapmalıdırlar. Bir yerlərdə tıxanıb qaldıqlarında və cinsi istəksizlik yaşadıqlarında, üzlərini təbiətə döndərməli, sevərək çıxmalı, ürəklərini fərəhləndirəcək yeni yollar seçməli, yeni cinsi texnikalarla tanış olmalı və yeni kəşflər etməlilərdir. Həmişə xəyalini qurub «Zamanı gəlincə edərəm!” deyə təxirə saldıqları nə varsa, reallaşdırmağı bacarmalıdırlar. Çünki əlaqədə yeni şeylər etmək və bunu istəyərək və sevərək etmək ruha şəfa verər…




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:05 Rusiyada miqrantlar 14 yaşlı qıza cinsi təcavüz ediblər Rusiyanın Kaluqa vilayətində 42 yaşlı qadın polisə şikayətlənərək Özbəkistandan olan 3 miqrant kişinin onun qızına təcavüz etdiklərini bildirib. Həmin miqrantlar saxlanılıblar və ifadə verəndə dedikləri şok effekti yaradıb. Mediaxeberleri.az RenTV-yə istinadən bildirir ki, miqrantlar 14 yaşlı
00:02 Maşında cinsi əlaqəyə girən cütlüyün acı sonu – FOTO/18+ Rusiyada Kuban çayı sahilində cütlük park etdikləri “Lada” markalı avtomobildə cinsi əlaqəyə girməsi faciəyə səbəb olub. Mediaxeberleri.az xarici mediaya istinadən xəbər verir ki, spirtli içki qəbul edən cütlük maşının əl əyləcini çəkməyi unudublar. Bundan sonra hərəkətə başlayan avtomobil çaya
16:01 Goranboyda arvadı ilə cinsi əlaqədə olan şəxsə cinayət işi açıldı Faktla bağlı araşdırmalar davam etdirilir. Arvadı ilə könüllü olaraq cinsi əlaqədə olan əri 3 ilə qədər həbs gözləyir. Mediaxeberleri.az xəbər verir ki, Qafqazinfo-nun verdiyi məlumata görə, 2013-cü il oktyabrın 30-da Goranboy rayon Kəpənəkçi kəndində yaşayan 1991-ci il təvəllüdlü Mikayıl Ağayev
16:43 Həmcinslərini Türkiyəyə cinsi istismara aparan qadın tutuldu Qadınları cinsi istismara məruz qoyması müəyyən edilmiş Bakı şəhər sakini Sevinc Əhmədli tutulub Mediaxeberleri.az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər
22:44 Seks qalmaqalı: Müəllimə şagirdi ilə avtomobildə.... Müəllimin yetkinlik yaşına çatmayan şagirdi ilə cinsi əlaqəyə girdiyi məlum olub. Evli və 2 uşağı olan Cesika Streper adlı məktəb müəllimi 14 yaşlı şagirdi ilə avtomobildə cinsi əlaqəyə girdiyini etiraf edib. Məhkəmədə ifadə verən şagird 34 yaşlı müəlliməsi ilə 5-i avtomobildə olmaqla ümumilikdə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az